birbank-logo
visa-logo

Birbank Visa kartları ilə “Bir dünya fürsət“!

19 may - 30 iyun tarixləri aralığında xarici ödənişlər pul mükafatları qazanmaq imkanı verir!

banner-img

Birbank Visa kartları ilə “Bir dünya fürsət“!

19 may – 30 iyun tarixləri aralığında xarici ödənişlər pul mükafatları qazanmaq imkanı verir!

Kampaniyadakı nəticəni öyrən

196
Məlumatlar
  • Kampaniyada eyniləşdirilmiş Birbank Visa taksit və debet kartları iştirak edir;
  • Kampaniya 19 may–30 iyun tarixləri ərzində keçərlidir (hər iki tarix daxil);
  • Kampaniya Birbank Visa taksit və debet kartları ilə 1) xarici veb-saytlarda və ya tətbiqlərdə onlayn ödəniş edən; 2) xarici ölkədə POS-terminal vasitəsilə ödəniş edən müştərilərə şamil olunur;
  • Kampaniyada iştirak üçün minimum ödəniş məbləği yoxdur, bütün şərtlərə uyğun ödənişlər üzrə məbləğlər toplanır;
  • Müştərilər kampaniya müddətində etdikləri bütün xarici ödənişlərinə görə 2 istiqamət üzrə bir-birləri ilə toplam ödəniş məbləğinə əsasən yarışacaqlar. İstiqamətlər üzrə müvafiq olaraq xarici veb-sayt və ya tətbiqlərdə ən çox pul xərcləyən 5000 müştəri (xarici saytlarda və tətbiqlərdə onlayn ödənişlər üzrə) və xarici ölkələrdə POS-terminal vasitəsilə ən çox pul xərcləyən 500 müştəri qalib olaraq müvafiq pul mükafatını qazanacaqlar
  • Müştərilər bu veb-səhifədə nəticələrini real zamanda izləyə bilərlər. Yuxarıdakı pəncərədə müştərilər FİN-kodunu və doğum tarixini daxil etməklə kampaniya müddətində olan hər iki istiqamət üzrə müştərilər arasında cari sıralamasını, toplam dövriyyəsini və toplam ödəniş sayını görə bilərlər;
  • Bir müştəri əgər hər iki istiqamət üzrə dövriyyəsi imkan verirsə, eyni zamanda həm xarici sayt və ya tətbiqlərdə edilən onlayn ödənişlərə görə, həm də xarici ölkədə POS-terminal vasitəsilə edilmiş ödənişlərinə görə qalib ola bilər;
  • Kampaniyada toplam 5500 müxtəlif nominalda pul mükafatı var;
  • Müştəri kampaniya müddətində edilmiş ödənişi ləğv edərsə və ya geri qaytararsa, bu kampaniya üçün dövriyyədə də dəyişəcək, sıralamada müvafiq dəyişiklik olunacaq;
  • Kampaniya çərçivəsində qazanılan pul mükafatı müştərinin bank hesabına (aktiv Visa debet və ya taksit kartı, cari hesab və ya bankımıza məxsus digər hesabına) yüklənəcək;
  • Eyni əməliyyat məbləği olan müştəriləri sıralamada fərqləndirmək üçün əməliyyat saylarına, o da eyni olarsa, kampaniya müddətində müvafiq istiqamət üzrə edilmiş ilk ödənişin vaxtına baxılacaq;
  • Pul mükafatlarının qalibə təqdim olunması ilə bağlı yarana biləcək bütün xərclər (o cümlədən, vergi ödənişi) müştəri tərəfindən ödəniləcək;
  • Kampaniya müddətində xarici valyutalı kartlarla edilmiş ödənişlər ödəniş gününün müvafiq valyuta üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə əsasən, manat ekvivalentində hesablanacaq;
  • Birbank (Kapital Bank) əməkdaşları və aidiyyəti şəxslər kampaniyada iştirak etmir;
  • Qaliblərin yekun siyahısı 15 iyul 2025-ci il tarixində açıqlanacaq. Kampaniya bitdiyi müddətdən həmin tarixədək geri qaytarılmış, ləğv olunmuş ödənişlər, eləcə də kampaniya üçün uyğun olmayan digər şərtlər (məsələn, müştərinin kampaniya müddətində Birbank əməkdaşı olması və s.) yoxlanılaraq siyahıda yekun dəyişiklik ediləcək.
  • Kampaniya üzrə qazanılmış pul mükafatları 15 avqust 2025-ci il tarixinədək müştərilərə təqdim olunacaq;
  • Kampaniya qaliblərinin elan olunmasından (15 iyul 2025-ci il) etibarən 90 təqvim günü ərzində müştərinin tapılmaması, zənglərə cavab verməməsi, bankla əlaqə saxlamaması, yeni bank hesabına ehtiyac olduqda bu hesabı açmaması, yaxud pul mükafatını götürməməsi halında müvafiq mükafat Birbank-ın (Kapital Bank ASC) sərəncamına veriləcək.
  • Kampaniya çərçivəsində qeyd edilən MCC kodlar* üzrə ödənişlər istisna olunacaq: 9034, 9211, 9222, 9223, 9311, 9399, 9401, 9402, 9405, 9406, 9411, 9702, 6010, 6011, 6012, 6025, 6026, 6051, 6211, 6300, 6381, 6399, 6532, 6555, 6611, 7276, 7995, 9754, 4829, 6531, 6533, 6536, 6537, 6538, 6539, 6540 * MCC kod - ticarət nöqtəsinin növünü göstərən koddur.
196
FAQ
Kampaniya hansı müddəti əhatə edir?
Kampaniya 19 may - 30 iyun 2025-ci il tarixləri ərzində və hər iki tarix daxil olmaqla keçərlidir
Kampaniyada kimlər iştirak edə bilər?
Eyniləşdirilmiş Birbank Visa debet və taksit kartı müştəriləri kampaniyada iştirak edə bilər.
Kampaniyada iştirak üçün nə etməliyəm?
Kampaniyada iştirak etmək üçün qeyd olunan müddətdə Birbank Visa kartları ilə 1) xarici veb-sayt və ya tətbiqlərdə onlayn ödəniş və ya 2) xarici ölkədə kart ilə (eləcə də Apple Pay/Google Pay ilə) POS-terminal vasitəsilə ödəniş etməyiniz lazımdır. Bu zaman xərclədiyiniz məbləğə əsasən, müştərilər arasında sıralamanız formalaşacaq. Qeyd edək ki, xarici veb-sayt və ya tətbiqlərdə ən çox pul xərcləyən 5000 müştəri, xarici ölkələrdə isə POS-terminal vasitəsilə ən çox pul xərcləyən 500 müştəri qalib olaraq müxtəlif nominalda pul mükafatları qazanacaqlar.
Kampaniyada mükafat qazanmaq üçün minimal məbləğ nə qədər olmalıdır?
Müştərilər arasında sıralamaya düşmək üçün minimal məbləğ tələbi yoxdur. Qalib olmaq üçün isə kampaniya müddətində Birbank Visa kartlarınız ilə ən çox pul xərcləyənlər (xarici onlayn ödənişlərə görə ilk 5000 müştəri, xaric ölkədə ödənişlərə görə isə ilk 500 müştəri) arasında olmalısınız.
Kampaniya müddətində hansı kartlardan istifadə etmək mükafat qazandırır?
Birbank Visa debet və taksit kartları.
Kampaniyada hansı mükafatları qazana bilərəm?
Siz xarici veb-sayt və ya tətbiqlərdə onlayn ödənişlərə və xarici ölkədə POS-terminal ilə ödənişlərə görə 10 000 AZN və müxtəlif nominalda pul mükafatları qazana bilərsiniz. İki istiqamət üzrə birlikdə pul mükafatlarının toplam sayı 5500-dür. Hədiyyələrlə bağlı ətraflı məlumat üçün bu veb-səhifədə “Hədiyyələr” bölməsinə keçid edə bilərsiniz.
Xarici sayt və ya tətbiqlərdə ödəniş dedikdə nə nəzərdə tutulur?
Xarici ölkələrə məxsus veb-sayt və ya mobil tətbiqlərdə Birbank Visa kartları ilə edilmiş ödənişlər nəzərdə tutulur. Bura xarici ölkələrə məxsus havayollarında, onlayn mağazalarda alışlar, tətbiqlər üzrə abunəliklər və s. daxildir. Bu istiqamət üzrə kampaniya müddətində, kampaniya şərtlərinə uyğun ən çox pul xərcləyən 5000 müştəri qalib olacaq.
Xaricdə POS-terminal vasitəsilə ödənişlər dedikdə nə nəzərdə tutulur?
Xaricdə POS-terminal vasitəsilə ödənişlər dedikdə xarici ölkələrdə Birbank Visa kartı ilə POS-terminal üzərindən həm kart vasitəsilə, həm də Apple Pay/Google Pay vasitəsilə edilmiş ödənişlər nəzərdə tutulur. Bu istiqamət üzrə kampaniya müddətində, ən çox pul xərcləyən 500 müştəri qalib olacaq.
Sıralamada neçənci yerdə olduğum barədə necə məlumat əldə edim?
Elə bu veb-səhifədə yuxarıdakı pəncərədə FİN kodunuzu və doğum tarixinizi daxil edərək cari anda hər iki istiqamət üzrə neçənci sırada olduğunuzu, toplam ödəniş məbləğinizi və ödəniş sayınızı izləyə bilərsiniz.
Kampaniyada hər iki istiqamət üzrə pul mükafatı qazana bilərəm?
Bəli. Siz kampaniyada mövcud olan hər iki istiqamət üzrə (həm xarici sayt və ya tətbiqlərdə, həm də xaricdə POS-terminal vasitəsilə ödənişlər üzrə) ödəniş dövriyyəniz imkan verdiyi halda qalib ola bilərsiniz.
Qalib olduğum barədə necə məlumat ala bilərəm?
Müştərilər bu veb-səhifədə məlumatlarını daxil edərək sıralamalarını izləyə bilərlər. 15 iyul 2025-ci il tarixində yekun qaliblər bəlli olacaq. Eyni zamanda qalib müştərilərə 15 iyul-15 avqust tarixləri ərzində bu barədə SMS və ya Birbank mobil tətbiqindən bildiriş göndəriləcək.
Qalib olduğum halda mükafatı nə zaman və necə əldə edə bilərəm?
Qaliblər 15 iyul 2025-ci il tarixində bəlli olacaq və kampaniya üzrə qazanılmış hədiyyələr 15 avqust 2025-ci il tarixinədək müştərilərin bank hesabına yüklənəcək
Kampaniya ərzində etdiyim ölkədaxili onlayn ödənişlər və ya POS-terminal ödənişlərinə görə pul mükafatı qazanmaq mümkündür?
Xeyr. Kampaniya yalnız xarici sayt və ya tətbiqlərdə edilən onlayn ödənişlərə və xaricdə POS-terminal vasitəsilə edilən ödənişlərə şamil olunur.
Fərqli kartlarımla ayrı-ayrılıqda qalib ola bilərəm?
Xeyr. Qaliblər bütün Birbank Visa kartları üzrə edilmiş müvafiq istiqamət üzrə ödənişlərinin cəminə əsasən təyin olunacaq.
Ödənişi ləğv etsəm və ya qaytarsam, sıralamadakı yerim olduğu kimi qalır?
Ödəniş ləğv edilsə və ya geri qaytarılsa, sıralamadakı yeriniz müvafiq olaraq dəyişəcək.