İndi al, sonra ödə

Bu təklif Trendyol alış-verişləri üçün təqdim olunan rahat kredit limitidir.

src

Şərtlər

err

Kredit limiti

50–400 ₼

err

Ödəniş

2 aya, 4 hissəyə bölərək ödə

err

Şərtlər

FIN kod və mobil nömrə

İndi al, sonra ödə

Təklif olunan kredit limitini, alış məbləğini və 4 hissəli ödəniş planını ekranda nəzərdən keçir.
1

Təklif olunan kredit limitini, alış məbləğini və 4 hissəli ödəniş planını ekranda nəzərdən keçir.

1

Mobil nömrə və FIN kodu daxil et və SMS-lə göndərilən təsdiq kodunu yaz.

1

Ödəniş mərhələsində mövcud üsullar arasından “İndi al, sonra ödə” seçimini et.

1

Cəmi bir neçə saniyə ərzinə sənədləri təsdiqlə

1

Tələb olunan məlumatları əlavə etdikdən sonra sifarişlərini uğurla tamamla.

Tez cavab lazımdır?
“İndi al, sonra ödə” nədir?

Trendyol alış-verişləri üçün təqdim olunan rahat ödəniş üsuludur. Xidmət vasitəsilə məhsulu indi alıb, ödənişi sonrakı tarixlərdə hissə-hissə etmək mümkündür.

Kimlər yararlana bilər?

- 18–67 yaş aralığında olan şəxslər 

- rəsmi gəliri olanlar 

- son iş yerində minimum 3 ay stajı olanlar 

- təqaüdçülər üçün isə staj tələbi yoxdur

Kredit limiti necə müəyyən edilir?

FİN-kod və mobil nömrə daxil edildikdən sonra sistem məlumatları yoxlayır. Uyğun olduqda 50–400 AZN aralığında kredit limiti təqdim olunur. Limit hər müştəri üçün fərdi şəkildə müəyyən edilir.

Kredit limitindən necə istifadə edə bilərəm?

Trendyol-da 30 AZN-dən yuxarı məhsullar seçildikdə ödəniş zamanı “İndi al, sonra ödə” seçimi aktiv görünür. Sifariş təsdiqləndikdən sonra istifadə edilən məbləğ kredit limitindən çıxılır.

Ödəniş neçə ay ərzində edilməlidir?

Ödənişlər 2 ay müddətində, ümumilikdə isə 4 bərabər hissə şəklində həyata keçirilməlidir.

Komissiya və ya faiz tutulurmu?

Ödəniş qrafikinə əməl edildiyi halda faiz hesablanmır və komissiya tutulmur. Beləcə, əlavə xərc yaranmır.

Limitdən istifadə etməsəm, ödəniş etməliyəm?

Xeyr. Öhdəlik yalnız alış zamanı limit istifadə edildikdə yaranır.

Məhsul geri qaytarıldıqda limit bərpa olunur?

Bəli. Sifariş ləğv edildikdə və ya məhsul geri qaytarıldıqda həmin məbləğ kredit limitinə əlavə olunur.

Müraciətim niyə təsdiqlənməyə bilər?

Aşağıdakı səbəblərdən asılı olaraq: 

- daxil edilən məlumatların uyğun olmaması 

- bankın daxili qaydalarına uyğun gəlməməsi 

- aktiv borc və ya gecikmənin olması

Kartımda pul yoxdursa, bu xidmətdən istifadə edə bilərəm?

Bəli, mümkündür.

Ödənişləri necə edə bilərəm?

- Birbank tətbiqi 

- m10 

- birbank.az 

- MilliÖn terminalları

Limitin bir hissəsini istifadə etsəm, qalan məbləğə faiz tutulurmu?

Xeyr. Məsələn, 100 AZN limit ayrılıbsa və 80 AZN istifadə edilibsə, yalnız istifadə olunan məbləğ üzrə ödəniş edilir. Qalan hissəyə faiz və komissiya tətbiq olunmur. Ödəniş etdikcə limit bərpa olunur.

Minimum alış-veriş məbləği nə qədərdir?

Əməliyyat üçün minimum alış məbləği 30 AZN-dir. Kredit limiti isə minimum 50 AZN ola bilər.

Borcum harada görünür?

Borc məlumatları Birbank tətbiqində şəxsi kabinetdə əks olunur.

Ödəniş vaxtı məbləğ avtomatik çıxılır?

Xeyr. Hər bir müştəri ödənişi özü fərdi qaydada həyata keçirir.

Qeydiyyatda olan nömrəni daxil edin” bildirişi nə deməkdir?

Daxil edilən mobil nömrə Birbank-da qeydiyyatda olan nömrə olmalıdır.

CIF-kodunu haradan tapa bilərəm?

CIF kodu Birbank tətbiqində “Profil məlumatları” bölməsində göstərilir.