Təhlükəsizlik qaydaları
Kapital Bank ASC-nin plastik kart müştəriləri aşağıda qeyd edilən ölkələrdə əməliyyat aparmaq istədikdə eyniləşdirmə sənədini (şəxsiyyət vəsiqəsi, passport, müvəqqəti və ya daimi yaşayış icazəsi sənədi) Banka təqdim etmələri zəruridir. Əks təqdirdə həmin ölkələrdə əməliyyat apara bilməyəcəklər.
- Ermənistan Respublikası
- Kot–d’İvuar Respublikası
- Beliz
- Əfqanıstan İslam Respublikası
- İran İslam Respublikası
- İraq Respublikası
- Konqo Demokratik Respublikası
- Qayana Kooperativ Respublikası
- Laos Xalq Demokratik Respublikası
- Liberiya Respublikası
- Myanma Birliyi
- Somali Respublikası
- Sudan Respublikası
- Tailand Krallığı
- Vyetnam Sosialist Respublikası
Ödəniş kartını təhvil aldıqdan dərhal sonra, kartın arxa tərəfində yerləşən imza panelini imzalayın.
PIN-kodunuzu heç vaxt kartın üzərində və ya arxasında qeyd etməyin.
Kartla PIN kodu ayrı-ayrı yerlərdə saxlayın. Bu, onların birlikdə itirilməsinin və ya oğurlanmasının, kart hesabınızda olan pul vəsaitinin ikinci şəxslər tərəfindən istifadəsinin qarşısını ala bilər.
Heç bir halda ödəniş kartını digər şəxslərə verməyin.
Bankomatdan istifadə edərkən kartı bankomata daxil edilən hissəsinə diqqət yetirin. Orada heç bir əlavə qurğu və ya alət olmamalıdır.
Daxil etdiyiniz PIN-kodu ikinci tərəfin görməsinə yol verməyin. Sizin əvəzinizə əməliyyat aparmağı kənar şəxslərə həvalə etməyin.
POS-terminallardan başqa kənar cihazlar vasitəsilə kartın oxunmasına icazə verməyin.
Çalışın ki, kartınız haqqında məlumatları tanış olmayan saytlarda daxil etməyəsiniz.
Kart hesabınızın idarə olunması və nəzarətin həyata keçirilməsi üçün Bankın SMS məlumatlandırma (SMS Banking) və İnternet/Mobile Bankinq xidmətindən istifadə etməyi tövsiyə edirik.
ABŞ, Kanada, Latın Amerika və bir sıra Asiya ölkələrində çip texnologiyasının tətbiq olunmadığı üçün bu ölkələrdə aparılan əməliyyatlar daha yüksək riskli hesab edilir. Risklərin azaldılması məqsədilə bu ölkələrdə iri məbləğlər saxladığınız ödəniş kartlarından mümkün qədər az istifadə etməyiniz tövsiyə olunur.