Card to card - Birbank

Cash to Card

Cash to Card əməliyyatı vasitəsilə Kapital Bankın bütün Cash In bankomatlarında kartın iştirakı olmadan Kapital Banka məxsus ödəniş kartına mədaxil etmək mümkündür. Bunun üçün mədaxil etmək istədiyiniz kartın üzərindəki 16 rəqəmli kodu bankomatda müvafiq bölməyə daxil etmək kifayətdir.

Bankomatdan karta köçürmənin aparılması qaydaları:

  • Xidmət olunacaq dili seçin;
  • Açılan “Lütfən əməliyyatı seçin” pencərəsindən “Cash-To-Card” seçin;
  • Pulu göndərmək istədiyiniz kart nömrəsini daxil edin və “Davam etmək” düyməsini sıxın;
  • Kart nömrəsinin düzgünlüyünə əmin olduqdan sonra “Təsdiq etmək” düyməsini seçin;
  • Dərhal sonra valyuta seçimi çıxacaqdır – AZN, USD, EUR seçimlərindən istədiyiniz valyutanı seçin;
  • Pulları bankomata yerləşdirin;
  • Qoyulan məbləği monitorda gördükdən sonra “Artırmaq” düyməsini sıxın;

Xidmət üzrə komisyon haqları:

  • Vəsaitin köçürülməsinə görə komisyon haqqı maaş kartları üçün 1%-dir (min 1 AZN), debet kartları üçün isə komissiya haqqı 0% təşkil edir.

Card to Card

Xidmətin şərtləri:

  • Xidmət olunacaq dili seçin;
  • Card to Card vəsaitin köçürülməsi xidməti proqramı müştərilərə bir ödəniş kartın kart hesabından digərinə bankomat və Mobil Bank vasitəsi ilə pul köçürmələri imkanı yaradır;
  • Xidmətdən Kapital Bankın Visa Electron, Visa Classic, Visa Gold, Visa Business/ Business Gold, Visa Platinum, MasterCard Maestro, MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum, kart sahibləri istifadə edə bilərlər;
  • Card to Card xidməti vasitəsi ilə göndərilən vəsait digər hesaba dərhal mədaxil olunur.

Köçürmə aparılması qaydaları:

  • Kart sahibi, ATM-yə kartı daxil edib ekranda müvafiq menyunu “Ödəmələr” sonra isə “Card to Card” seçir;
  • Menyu seçildikdən sonra, kart sahibi köçürməni aparmaq istədiyi digər kartın üstündəki 16 rəqəmli nömrəsini (2 dəfə) daxil edir;
  • Məbləği və valyutanı daxil edib əməliyyatı təsdiq edir.
  • Əməliyyat uğurla tamamlanmışdır.
VƏSAİTİN GÖNDƏRİLMƏSİVƏSAİTİN ALINMASIVƏSAİTİN GÖNDƏRİLMƏSİVƏSAİTİN ALINMASI
Gündəlik limit4 000 AZN25 000 AZN1 000 USD10 000 USD
4 günlük limit10 000 AZN50 000 AZN2 500 USD-
Aylıq limit20 000 AZN100 000 AZN2 500 USD25 000 USD

Əməliyyatın valyutası göndərən və ya Alan hesabın valyutasından fərqli olduqda əlavə olaraq konvertasiya üçün komisyon haqqı uyğun olaraq göndərən və ya alan tərəfdən tutulur.

Təhlükəsizlik qaydaları
Təhlükəsizlik qaydaları
Ətraflı

Bilmək məsləhətdir

  • PİN kodunuzu dəyişərkən təkrarlanan (1111) və ardıcıl olan (1234) rəqəmlərdən istifadə etməyin
  • Təhlükəsizliyiniz üçün bütün ödəniş kartlarınız üçün eyni PIN kodu seçməyin
  • Ödəniş kartdan istifadə zamanı hər hansı bir problem yaranarsa, günün 24 saatı fəaliyyət göstərən 196 Məlumat Mərkəzinə zəng edin.