Kampaniyalar

Birbanklıları Umico.az-da eksklüziv üstünlüklər gözləyir

Siz də Umico.az-da alış-veriş edərək bol-bol bonus qazana və çoxsaylı üstünlüklərdən faydalana bilərsiniz.

Taksit: 24 ayadək
Kredit məbləği: 15 000 AZN-dək
Bonus: 10%-dək
Məhsul: 10 000-dən çox


Umico kredit xətti ilə alış-veriş olduqca sərfəlidir!


- Umico istifadəçiləri Umico.az-dan seçdikləri məhsulu 24 ayadək kreditlə əldə edə bilərlər.
- Bundan əlavə xüsusi təklif çərçivəsində 28 fevral tarixinədək ilk dəfə kredit xətti ilə alış-veriş edən Umico istifadəçiləri üçün isə komissiya dərəcəsi yalnız 8% təşkil edir.
- Umico Kredit xətti üzrə bir Umico istifadəçisi üçün nəzərdə tutulan maksimal kredit məbləği 15 000 AZN-dir.
- Əgər istifadəçi kreditlə məhsul aldığı zaman Umico Premium abunəçidirsə, aldığı məhsulun ümumi məbləğindən 5% Umico bonusu qazanmış olur. Bu təklif yalnız ayda bir dəfə keçərlidir. Məhsulun alındığı ay ərzində növbəti alış-veriş edildikdə 5% deyil, 1% Umico bonusu əldə olunur.

Birbank Cashback və Birbank Umico debet kart istifadəçilərinə özəl bonuslar!


Ödənişlərini Birbank Cashback və ya Birbank Umico debet kartları ilə edən Umico istifadəçiləri 5% Umico bonusu qazanırlar. Ay ərzində qazanıla bilən maksimum bonus məbləği isə 100 Umico bonusudur.


Umico Premium istifadəçilərini isə əlavə bonus da gözləyir. Belə ki, ayda 1 dəfə olmaqla 5% və həmin ay ərzində hər növbəti alış-verişdə 1% də əlavə bonuslar var. Bir sözlə, Umico Premium abunəçiləri digər istifadəçilərdən fərqli olaraq aylıq əlavə maksimum 100 Umico bonusu da qazana bilərlər!  


Məsələn, istifadəçi Birbank Cashback və ya Birbank Umico debet kartı ilə 600 AZN dəyərində smartfon əldə etdikdə
☑️ 5% Umico bonusu (30 bonus)
☑️ və Umico Premium istifadəçisi olduğu üçün smartfonu aldığı ayda yalnız 1 dəfə olmaqla əlavə 5% Umico bonusu (30 bonus) qazanmış olur.

Beləliklə, müştəri yekunda 600 AZN dəyərində smartfon alış-verişinə görə 60 Umico bonusu qazanır.


Birbank Cashback və Birbank Umico taksit kart istifadəçilərinə özəl bonuslar!


Ödənişlərini Birbank Cashback və Birbank Umico taksit kartları ilə edən Umico istifadəçiləri Umico.az-dan istənilən məhsulu 24 ayadək hissəli ödəniş imkanı ilə əldə edə bilərlər.


Alış-veriş zamanı Umico istifadəçilərini 5% Umico bonusu gözləyir. Ay ərzində qazanıla bilən maksimum bonus məbləği 100 Umico bonusudur.


Umico Premium istifadəçilərini isə əlavə bonus da gözləyir. Belə ki, ayda bir dəfə olmaqla 5% və həmin ay ərzində hər növbəti alış-verişdə 1% də əlavə bonus təqdim olunur. Umico Premium abunəçiləri taksitlə və ya Umico kredit xətti ilə aldıqları məhsul üçün maksimum 100 Umico bonusu olmaqla ay ərzində bir dəfə 5% Umico bonusu qazanırlar.

Məsələn, istifadəçi əgər taksit kartı ilə 1000 AZN dəyərində bir televizor alıbsa və həmin məbləği birdəfəlik ödəyirsə

☑️ Birbank kartı ilə alış-veriş etdiyi üçün 5% Umico bonusu (50 bonus)
☑️ və Umico Premium istifadəçisi olduğu üçün televizoru aldığı ayda yalnız bir dəfə olmaqla əlavə 5% Umico bonusu (50 bonus) qazanmış olur.

Müştəri yekunda 1000 AZN dəyərində televizor alış-verişinə görə 100 Umico bonusu əldə edir.

Əgər televizor taksit kartı vasitəsilə hissəli ödəniş əsasında və ya Umico kredit xətti vasitəsilə alınırsa, növbəti aylarda həmin televizor üçün ödənilən aylıq kredit və ya taksit ödənişlərindən əlavə bonuslar qazanılmır. Bu halda müştəri, əgər Umico Premium abunəçisidirsə, televizoru aldığı ayda bir dəfə olmaqla yalnız Umico Premium abunəçisi olduğu üçün əlavə 5% Umico bonusu (50 bonus) qazanmış olur. Bir sözlə, Umico Premium abunəçiləri digər istifadəçilərdən fərqli olaraq aylıq əlavə maksimum 100 Umico bonusu da qazana bilərlər!


Birdəfəlik ödənişlər isə əlavə üstünlük gətirir. Belə ki, hər bir Umico istifadəçisi Birbank taksit kartı ilə birdəfəliş ödəniş etdikdə ödənilən məbləği 63 günədək faizsiz olaraq kartına geri qaytara bilər.


Alış-veriş etmək üçün keçid et: http://b-b.az/yup