Umico Market-də Birbank kartları ilə ödənişlərdə 5% keşbek
Umico Market-də Birbank kartları ilə alış-veriş et və 5% keşbek (və ya 3 qat Mil) qazan!
Şərtlər:
- Kampaniya 11 yanvar - 1 may 2024 (hər iki tarix daxil) tarixlərində keçirilir;
- Birbank Miles kartı müştəriləri 3 qat Mil, digər Birbank kartları isə 5% keşbek əldə edəcəklər.
- Kampaniyada həm debet, həm də taksit növ olmaqla bütün eyniləşdirilmiş Birbank kartları iştirak edir.
- Kampaniyada iştirak etmək üçün minimal əməliyyat məbləği yoxdur.
- Kampaniya Birbank kartları (BirKart) ilə edilən ancaq birdəfəlik ödənişlərə şamil olunur. Taksit əməliyyatı etdikdə 5% keşbek (və ya 3 qat Mil) hesablanmayacaq.
- Kampaniya şərtinə edilmiş dəyişikliyə əsasən, 18 mart 2024-cü il tarixindən etibarən, Birbank debet kartı sahiblərinin Umico Market-də edilmiş əməliyyatlara görə 5% əmsalı ilə qazana biləcəyi maksimal keşbek məbləği hər ay üçün 100 AZN-dir. Dəyişiklik 18 mart və daha sonrası edilmiş əməliyyatlara şamil olunur.
- Birbank kartlarının (BirKart) şərtlərinə əsasən, bir müştəri Birbank taksit kartları ilə aylıq maksimum 500 AZN keşbek qazana bilər. Buna görə də müştərinin ay ərzində qazandığı toplam keşbek məbləği (Umico Market və digər bütün sahələr üzrə qazanılan keşbek məbləği də daxil olmaqla) 500 AZN-ə çatdıqda (yuxarıdakı limitə əsasən), həmin ay üzrə edilmiş əməliyyatlara görə keşbek hesablanmayacaq.
- Birbank kartlarının (BirKart) şərtlərinə əsasən, bir müştəri Birbank Miles (BirKart Miles) kartı ilə aylıq maksimum 30 000 Mil qazana bilər. Buna görə də müştərinin ay ərzində qazandığı toplam Mil sayı (Umico Market və digər bütün sahələr üzrə qazanılan Millər də daxil olmaqla) 30 000-ə çatdıqdan sonra həmin ay üzrə edilmiş Umico Market ödənişlərinə görə Millər standart 1 qat olmaqla hesablanacaq.
- Kampaniya həm umico.az vebsaytı, həm də Umico mobil tətbiqindən edilmiş Umico Market alış-verişlərinə şamil olunur.
Nümunələr:
- Müştəri Umico Market-də Birbank kartları ilə 100 AZN-lik ödəniş etdikdə, 5% keşbek (5 AZN) əldə edəcək.
- Müştəri Umico Market-də Birbank Umico kartı ilə 100 AZN-lik ödəniş etdikdə, 1.3 Umico bonus (1.3% Umico Bonus kartın şərtlərinə uyğun olaraq) və kampaniyaya görə əlavə 5% keşbek (5 AZN) əldə edəcək.
- Müştəri Umico Market-də Birbank Miles kartı ilə 100 AZN-lik ödəniş etdikdə, 3 qat Mil (300 Mil) qazanacaq.
- Müştəri Umico Market-də Birbank Cashback taksit kartı ilə 100 AZN-lik taksit əməliyyatı edib. Bu halda müştəri keşbek qazanmayacaq. Çünki kampaniya yalnız birdəfəlik ödənişlərə şamil olunur.
Umico Market: www.umico.az
Umico tətbiqini yüklə: