---
title: Tək şəxsiyyət vəsiqəsi ilə al,  böl və ödə
description: Bank, partnyor şəbəkəsi vasitəsilə müştərilərə kredit limiti təqdim edir.  Partnyor müştəri məlumatlarını bankla paylaşır və bank, müvafiq məlumatlara  əsaslanaraq kredit limitini təsdiqləyir
image: https://birbank.az/file/og_image_1080x1080_c57abea707.png
---

![hero-image](https://birbank.az/_next/image?url=https%3A%2F%2Fbirbank.az%2Ffile%2Ffirst_vew_port1_2e532ae329.png&w=3840&q=75)

# Tək şəxsiyyət vəsiqəsi ilə al,  
böl və ödə

“Böl‑ödə” limitini tək şəxsiyyət vəsiqəsi ilə tamamilə onlayn əldə edin. Partnyorlarımızda alış-veriş edərkən limitdən istifadə edin və məbləği 35 ayadək bərabər hissələrə bölün.

![advantages-icon](https://birbank.az/file/info_icon_ce74672bb2.png)

Kredit limiti

#### 100 ₼ – 15 000 ₼

![advantages-icon](https://birbank.az/file/img_2a81e742db.svg)

Kredit müddəti

#### 35 ayadək

![advantages-icon](https://birbank.az/file/img_1_4179566bfc.svg)

Tələb olunan sənədlər

#### Tək şəxsiyyət vəsiqəsi ilə

Ümumi məlumat

Şərtlər

* Komissiya məbləği, partnyorla bağlanmış müqaviləyə əsasən dəyişir.
* Komissiya, malın qiymətinin partnyorun hesabına köçürülməsi zamanı, həmin qiymətdən tutulur.
* Əməliyyat məbləği müştəriyə, əsas borc kimi bölünərək təklif olunur. Hər ayın sonunda, əsas borc üzrə ödəniş müvafiq aylara bölünür.
* Partnyordan asılı olaraq, komissiya məbləği dəyişə bilər.
* Razılaşmaya əsasən, müştəridən də komissiya tutulması mümkündür.

Komissiya ödənişi

* Komissiya müştəri tərəfindən ödənildikdə, həmin məbləğ kredit məbləğinin üzərinə əlavə olunaraq, əsas borc kimi müvafiq aylara bölünür.

Ödəniş növü

* Ödənişlər aylıq əsasda edilir.
* Hər təqvim ayı üzrə istifadə edilən kredit xətti limiti üçün növbəti təqvim ayının 20-nə qədər ödənişlər həyata keçirilir.

![43dd94d95210025ef38750b5026b6c9bc6c63a4b.png](https://birbank.az/file/43dd94d95210025ef38750b5026b6c9bc6c63a4b_44c69b6f66.png)

Partnyorlara keçid

Tez cavab lazımdır?

Bu məhsul nədir?![arrow](https://birbank.az/images/svg/arrow-down.svg)

Bu, partnyor mağaza və xidmət nöqtələrində alış zamanı təqdim olunan kredit xəttidir. Seçdiyiniz məhsulu indi əldə edir, məbləği isə aylıq hissələrlə ödəyirsiniz.

Kimlər müraciət edə bilər?![arrow](https://birbank.az/images/svg/arrow-down.svg)

Bankın partnyor şəbəkəsinə daxil olan mağaza və xidmət nöqtələrində alış edən müştərilər müraciət edə bilər.

Kredit limiti nə qədərdir?![arrow](https://birbank.az/images/svg/arrow-down.svg)

* Minimum: **100 AZN**
* Maksimum: **15 000 AZN**  
Limitiniz təqdim etdiyiniz məlumatlara əsasən müəyyən edilir.

Kredit müddətini özüm seçə bilərəm?![arrow](https://birbank.az/images/svg/arrow-down.svg)

Bəli. Siz aşağıdakı müddətlərdən birini seçə bilərsiniz:  
**2, 3, 6, 12, 18, 24 və ya 35 ay**

Komissiya varmı?![arrow](https://birbank.az/images/svg/arrow-down.svg)

Partnyorla bağlanmış müqaviləyə əsasən müəyyən edilir. Həmin məbləğ kreditə əlavə olunur və aylara bölünür.

Ödəniş tarixim nə vaxtdır?![arrow](https://birbank.az/images/svg/arrow-down.svg)

İstifadə etdiyiniz məbləğ üzrə ödəniş növbəti ayın **20-dək** edilməlidir.

Ödənişlər necə edilir?![arrow](https://birbank.az/images/svg/arrow-down.svg)

Ödənişləri Birbank mobil tətbiqi vasitəsilə, ödəniş terminallarında və ya bankın filiallarında həyata keçirə bilərsiniz.

“Bərpa olunmayan kredit xətti” nə deməkdir?![arrow](https://birbank.az/images/svg/arrow-down.svg)

Bu o deməkdir ki, istifadə etdiyiniz məbləği ödədikdən sonra həmin məbləğ yenidən istifadə üçün açılmır. Limit yalnız bir dəfə istifadə edilir.

Bu kredit digər kreditlərimə təsir edirmi?![arrow](https://birbank.az/images/svg/arrow-down.svg)

Bəli. Kredit xətti məlumatı kredit bürosuna ötürülür və kredit tarixçənizdə əks olunur.

Eyni anda bir neçə məhsul ala bilərəm?![arrow](https://birbank.az/images/svg/arrow-down.svg)

Bəli. Eyni partnyorda bir neçə məhsul üçün vahid müqavilə bağlanır. Fərqli partnyorlarda isə ayrı müqavilələr rəsmiləşdirilir.

Gecikmə olarsa nə baş verir?![arrow](https://birbank.az/images/svg/arrow-down.svg)

Ödəniş gecikərsə, gecikmə faizi tətbiq oluna və kredit tarixçənizə mənfi təsir göstərə bilər.

/div>