---
title: Birbank - İlk rəqəmsal bank
description: "Birbank&#x27;ın 3D Secure xidməti ilə onlayn alış-verişlərinizi daha təhlükəsiz edin.\n    Kartlarınızın təhlükəsizliyini artırın və ödənişlərinizdə əmin olun."
image: https://birbank.az/file/og_image_1080x1080_c57abea707.png
---

# 3D Secure xidməti - Aktivləşdirmək

**3D secure**

3D Secure texnologiyası – VISA və MasterCard beynəlxalq ödəniş sistemləri tərəfindən yaradılmış, ödəniş kartları ilə onlayn alış-veriş əməliyyatlarını daha da təhlükəsiz edən qlobal protokoldur. MasterCard ödəniş sistemində bu servis “MasterCard Secure Code”, VISA ödəniş sistemində isə “Verified by VISA” adlanır. Texnologiyanı dəstəkləyən saytlarda aşağıdakı nişanlar olur.

**Qoşulma qaydası:**

Xidmətə qoşulmaq üçün Kapital Bankın 196 Məlumat Mərkəzinə müraciət etmək lazımdır. Müştəri xidmətə aşağıdakı autentifikasiya (eyniləşdirmə) tipi ilə qoşula bilər:

**Dinamik:**

- Dinamik növ seçildikdə kart sahibi xidmətə öz şəxsi telefon nömrəsini qoşur və hər internet ödənişi zamanı bu nömrəyə bir dəfəlik təhlükəsizlik şifrələri göndərilir və müştəri tərəfindən ödəniş pəncərəsinə daxil edilir.

**”Birbank” tətbiqi vasitəsilə:**

- Əsas menyudan kartınızı seçin;
- Açılan səhifədə ”3D Secure” seçimini edin;
- “3D secure” səhifəsində “Aktivləşdirmə” düyməsinə basın;
- Müvafiq xanada 3D secure xidmətinə qoşmaq istədiyiniz mobil nömrəni daxil edin və “Davam et” düyməsinə klikləyin;
- Daxil edilən mobil nömrə müştərinin adına bağlı olarsa proses uğurla tamamlanır.
- Əks halda nömrənin adınıza olmadığı ilə bağlı müvafiq pəncərədə “Verifikasiya” düyməsinə basın;
- Açılan səhifədə nömrəni verifikasiya etmək üçün sizə SMS vasitəsiylə göndərilən OTP kodu daxil edin;
- OTP kod düzgün daxil edildikdən sonra növbəti açılan səhifədə video eyniləşdirmədən keçin;
- Eyniləşdirmə uğurla tamamlandıqdan sonra kart 3D secure xidmətinə qoşulur.

**Üstünlükləri:**

- Real vaxt rejimində kart sahibinin şəxsiyyətinin yoxlanılması–ödənişlər zamanı yalnız
- Banka və müştəriyə məlum olan təhlükəsizlik kodu ilə əməliyyatın təsdiqi
- Dələduzlar tərəfindən kartın internetdə istifadəsinin mümkünsüz olması
- Dələduzluq əməliyyatlarından qaynaqlanan maliyyə itkilərinin qarşısının alınması
- Texnologiyanı dəstəkləməyən saytlarda baş verə biləcək dələduzluq əməliyyatlarına etiraz hüququ (itki məsuliyyətinin sayt sahibinə ötürülməsi)

![Təhlükəsizlik qaydaları](https://birbank.az/_next/image?url=https%3A%2F%2Fbirbank.az%2Ffile%2Fshield_check_47b02cc8d4.png&w=96&q=75)

Təhlükəsizlik qaydaları

[Ətraflı](https://birbank.az/cards/safety-rules)

### Bilmək məsləhətdir

- PİN kodunuzu dəyişərkən təkrarlanan (1111) və ardıcıl olan (1234) rəqəmlərdən istifadə etməyin
- Təhlükəsizliyiniz üçün bütün ödəniş kartlarınız üçün eyni PIN kodu seçməyin
- Ödəniş kartdan istifadə zamanı hər hansı bir problem yaranarsa, günün 24 saatı fəaliyyət göstərən 196 Məlumat Mərkəzinə zəng edin.