---
title: Birbank - İlk rəqəmsal bank
description: Birbank&#x27;ın PIN Set xidməti ilə ödəniş kartlarınıza yeni PIN kod təyin edin və ya mövcud PIN kodunuzu dəyişin.
image: https://birbank.az/file/og_image_1080x1080_c57abea707.png
---

## PIN Set - PIN parametrləri

### **Karta yeni PIN-kodun təyin edilməsi**

Bu təlimat aşağıda qeyd olunan hallarda istifadə oluna bilər:

- Birbank tətbiqi
- İstənilən ATM
- 196 Məlumat Mərkəzi

### **PIN-kodun Birbank tətbiqində təyin edilməsi**

Cəmi bir neçə dəqiqə ərzində Birbank tətbiqi ilə kartına yeni PIN-kod təyin edə bilərsən:

- İstədiyin kartın üzərinə toxun
- Açılan pəncərədə "PIN-i dəyiş" hissəsinə daxil ol
- Sonda isə "Kodu daxil et" bölməsinə istədiyin 4 rəqəmli yeni PIN-kodu yaz

### **Pin-kodun ATM-də təyin edilməsi:**

- Kartını bankomata daxil et
- Ekranda görünən xanaya istədiyin 4 rəqəmi yaz
- Sonda isə həmin rəqəmləri təkrar daxil et

### **PIN-kodun 196 Məlumat Mərkəzində təyin edilməsi**

- Bunun üçün şəxsi nömrənlə 196 qısa nömrəsinə yığ
- Operatorun təlimatlarını həyata keçirərək PIN-kod təyin et

### **Kartın PIN-kodunun dəyişdirilməsi**

Kartının PIN-kodunu ödənişsiz şəkildə aşağıdakı 2 yolla dəyişdirə bilərsən.

- Birbank tətbiqi
- İstənilən ATM

### **PIN-kodu dəyişdirərkən bunları nəzərə almağın faydalıdır:**

- PIN-kodunu dəyişərkən təkrarlanan (1111) və ya ardıcıl (1234) rəqəmlərdən istifadə etmə;
- Təhlükəsizlik baxımından bütün kartların üçün eyni PIN-kodu seçmə;
- Ödəniş kartından istifadə zamanı hər hansı bir problem yaranarsa, günün 24 saatı fəaliyyət göstərən 196 Məlumat Mərkəzinə zəng et.

### **Pin-kodun ATM-də dəyişdirilməsi**

- kartını bankomata daxil et;
- mövcud PIN-kodunu yaz;
- bankomatın menyusunda “PIN dəyişdirilməsi” əməliyyatını seç;
- açılan pəncərədə köhnə PIN-kodu yenidən yaz;
- ekranda görünən xanaya istədiyin 4 rəqəmi yaz və “ENTER” düyməsini bas;
- yeni PIN-kodunu təkrar daxil et və yenidən “ENTER” düyməsini bas.
- əməliyyat uğurla tamamlanmışdır.

![Təhlükəsizlik qaydaları](https://birbank.az/_next/image?url=https%3A%2F%2Fbirbank.az%2Ffile%2Fshield_check_47b02cc8d4.png&w=96&q=75)

Təhlükəsizlik qaydaları

[Ətraflı](https://birbank.az/az/cards/safety-rules)

### Bilmək məsləhətdir

- PİN kodunuzu dəyişərkən təkrarlanan (1111) və ardıcıl olan (1234) rəqəmlərdən istifadə etməyin
- Təhlükəsizliyiniz üçün bütün ödəniş kartlarınız üçün eyni PIN kodu seçməyin
- Ödəniş kartdan istifadə zamanı hər hansı bir problem yaranarsa, günün 24 saatı fəaliyyət göstərən 196 Məlumat Mərkəzinə zəng edin.