LOTEREYALARDA İŞTİRAKA DAİR MÜQAVİLƏ
Siz Birbank tətbiqində (“Birbank”) müvafiq xananı seçməklə, bu Müqavilənin bütün şərtlərinə razılığınızı bildirir və qeyd edilən şərtlərə riayət etməyi öhdənizə götürürsünüz.
Lotereyaları oynayarkən və ya uduşları əldə edərkən tərəfinizdən əməliyyatların aparılması, habelə əməliyyatlar üçün giriş icazələrinin alınması məqsədilə tərəfinizdən müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi, barmaq izi və ya digər fərdi biometrik göstəricilərdən istifadə edilməsi Sizə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və bu hərəkətlər/təsdiqlər Sizin şəxsi imzanız ilə eyni hüquqi qüvvəyə malikdir. Birbankda əməliyyatların aparılması zamanı təsdiqlənmiş əməliyyatlar, habelə elektron sənədlər bu Müqavilə mübahisələrin həlli zamanı sübut hesab olunur.
Maddə 1. TƏRƏFLƏR:
Bu Lotereyalarda İştiraka dair k Müqaviləsi (“Müqavilə”) yerləşdiyi ünvan AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 olan Azərlotereya ASC (bundan sonra mətndə - “ ” Azərlotereya”), öz tətbiqində virtual lotereya oynamaq üçün giriş hüquqları verən və Birbankı tətbiqini idarə edən “Kapital Bank” ASC (“Bank”) ASC və şəxsi məlumatları “İştirakçı məlumatları” hissəsində göstərilən şəxsin (“İştirakçı”), yəni Sizin aranızda arasında aşağıdakı şərtlər əsasında tərtib olunmuş üçtərəfli müqavilədir.
Maddə 2. ANLAYIŞLAR:
Bu terminlər bu Müqavilədə aşağıdakı mənalarda istifadə edilmişdir:
- Azərlotereya: Azərbaycan Respublikasında lotereya və idman mərc oyunlarının təşkili və keçirilməsi üçün qanunvericiliklə təyin edilmiş hüquqi şəxsdir;
- Bank: Birbank tətbiqini idarə edən Kapital Bank ASC;
- Birbank: virtual lotereya oyunlarının təqdim edildiyi və həmin oyunlara giriş imkanı verən “Kapital Bank” ASC-yə məxsus olan mobil tətbiq;
- Virtual mühit: Oyunların operatoru olan Azərlotereyanin oyunların oynanılması üçün yaratdığı telekommunikasiya şəbəkələri, informasiya sistemləri və şəbəkələri, informasiya-telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkələri, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri və digər texnologiyalara əsaslanan, operatorun əmtəə nişanı altında mərkəzi oyun sistemlerine bağlı olaraq fəaliyyət göstərən platformadır. Virtual mühitə giriş hüququ Birbank tərəfindən təmin edilir;
- İştirakçı: 18 yaşına çatmış, könüllü şəkildə oyunlarda iştirak etmək üçün Virtual Mühitdə şəxsi kabinet yaradaraq oyunlarda iştirak edən və bu Müqaviləni qəbul etmiş fiziki şəxsdir;
- Şəxsi kabinet: Virtual muhitdə Oyunlarda istifadə edilməsi məqsədilə İştirakçılar üçün Banka məxsus platformalarda, o cümlədən Birbank mobil tətbiqində yerləşdirilən, hər bir İştirakçının fərdi məlumatlarının, habelə Virtual mühitdə sərəncamında olan pul vəsaitinin dövriyyəsi, aldığı Elektron Biletlərin dəyəri, əldə etdiyi uduşlar (mükafatlar), eləcə də bu Müqaviləyə uyğun digər məlumatlarının əks olunduğu, giriş hüququnun Operator və Bank tərəfindən təmin edildiyi, elektron pul kisəsi funksionallığı (“pay” funksiyası) olmayan, Virtual mühitin tərkib hissəsi olan, İştirakçının istifadəsinə verilən elektron səhifədir. Birbank mobil tətbiqində yerləşdirilmiş fərdi məlumatlar eyni zamanda İştirakçının şəxsi kabineti üzrə də fərdi məlumatlar hesab edilir;
- Virtual balans: İştirakçının şəxsi kabinetində qeydiyyatı aparılan və İştirakçı tərəfindən lotereya oyunları ilə bağlı sərəncamında olan pul vəsaitinin dövriyyəsi, aldığı biletlərin dəyəri, əldə etdiyi uduşlar (mükafatlar) və çıxardığı vəsaitlər barədə məlumatların elektron göstəricisidir;
- Şifrə: İştirakçının sistem tərəfindən eyniləşdirilməsi vasitələrindən biri olan, Birbank tərəfindən təqdim edilən və İştirakçı tərəfindən dəyişdirilə bilən və təhlükəsizliyinin İştirakçı tərəfindən qorunduğu koddur;
- Bilet: Azərlotereyanın virtual mühitində oynanılan oyuna və ya oyunlara iştirak hüququ verən və uduşlu olduğu halda, əvvəlcədən bəyan edilən meyarlar əsasında hesablanan pul mükafatını almaq hüququ verən elektron kod, İştirakçının seçdikləri oyun növünə görə oyun əsnasında yaratdıqları kuponun və ya satın aldıqları lotereya biletinin virtual mühitdəki məzmunu;
- Oyun (Lotereya): Azərlotereya tərəfindən təşkil edilən tirajlı, elektron və virtual lotereyalar üzrə lotereya biletlərinin (o cümlədən elektron biletlərin) yayılması, uduşlu lotereya biletlərinin sahiblərinə uduşların verilməsi (ödənilməsi) yolu ilə keçirilən oyundur;
- İştirak hüququ: İştirakçının Azərlotereya oyunlarında iştirak imkanıdır. İştirakçının iştirak hüququ Azərlotereya tərəfindən təqdim edilir və Birbank tərəfindən giriş hüququ verildikdən sonra yaranır;
- Uduş: oyunların şərtlərinə əsasən uduşlu hesab edilən biletin sahibinə ödənilməli olan pul vəsaiti və ya verilməli olan digər əmlak (o cümlədən, əşyalar və qeyri-maddi əmlakdır);
- Mərkəzi Oyun Sistemi: lotereyalara dair bütün məlumatların toplanıldığı, işlənildiyi və ümumiləşdirildiyi, yüksək məlumat işləmə imkanına malik avadanlıqlardan ibarət olan informasiya sistemi(lər)idir;
- Oyun depoziti: İştirakçıların oyunlarda iştirakı üçün nəzərdə tutulan məbləğ. İştirakçı bu məbləği Birbank tətbiqi daxilində mövcud olan “cashback və ya bonus balansı”ndan ayıra bilər;
- Ödəmə üsulları: Birbank tətbiqi vasitəsilə oyun depoziti köçürmək üçün istifadə edilən ödəniş vasitələri;
- Oyun vasitələri: Azərlotereya adı altında lotereya oynandığı oyun infrastrukturu, o cümlədən Birbank tətbiqi və Azərlotereya tərəfindən idarə edilən virtual mühit.
- Menyu: İştirakçıların Birbank şəxsi kabinetinində reallaşdırdıqları pul köçürmələrinin hesab hərəkətlərinə baxa bildiyi, virtual mühitdə oynadıqları oyunların məlumatlarını və uduşları izləyə bildikləri və digər əməliyyatları icra edə bildikləri səhifə.
- Müştəri Xidmətləri: İştirakçıların yazılı və ya şifahi ünsiyyət qura biləcəkləri, məlumat və məsləhət ala biləcəkləri Azərlotereyanın müvafiq xidmət bölməsi.
MADDƏ 3. MÜQAVİLƏNİN MƏQSƏD VƏ MÖVZUSU:
Bu Müqavilə İştirakçının Azərlotereya tərəfindən təqdim ediləcək lotereyalarda iştirak etmək və onu oyun şərtləri ilə tanış etmək məqsədilə tərtib edilmişdir və oyunlar üzrə sövdələşmə çərçivəsində Azərlotereya, Birbank və İştirakçının hüquq və vəzifələrini müəyyən edir.
MADDƏ 4. OYUNLARDA İŞTİRAK MEYARLARI:
- 4.1. Oyunlarda iştirak etmək istəyən şəxslər (iştirakçılar) aşağıdakı meyarlara cavab verməlidirlər:
a. 18 yaşı tamam olmaq;
b. Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan şəxs olmaq;
c. Birbank tətbiqində qeydiyyatdan keçmək;
d. Bu Müqaviləni qəbul etmək və onun şərtlərinə riayət etmək;
e. Oyunların şərtlərini bilmək və bu şərtləri qəbul etmək.
- 4.2 Birbankda şəxsi kabineti mövcud olanİştirakçı, oynamağa başlamazdan əvvəl Müqaviləni oxumuş və şərtlərini qəbul etmiş sayılır. İştirakçının şəxsiyyətinin təsdiq edilməsi proseduru Birbank tərəfindən müəyyən edilir və İştirakçı bu proseduru qəbul edir.
- 4.3 İştirakçı onun 18 yaşının tamam olduğunu təsdiqləyən şəxsiyyəti təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi və ya pasport) şəxsi kabinetinə yükləməyi və ya bank tərəfindən müəyyən edilən digər üsullarla banka təqdim etməyi öhdəsinə götürür İştirakçı özü haqqında bildirdiyi fərdi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.
- 4.4. Bu Müqaviləni imzalamaqla iştirakçılar aşağıdakı məsuliyyətli oyun prinsiplərindən xəbərdar olduqlarını və həmin prinsipləri qəbul etdiklərini bəyan etmiş olurlar:
4.4.1. Oyunlar gəlir mənbəyi deyil, əyləncədir;
4.4.2. Oynamazdan öncə oyun iştirakçısı oyun şərtləri ilə tanış olmuşdur;
4.4.3. İştirakçı ölçülü oynayır, oyunlarda özünün Birbank tətbiqindəki balansında xüsusi ayırdığı əyləncə büdcəsi çərçivəsində iştirak edir;
4.4.4. İştirakçının 18 yaşı tamam olmuşdur.
- 4.5. İştirakçı meyarlarına cavab verən şəxslər müstəqil hərəkət etmə ixtiyarında olduqlarını, fəaliyyət qabiliyyətli olduqlarını və hərəkətlərinə görə məsuliyyət daşıdıqlarını, oyunların ehtimala əsaslandığını bildiklərini, məsuliyyətli oyun prinsiplərini bildiklərini əvvəlcədən bəyan edirlər.
- 4.6. İştirakçı meyarlarına cavab verən fiziki şəxslər şəxsi kabinet açmaq üçün tələb olunan zəruri məlumatları Birbank tətbiqində qeydiyyat zamanı daxil etməlidirlər.
- 4.7. İştirakçı bu Müqavilənin 4-cü maddəsində ifadə edilən bütün meyarlara cavab verdikdə və meyarlara uyğunsuzluğunu bəlli edən faktların meydana gəlməyəcəyi təqdirdə onun oyunlarda iştirak imkanı davam edəcəkdir.
- 4.8.İştirakçı oyunların ehtimal əsasında keçirildiyini anlayır və bununla bağlı Azərlotereyaya və Birbanka qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.
MADDƏ 5. ŞƏXSİ KABİNETİN İDARƏ EDİLMƏSİ:
- 5.1 Hər bir İştirakçı yalnız bir şəxsi kabinet vasitəsilə Lotereya oynaya bilər. Şəxsi kabinetdən yalnız bu Müqavilə ilə müəyyən olunan oyunların oynanılması məqsədilə istifadə edilə bilər. İştirakçı Azərlotereya tərəfindən təqdim edilən lotereyaları və/və ya şəxsi kabinetini heç bir şəkildə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi, ictimai intizamı pozan, ümumi qəbul olunmuş əxlaqa zidd, başqalarını narahat etmək, lotereya biletini başqalarına satmaq məqsədi ilə və/və ya hər hansı bir kommersiya məqsədilə, öz bank hesabından başqalarının hesablarına köçürmə etmək üçün və/və ya bu Müqavilə əsasında icazə verilən Oyunların oynanılması məqsədi xaricində, başqa bir gəlir əldə etmək üçün istifadə edə bilməz.
- 5.2. İştirakçı ona verilmiş şifrəni hər hansı bir üçüncü şəxs tərəfindən istifadə edilməsi nəticəsində baş verənlərə görə özünün cavabdeh olduğunu, bu halda baş vermiş hadisələr üçün tam məsuliyyət daşıdığını, bu əməliyyatlar özü tərəfindən icra edilmədiyi halda belə Azərlotereyaya və Banka qarşı pretenziya və iddia irəli sürməyəcəyini, bu kimi qaydalara zidd istifadə edən şəxslərin kim olduqlarını araşdırmaq və müəyyən etməyə görə Azərlotereya və Bankın öhdəlik daşımadığını qəbul və təsdiq edir. Şifrənin hər hansı bir üçüncü şəxs tərəfindən istifadə edildiyini bilən İştirakçı, bu vəziyyəti dərhal Banka bildirməlidir. Azərlotereya şəxsi kabinetin İştirakçıdan başqa digər şəxslər tərəfindən də və ya üçüncü şəxs və ya şəxslər, o cümlədən 18 yaşına çatmayan şəxs və ya şəxslər tərəfindən istifadə edildiyini, şifrənin üçüncü şəxslərə verildiyini, İştirakçının birdən çox şəxsi kabinet açdığını aşkarladığı və ya əsaslı şübhələri olduğu hallarda həmin İştirakçının iştirak hüququna xitam verərək şəxsi kabinetə girişini bağlamaq üçün Banka müracət edə bilər. Əgər Şifrənin İştirakçı tərəfindən qəsdən üçüncü şəxsə verilməməsi aşkar edilərsə, İştirakçı Banka müraciət edərək Bank tərəfindən müəyyən edilmiş təklükəsizlik (eyniləşdirilmə və s) tədbirlərini həyata keçirdikdən sonra yeni şifrə il yeni şəxsi kabinet yarada bilər. Bu hal baş verərsə, İştirakçı Azərlotereyaya və Banka qarşı pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.
MADDƏ 6. İŞTİRAKÇIYA AİD FƏRDİ MƏLUMATLAR:
- 6.1. İştirakçı tərəfindən daxil edilən fərdi eyniləşdirmə məlumatları (o cümlədən, ad , soyad, FİN kod, mobil telefon nömrəsi, email, qanunvericiliyin tələb etdiyi sair məlumatlar) yanlış olarsa və ya bu fərdi məlumatlarda dəyişiklik olarsa, İştirakçı 10 (on) iş günü ərzində həmin məlumatların yeniləmək öhdəliyini daşıyır. İştirakçı həmin məlumatları Banka təqdim edir. Bank tərəfindən lazımi dəyişikliyin edilməsi üçün İştirakçının təhlükəsizlik yoxlamasından problemsiz keçməsi və ya fərdi məlumatlarını lazım olduqda təsdiqləməsi vacibdir.
- 6.2.İştirakçı özünün təqdim etdiyi və Bankın məlumat bazasında təhlükəsizliyi mühafizə olunan fərdi məlumatların (ad, ünvan, yaş, e-poçt ünvanı, FİN kod nömrəsi, mobil və əlaqə nömrəsi və s.), oynadığı lotereyalar üzrə bilet məlumatlarının və uduş məbləğlərinin Bank və Azərlotereya tərəfindən elmi və statistik tədqiqatlar, İştirakçıya göstərilən oyun və xidmətlərin yaxşılaşdırılması və üstünlük verilən oyun və xidmətlərin müəyyən edilməsi üçün müxtəlif marketinq və sosioloji sorğuların və marketinq və/və ya satış kampaniyalarının keçirilməsi, ünvanlı reklam materiallarının tərtib edilməsi məqsədi ilə istifadə edilməsinə, o cümlədən eyni məqsədlərlə istifadə üçün üçüncü şəxslərə verilməsi, habelə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanununun 14-cü maddəsinin şərtləri nəzərə alınmaqla transsərhəd ötürülməsinə razılıq verir.
- 6.3. İştirakçı Azərlotereya və ya Bank Müştəri Xidmətləri ilə yazışma və telefon danışığı qeydlərinin Azərlotereya və yaBank tərəfindən saxlandığını bildiyini və bu qeydlərin saxlanmasına razılıq verdiyini qəbul edir.
- 6.4. İştirakçı oyunlarla bağlı hər hansı sual və ya şikayətlə əlaqədarBank Müştəri Xidmətlərinə müraciət edəcəkdir. Bank sorğuların ona aid hissədə yaranan texniki xəta və.s səbəbindən olduğunu müəyyən edərsə, müraciətləri Azərlotereyaya yönləndirəcəkdir.
MADDƏ 7. ŞİFRƏ:
- 7.1 Bank İştirakçı meyarlarına cavab verən, Birbankda qeydiyyatdan keçmiş və şifrə əldə etmiş şəxslərin oyunlarda iştirakını təmin edir.
- 7.2. Birbankda yaradılmış şəxsi kabinetdə İştirakçı tərəfindən istifadə ediləcək Şifrənin qorunma məsuliyyəti və və onun üçüncü şəxslərə verilməməsi və Şifrənin istifadəsinə dair istənilən məsuliyyət İştirakçıya aid olacaqdır. Bank İştirakçıya məxsus Şifrə və digər məxfi/fərdi məlumatlara sahib üçüncü şəxslər tərəfindən oynanan oyunları etibarlı sayacaqdır. Bu halda, uduşlar oyunun oynanmış olduğu şəxsi kabinetə köçürüləcəkdir.
MADDƏ 8. İŞTİRAK HÜQUQUNA XİTAM VERİLMƏSİ:
- 8.1. Əgər İştirakçının bu Müqaviləyə və ya qanunvericiliyə zidd fəaliyyəti (18 yaşına çatmaması, onlayn dələduzluq, cinayət, o cümlədən zərərli virus və kompüter proqramlarının yayılması və kibercinayət törədilməsi, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi, birdən çox şəxsi kabinetin açılması, şifrəni üçüncü şəxslərə verməsi, özünə aid fərdi məlumatları düzgün göstərməməsi, digər iştirakçıları təhqir etməsi, Azərlotereya və/və ya Bankın işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayması, pornoqrafik materialları yayması, şəxsi kabinetdən kommersiya məqsədləri ilə istifadə etməsi və sair) aşkar edilərsə, Bank iştirakçının Birbanka bağlı mobil nömrəsinə müvafiq xəbərdarlıq göndərilməklə şəxsi kabinetə girişini müəyyən müddətə və ya daimi bağlaya və onun iştirak hüququna xitam verə bilər. İştirakçının bu Müqaviləyə və ya qanunvericiliyə zidd fəaliyyəti nəticəsində Banka və Azərlotereyaya maddi ziyan vurularsa, İştirakçı bu ziyana görə məsuliyyət daşıyır və Bank həmin ziyan məbləğini İştirakçının Birbank tətbiqində virtual balansında olan məbləğdən və/və ya banka olan hesablarından akseptsiz qaydada silə bilər. Bu cür silinmə ziyanı tam kompensasiya etməzsə, qalan məbləğ İştirakçı tərəfindən Banka və Azərlotereyaya ödənilməlidir. Bu halda İştirakçı Bank və Azərlotereyaya qarşı hər hansı pretenziya və ya iddia irəli sürməyəcəkdir, kompensasiya tələb etməyəcəyəni əvvəlcədən bəyan və qəbul edir.
- 8.2. İştirak hüququna xitam verilməsi oyun(lar)a girişin bağlanılması halında Bank tərəfindən iştirakçının pul vəsaitləri onun Birbank tətbiqindəki Bank tərəfindən təklif edilən və İştirakçının seçdiyi müvafiq hesabına köçürüləcəkdir.
MADDƏ 9. PUL KÖÇÜRMƏLƏRİ:
- 9.1. İştirakçı Oyun vasitələrində oyun oynamağa başlaması üçün Birbank daxilində mövcud olan və ya Birbanka inteqrasiya edilmiş “cashback və ya bonus balansı”ndan seçdikləri vəsaiti şəxsi kabinetdəki virtual balansa köçürməlidirlər. Belə köçürmə üçün Bank və Azərlotereya tərəfindən hər hansı komissiya tətbiq edilmir.
- 9.2. İştirakçılar lotereya oynamaq üçün seçdikləri və/vəya xərclədikləri məbləğlərə görə özləri məsuliyyət daşıyırlar. Texniki problemlər nəticəsində məbləğlərin Virtual balansda gecikmə ilə əks etdirilməsi nəticəsində yarana biləcək zərərə görə, habelə İştirakçı tərəfindən edilən səhv əməliyyatlara görə Bank və Azərlotereya heç bir məsuliyyət daşımır.
- 9.3. Ödəmə üsulları, şərtləri və qaydaları Bank və Azərlotereya tərəfindən dəyişdirilə bilər. İştirakçı ödəmə üsullarının Bank və Azərlotereya tərəfindən dəyişdirilməsi halında bağlı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini qəbul və bəyan edir.
MADDƏ 10. OYUNLARA TƏTBİQ EDİLƏN ÜMUMİ ŞƏRTLƏR:
- 10.1. Azərlotereya, bu Müqavilədə müəyyən olunmuş oyun vasitələrini istənilən vaxt dəyişdirə bilər, ləğv edə bilər və ya bu oyun vasitələrinə yenilərini əlavə edə bilər.
- 10.2. Oyunlarda İştirakçı tərəfindən oyun ilə bağlı daxil edilən məlumatlar Azərlotereya tərəfindən düzgün hesab edilərək istifadə olunacaqdır.
- 10.3. İştirakçı oyunlarda iştirak etdiyini göstərən tək və etibarlı elektron sənəd İştirakçının menyuda gördüyü etibarlı (imtina etmədiyi) elektron kod olaraq təsdiqlənən biletdir.
- 10.5. Azərlotereya və ya Bank Müştəri Xidmətləri vasitəsilə ediləcək əməliyyatlarda hər bir araşdırma üçün xidmət haqqı tətbiq edə bilər. Azərlotereya tətbiq edilən xidmət haqqını dəyişdirmək hüququna malikdir.
- 10.6. Oyunların nəticələri İştirakçı tərəfindən heç bir şəkildə ləğv edilə bilməz və dəyişdirilə bilməz. İştirakçı xüsusi texniki üsullardan istifadə edərək bu biletləri ləğv edərsə və ya mərc nəticələrini dəyişərsə, belə qanunsuz müdaxilə bu Müqavilədə nəzərdə tutulmuş tədbirlərin görülməsinə və Cinayət Məcəlləsinin 273-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranmasına səbəb olacaqdır.
- 10.7. Bu Müqavilənin qəbulu ilə, Virtual mühitin istifadə şərtləri də qəbul edilmiş sayılır.
- 10.8. Azərlotereya və ya Banktərəfindən lotereya iştirakçıları ilə bağlı hər hansı bonus və kampaniyalar tətbiq edilə bilər. Bu Azərlotereya və ya Bankın hüququdur, vəzifəsi deyildir.
- 10.10. Bank və/və ya Azərlotereya reklam və sair məlumatları iştirakçının daxil etdiyi email ünvanına, mobil nömrəyə, şəxsi kabinetinə bildiriş olaraq göndərə bilər.
MADDƏ 11. UDUŞLAR və ÖDƏMƏLƏR:
- 11.1 Oyunlar üçün bilet məlumatları oyunla əlaqəli qeydlərin aparıldığı Mərkəzi Oyun Sistemindəki məlumatlarla mütləq eyni olmalıdır. Bilet məlumatları ilə Mərkəzi Oyun Sistemindəki məlumatlar arasında ziddiyyət olduqda, Mərkəzi Oyun Sistemindəki məlumatların düzgün olduğu qəbul ediləcəkdir.
- 11.2. Oyun iştirakçısının qazandığı uduş məbləğləri Mərkəzi Oyun Sistemi tərəfindən qiymətləndirilərək qanunvericiliklə nəzərdə tutulan vergi və digər tutulmalardan sonra İştirakçının Birbankda açdığı şəxsi kabinetin Virtual balansına köçürülür.
- 11.3. İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği, habelə əgər vergi tətbiq edilirsə, vergi məbləği tutulduqdan sonra ödənilməli olan uduş məbləği ən gec 24 (iyirmi dörd) saat ərzində Bank tərəfindən İştirakçınin Birbankda açdığı şəxsi kabinetin Virtual balansına köçürülür. Azərlotereya tərəfindən təsdiqlənməli olan limitləri aşan uduşlar ödənilməli olduqda, habelə texniki çətinlikər yarandıqda bu müddət uzadıla bilər. İştirakçının Birbankın şəxsi kabinetindən məxaric etdiyi məbləğlərin hüquqi rejimi Bank tərəfindən tənzimlənir.
- 11.4. Texniki və sair səhv nəticəsində İştirakçının Birbank şəxsi kabinetindəki Virtual balansına köçürülmüş məbləğlər İştirakçı tərəfindən istifadə edilə bilməz və köçürülə bilməz. Bu vəsaitlərdən istifadə Biank tərəfindən əsassız varlanma hesab ediləcəkdir.
MADDƏ 12. MƏSULİYYƏT:
- 12.1. Oyun Vasitələrində baş verə biləcək hər cür rabitə kəsilməsi, oyun sistemində baş vermiş xətalar, fasilələr, sistem qəzaları, texniki səbəblərlə meydana gələn məlumatlandırma mesajlarının və s. getməməsi, gecikməsi halları daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, səhv, gecikmə ilə məlumat ötürülməsi yaxud rabitə fasilələrinə görə yaranan zərərlərə görə Azərlotereya və Bank heç bir məsuliyyət daşımır. İştirakçı bununla bağlı Azərlotereyaya və Banka qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.
- 12.2. Oyun şərtləri Azərlotereyanın rəsmi vebsaytlarında və virtual mühitdə yerləşdirilmişdir. Oyunlar haqqında lazımi məlumatlandırmanın edilməməsini əsas göstərərək İştirakçı Azərlotereyaya və ya Banka qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.
- 12.3. Bu Müqaviləyə uyğun olaraq İştirakçıya təqdim edilən lotereyaların dairəsi Azərlotereya və Banktərəfindən istənilən vaxt və bir tərəfli olaraq genişləndirilə yaxud azaldıla bilər və ya lotereyalar dayandırıla bilər. Azərlotereya və Bank bu Müqavilədə qeyd edilən maddələrə dəyişiklik etmək hüququna malikdir. İştirakçı bununla bağlı Azərlotereyaya və Banka qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.
- 12.4. İştirakçı Azərlotereya tərəfindən təqdim edilən lotereyalarda iştirak etdiyi və xidmətlərin istifadəsi zamanı üçüncü şəxslərə, Banka və Azərlotereyaya zərər vurması halında, həmin zərərə görə şəxsən məsuliyyət daşıdığını qəbul, bəyan və təsdiq edir. Bu halda, İştirakçının iştirak hüququ Azərlotereya tərəfindən ləğv edilə bilər və şəxsi kabinetə girişi Bank tərəfindən bağlana bilər.
- 12.5. Azərlotereya Virtual Muhitdə olan bütün yazılı, şəkilli, səsli, qrafik əhatə edən və/və ya əhatə etməyən bütün materialların hər cür istifadə hüququna malikdir. İştirakçı Azərlotereya tərəfindən özünə təqdim edilən xidmət və oyunların, onların istifadəsi ilə əlaqədar hər cür video və audio materialların Azərlotereyanın əqli mülkiyyətində olduğunu və bunları heç bir şəkildə Azərlotereya-nin yazılı icazəsi olmadan istifadə etməyəcəyini, bu materialları köçürərək fərdi və ümumi istifadəyə açıq İnternet səhifələrində, o cümlədən sosial şəbəkələrdə istifadə etməyəcəyini, nəşr etməyəcəyini və/və ya bunları satışa çıxarmayacağını qəbul, bəyan və təsdiq edir.
- 12.6. Bank və Azərlotereya ağlabatan təhlükəsizlik tədbirləri gördüyü halda, məlumat bazasına ediləcək hər hansı bir hücum nəticəsində, İştirakçıların məlumatlarının üçüncü şəxslərin əlinə keçməsi və bu məlumatların istifadə edilməsi halında yaranan nəticələrə görə Bank və Azərlotereya məsuliyyət daşımır. İştirakçı bununla bağlı Bank və ya Azərlotereyaya qarşı heç bir pretenziya və ya iddia ilə çıxış etməyəcəyini və kompensasiya tələb etməyəcəyini əvvəlcədən qəbul və bəyan edir.
- 12.7. İştirakçı üçüncü şəxslərlə əlaqədar olaraq yaranan mübahisələr və üçüncü şəxslərin kompensasiya tələblərinə görə Bank və Azərlotereyanin məsuliyyət daşımayacağını əvvəlcədən qəbul və təsdiq edir.
- 12.8. İştirakçının sərəncamı əsasında Birbank vasitəsi ilə Birbankda yaradılanVirtual balanslarına göndərdikləri pullar ilə əlaqədar dəyən zərərlərə görə Azərlotereya və Birbank məsuliyyət daşımır.
- 12.9. Bu Müqavilədə irəli sürülən və Azərlotereya-nin məsuliyyətini istisna edən müddəalar Azərlotereyanın təqsirli hərəkətləri nəticəsində vurulmuş real zərər olmadığı hallarda etibarlı olacaq. Digər hallarda Azərlotereya heç bir məsuliyyət daşımayacaqdır.
- 12.10. Müqavilə əsasında İştirakçının məsuliyyətində olan məsələlərlə əlaqəli Bank və ya Azərlotereyanın məruz qaldığı hər cür zərər İştirakçıdan tam şəkildə tutulacaq və ya tələb ediləcəkdir.
- 12.11. İştirakçı xəbərdar olunur ki, səlahiyyətli dövlət orqanlarının qərarı olduqda ona qarşı terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlər görülə bilər, o cümlədən uduş məbləğləri dondurula bilər.
MADDƏ 13. ÜMUMİ MÜDDƏALAR:
- 13.1 Bu Müqavilə İştirakçı tərəfdən təsdiq edildiyi andan qüvvəyə minir və qeyri-müəyyən müddətdə qüvvədə olur.
- 13.2. Bu Müqavilə İştirakçının kağız daşıyıcıda olan şəxsi imzası ilə təsdiqlənmiş müvafiq sənədlərlə və əməliyyatlarla eyni hüquqi qüvvəyə malikdir və Birbank tətbiqində əməliyyatların Bank tərəfindən müəyyən edilmiş üsullarla təsdiqi (klik və s.) İştirakçının imzasının analoqu hesab edilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir.
- 13.3. İştirakçı bu Müqavilədən irəli gələn hüquq və vəzifələrini heç bir şəkildə üçüncü şəxslərə ötürə yaxud həvalə edə bilməz.
- 13.4. İştirakçı qeyri-qanuni və ya bu Müqavilənin ziddinə əldə olunan hüquqları həyata keçirə bilməz. Belə hallar yarandıqda, bu Müqavilə və yaxud Azərlotereyanın müəyyən etdiyi qaydalardan kənar virtual mühitə qoşulmalar ləğv edilir və İştirakçının şəxsi kabineti Bank və ya Azərlotereya tərəfindən bağlanır.
- 13.5. İştirakçı Azərlotereyanın lotereyalarla bağlı qeydlərinin etibarlılığını qəbul etdiyini, Azərlotereya ilə arasında yaranacaq istənilən mübahisədə Azərlotereyanın hər cür qeyd və sənədlərinin, o cümlədən hər cür kompüter və səs qeydlərinin, audio və audiovizual qeydlərin tək və qəti sübut təşkil edəcəyini qəbul edir.
- 13.6. Tərəflər Müqavilənin tətbiq və istifadəsi nəticəsində yaranacaq mübahisələrin həllində Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tətbiq olunacağını və məhkəmə mübahisələrinə Azərbaycan Respublikaların məhkəmələri tərəfindən baxılacağını əvvəlcədən qəbul və bəyan etmişlər.
- 13.7. Tərəflər, fors-major səbəblərinə görə bu Müqavilənin şərtlərinə uyğun olaraq göstərilmiş vaxtda öz vəzifələrini tam və lazımınca təmin edə bilmədikdə, əlaqədar məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər və həmin öhdəliyin icrası müddəti və ya vaxtı baş vermiş fors-major halının müddəti və ya vaxtı qədər uzadılır. Yalnız fors-major halları bitdikdən dərhal sonra Tərəflər biri-birinə qarşı olan vəzifələrini daşımaqda davam edirlər. Bu maddədə “fors-major” termininin işlədilməsi təbii fəlakət, partlayışlar, yanğınlar, müharibə, hərbi müdaxilə, inqilablar, vətəndaş iğtişaşları və s. analoji hadisələr, dövlətin və digər səlahiyyətli orqanların aktları və/və ya Tərəflərin ağlabatan şəkildə nəzərə ala bilməyəcəkləri digər öncədən görülməsi mümkün olmayan və/və ya Tərəflərin nəzarəti xaricində olan (o cümlədən texniki səbəblərdən irəli gələn hallar da daxil olmaqla) hallar və/və ya adi şəraitdə ağlabatan tədbirlər sayəsində aradan qaldırıla bilməyən və sair halları özündə cəmləşdirir.
- 13.8. Bu Müqavilənin hər hansı maddəsinin etibarsızlığı digər maddələrin və Müqavilənin etibarsızlığına səbəb olmur.
- 13.9. Bu Müqaviləyə edilmiş bütün əlavə və dəyişikliklər Birbank vasitəsilə bildirildikdən sonra, 10 (on) iş günü ərzində İştirakçı tərəfindən Bank və ya Azərlotereyaya yazılı surətdə etiraz bildirilməzsə, onun tərəfindən qəbul edilmiş sayılır və Tərəflər arasındakı münasibətlərə tətbiq olunur. Media ilə bildirişlə yanaşı Bank və ya Azərlotereya Müqaviləyə edilmiş əlavə və dəyişikliklər barədə İştirakçıya digər üsullarla da (SMS, email və s) bildiriş göndərə bilər. Bank və Azərlotereya tərəfindən tətbiq vasitəsilə bildirilən dəyişikliklərə İştirakçı tərəfindən 10 (on) iş günü ərzində yazılı etiraz bildirilərsə, Bu Müqaviləyə xitam verilir və İştirakçının Birbankdaşəxsi kabineti bağlanır və Lotereya oynama imkanı ləğv edilir. İştirakçı əvvəlcədən qəbul və təsdiq edir ki, Bank və ya Azərlotereya tərəfindən əlavə və dəyişiklik edilməsi bərədə İştirakçıya Birbankdaməlumat bildirilməsi İştirakçının dəyişikliklər barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsi hesab edilir.
- 13.10. Əgər Müqaviləyə edilmiş əlavə və dəyişiklik mətndəki orfoqrafik və qrammatik səhvlərin düzəldilməsini, habelə Bank və ya Azərlotereyaya aid texniki məlumatların dəqiqləşdirilməsini nəzərdə tutursa və İştirakçının hüquq və vəzifələrinə təsir etmirsə, belə əlavə və dəyişikliklər 13.9-cu maddədə qeyd edilən prosedur tətbiq edilmədən qüvvəyə minir.
- 13.11. Bu Müqavilə üzrə Azərlotereyanın malik olduğu hər hansı səlahiyyətin, hüququn, müdafiə vasitəsinin, ixtiyarın və digər maraqların həyata keçirilməməsi və ya həyata keçirilməsində gecikmə onların təkrarən, yaxud gələcəkdə həyata keçirilməsinin qarşısını almır və Müqavilə üzrə hər hansı digər hüquqlardan imtina sayıla bilməz.
- 13.12. Bu Müqavilə “Lotereyalar haqqında“ Azərbaycan Respublikasının Qanununun, eləcə də digər qanunvericilik aktlarının əsasında hazırlanmışdır. İştirakçı bu Müqaviləni imzalamaqla və ya təsdiq etməklə, lotereya ilə bağlı bütün qanunvericilik aktlarında göstərilən qaydaları və Azərlotereyanın saytında, mobil tətəbiqində və ya digər resurslarında yerləşdirilən oyun qaydaları və şərtlərini qəbul edir və Lotereya(lar)da iştirakı qanunvericilik aktlarına riayət edərək həyata keçirəcəyiniolduğunu bilir, bununla razılaşır və şərtsiz qəbul edir.
MADDƏ 14. Əlaqə Məlumatları:
Lotereya təşkilatçısı: “Azərlotereya” ASC
Təşkilatçının ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153, “Port Baku Tower South” binası, 5-ci mərtəbə.
Birbank tətbiqinin idarəçisi: “Kapital Bank” ASC
Tətbiq idarəçisinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr. 153