Köç-ür, nağd-laş-dır və his-sə-his-sə ö-də
Köç-ür, nağd-laş-dır və his-sə-his-sə ö-də! 🥷
Özü də çox əla təkliflə. Belə ki, bu ilin sonunadək Birbank taksit kartı ilə köçürdüyün və nağdlaşdırdığın məbləği Ninja təklifi sayəsində
✔️ 3, 6 və ya 12 aya bölüb
✔️ daha aşağı komissiya ilə
✔️ hissə-hissə ödəyə bilərsən.
Odur ki ehtiyac anında rahatlıqla köçür və nağdlaşdır, çünki Ninja sərfəli təklifləri ilə hər anında yanındadır! ✅
Şərtlər:
- Kampaniya Birbank taksit kartı müştərilərinə şamil edilir;
- Müştərilərə nağdlaşdırma və kartdan köçürmə əməliyyatı zamanı Ninja təklifi göndərilir;
- Minimal əməliyyat məbləği: 20 AZN;
- Müştəri əməliyyat məbləğini tam şəkildə şəxsi vəsaitdən xərcləyibsə, müştəriyə Ninja təklifi göndərilmir;
- Müştərinin balansında əməliyyat zamanı hissəvi şəxsi vəsait olubsa, şəxsi vəsait əməliyyat məbləğindən çıxıldıqdan sonra qalan məbləğ 20 AZN və üzəridirsə, müştəriyə həmin məbləğə uyğun Ninja təklifi göndərilir.
- Müştərinin əməliyyat zamanı balansı əməliyyat məbləğinin 6%-dən az qalarsa, müştəriyə təklif göndərilmir;
- Nümunə: Müştəri 30 AZN dəyərində nağdlaşdırma əməliyyatı edib, lakin balansında 1 AZN vəsait qalıbsa, müştəriyə Ninja təklifi göndərilmir.
- Müştərinin balansında məbləğə uyğun Ninja təklifinin komissiyasına uyğun məbləğ qalmayıbsa, qalan balansa uyğun Ninja təklifi göndərilir;
- Nümunə: Müştəri 120 AZN dəyərində əməliyyat edib, lakin balansında 120*10%=12 AZN deyil, daha az, lakin >= 120*6% = 7.2AZN vəsait qalıbsa, ona 6 aylıq deyil, 3 aylıq Ninja təklifi göndərilir.9. SMS-lərə blok qoymuş, yəni qara siyahıda olan, 2149-a “STOP” yazıb göndərən müştərilərə təklif göndərilmir;
- Ödəmə nöqtələrindən karta mədaxil (cash-in) zamanı təklif göndərilmir.
Əməliyyat məbləğinə uyğun göndəriləcək Ninja təklifləri və komissiyalar aşağıdakı kimidir:
- Məbləğ 20 - 99.99 AZN aralığında olduqda - 3 ay (komissiya: 6%);
- Məbləğ 100 - 299.99 AZN aralığında olduqda - 6 ay (komissiya: 10%);
- Məbləğ 300 AZN və üzəri olduqda - 12 ay (komissiya: 17%).
Qeyd: "Paşa Həyat Sığorta" üzrə ayrılan taksit kartlarına Ninja təklifi göndərilməyəcək.