Disneyland® Paris-də Sehrli Dünyanın bir hissəsi ol Visa dəstəyi ilə
Birbank Visa kartınla xaricdə və ya xarici saytlarda çoxlu ödəniş et, Disneyland® Parisə səyahət etmək və unudulmaz anlar yaşamaq şansı qazan!
Offical Payment Partner
Disneyland® Paris-də Sehrli Dünyanın bir hissəsi ol Visa dəstəyi ilə
Birbank Visa kartınla xaricdə və ya xarici saytlarda çoxlu ödəniş et, Disneyland® Parisə səyahət etmək və unudulmaz anlar yaşamaq şansı qazan!
Offical Payment Partner
Məlumatlar
•Kampaniyada eyniləşdirilmiş Birbank Visa taksit və debet kartları iştirak edir;
•Kampaniya 15 oktyabr-15 noyabr tarixləri ərzində keçərlidir (hər iki tarix daxil);
•Kampaniya aşağıdakı müştərilərə şamil olunur;
1) Birbank Visa taksit və debet kartları ilə xarici veb-saytlarda və ya tətbiqlərdə onlayn ödəniş edən;
2) Birbank Visa taksit və debet kartları ilə xarici ölkədə POS-terminal vasitəsilə ödəniş edən;
•Kampaniyada iştirak üçün minimum ödəniş məbləği yoxdur, bütün şərtlərə uyğun ödənişlər cəmlənir;
•Müştərilər cəmlənən ödənişlər üzrə 2 fərqli istiqamətdə qalib olmaq imkanı əldə edəcəklər:
1) Xarici veb-sayt və ya tətbiqlərdə ən çox pul xərcləyən 800 müştəri;
2) Xarici ölkələrdə POS-terminal vasitəsilə ən çox pul xərcləyən 200 müştəri;
•Bir müştəri hər 2 istiqamət üzrə qalib ola bilər. Qaliblər pul mükafatları və Disneyland® Paris-ə səyahət paketi qazanacaqlar;
•Müştərilər bu veb-səhifədə nəticələrini real zamanda izləyə bilərlər. Yuxarıdakı pəncərədə müştərilər FİN-kodunu və doğum tarixini daxil etməklə kampaniya müddətində olan hər iki istiqamət üzrə müştərilər arasında cari sıralamasını, toplam dövriyyəsini və toplam ödəniş sayını görə bilərlər;
•Kampaniyada toplam 4 ədəd Disneyland® Paris-ə səyahət paketi və 996 ədəd müxtəlif nominalda pul mükafatı var;
•Müştəri kampaniya müddətində edilmiş ödənişi ləğv edərsə və ya geri qaytararsa, bu məbləğ onun kampaniyadakı toplam ödənişindən də silinəcək;
•Kampaniya çərçivəsində qazanılan pul mükafatı müştərinin bank hesabına (aktiv Visa debet və ya taksit kartı, cari hesab və ya bankımıza məxsus digər hesabına) yüklənəcək;
•Eyni əməliyyat məbləği olan müştəriləri sıralamada fərqləndirmək üçün əməliyyat saylarına, o da eyni olarsa, kampaniya müddətində müvafiq istiqamət üzrə edilmiş ilk ödənişin vaxtına baxılacaq;
•Kampaniya müddətində xarici valyutalı kartlarla edilmiş ödənişlər ödəniş gününün müvafiq valyuta üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə əsasən, manat ekvivalentində hesablanacaq;
•Yekun nəticələr açıqlanarkən, müştəri əgər hər iki istiqamət üzrə eyni zamanda ilk 2 yerdən birini tutaraq Disneyland® Paris-ə səyahət paketi qazanarsa, bu halda, həmin müştərinin yeri istiqamətlərdən birində Disneyland hədiyyəsi qazanmayan digər müştəri ilə dəyişiləcək və müştəri həmin istiqamət üzrə digər hədiyyəni (pul uduşunu) qazanacaq.
Nümunə:
Müştəri xaricdə fiziki ödənişlər üzrə kampaniya nəticələrinə görə, 1-ci yerdədir və Disneyland® Paris-ə səyahət paketi qazanır. Əgər həmin müştəri xaricdə onlayn ödənişlər üzrə də kampaniya nəticələrinə görə, 1 və ya 2-ci yerdə olarsa, bu müştərinin hədiyyəsi 3-cü (və ya 4-cü) yerdə olan müştərinin hədiyyəsi ilə dəyişdiriləcək. Yəni bir nəfər yalnız bir dəfə Disneyland® Paris-ə səyahət paketi qazana bilər.
•Bankımızın əməkdaşları və aidiyyəti şəxslər kampaniyada iştirak etmir;
•Qaliblərin yekun siyahısı 2 dekabr 2025-ci il tarixinədək açıqlanacaq. Kampaniya bitdiyi müddətdən həmin tarixədək geri qaytarılmış, ləğv olunmuş ödənişlər, eləcə də kampaniya üçün uyğun olmayan digər şərtlər (məsələn, müştərinin kampaniya müddətində bankımızda işə qəbul olması və s.) yoxlanılaraq siyahıda yekun dəyişiklik ediləcək.
•Kampaniya üzrə qazanılmış pul mükafatları 30 dekabr 2025-ci il tarixinədək müştərilərə təqdim olunacaq;
•Kampaniya qaliblərinin elan olunmasından (2 dekabr 2025-ci il) etibarən 90 təqvim günü ərzində müştərinin tapılmaması, zənglərə cavab verməməsi, bankla əlaqə saxlamaması, yeni bank hesabına ehtiyac olduqda bu hesabı açmaması, yaxud pul mükafatını və ya səyahət paketini götürməməsi halında müvafiq mükafat Birbank-ın (Kapital Bank ASC) sərəncamına veriləcək.
•Kampaniya çərçivəsində qeyd edilən MCC kodlar* üzrə ödənişlər istisna olunacaq: 9034, 9211, 9222, 9223, 9311, 9399, 9401, 9402, 9405, 9406, 9411, 9702, 6010, 6011, 6012, 6025, 6026, 6051, 6211, 6300, 6381, 6399, 6532, 6555, 6611, 7276, 7995, 9754, 4829, 6531, 6533, 6536, 6537, 6538, 6539, 6540
* MCC kod - ticarət nöqtəsinin növünü göstərən koddur.
•Birbank Cashback taksit kartı üzrə faktiki illik faiz dərəcəsi (FİFD) min. 25,25%, maks. 43,32%-dir.
•Birbank Star kartı üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 46,7%-dir.
•Kampaniyanın müddəti bank tərəfindən dəyişdirilə bilər.
FAQ
Kampaniya hansı müddəti əhatə edir?
Kampaniya 15 oktyabr-15 noyabr 2025-ci il tarixləri ərzində və hər iki tarix daxil olmaqla keçərlidir
Kampaniyada kimlər iştirak edə bilər?
Eyniləşdirilmiş Birbank Visa debet və taksit kartı müştəriləri kampaniyada iştirak edə bilər.
Kampaniyada iştirak üçün nə etməliyəm?
Kampaniyada iştirak etmək üçün qeyd olunan müddətdə Birbank Visa kartları ilə 1) xarici veb-sayt və ya tətbiqlərdə onlayn ödəniş və ya 2) xarici ölkədə kart ilə (eləcə də Apple Pay/Google Pay ilə) POS-terminal vasitəsilə ödəniş etməyiniz lazımdır. Bu zaman xərclədiyiniz məbləğə əsasən, müştərilər arasında sıralamanız formalaşacaq. Qeyd edək ki, xarici veb-sayt və ya tətbiqlərdə ən çox pul xərcləyən 800 müştəri, xarici ölkələrdə isə POS-terminal vasitəsilə ən çox pul xərcləyən 200 müştəri qalib olaraq müxtəlif nominalda pul mükafatları və ya Disneyland® Paris-ə səyahət paketi qazanacaqlar.
Kampaniyada mükafat qazanmaq üçün minimal məbləğ nə qədər olmalıdır?
Müştərilər arasında sıralamaya düşmək üçün minimal məbləğ tələbi yoxdur. Qalib olmaq üçün isə kampaniya müddətində Birbank Visa kartlarınız ilə ən çox pul xərcləyənlər (xarici onlayn ödənişlərə görə ilk 800 müştəri, xaric ölkədə ödənişlərə görə isə ilk 200 müştəri) arasında olmalısınız.
Kampaniya müddətində hansı kartlardan istifadə etmək mükafat qazandırır?
Birbank Visa debet və taksit kartları.
Kampaniyada hansı mükafatları qazana bilərəm?
Siz xarici veb-sayt və ya tətbiqlərdə onlayn ödənişlərə və xarici ölkədə POS-terminal ilə ödənişlərə görə Disneyland® Paris-ə səyahət paketi və ya müxtəlif nominalda pul mükafatları qazana bilərsiniz. İki istiqamət üzrə birlikdə hədiyyələrin toplam sayı 1000-dir. Hədiyyələrlə bağlı ətraflı məlumat üçün bu veb-səhifədə “Hədiyyələr” bölməsinə keçid edə bilərsiniz.
Xarici sayt və ya tətbiqlərdə ödəniş dedikdə nə nəzərdə tutulur?
Xarici ölkələrə məxsus veb-sayt və ya mobil tətbiqlərdə Birbank Visa kartları ilə edilmiş ödənişlər nəzərdə tutulur. Bura xarici ölkələrə məxsus havayollarında, onlayn mağazalarda alışlar, tətbiqlər üzrə abunəliklər və s. daxildir. Bu istiqamət üzrə kampaniya müddətində, kampaniya şərtlərinə uyğun ən çox pul xərcləyən 800 müştəri qalib olacaq.
Xaricdə POS-terminal vasitəsilə ödənişlər dedikdə nə nəzərdə tutulur?
Xaricdə POS-terminal vasitəsilə ödənişlər dedikdə xarici ölkələrdə Birbank Visa kartı ilə POS-terminal üzərindən həm kart vasitəsilə, həm də Apple Pay/Google Pay vasitəsilə edilmiş ödənişlər nəzərdə tutulur. Bu istiqamət üzrə kampaniya müddətində, ən çox pul xərcləyən 200 müştəri qalib olacaq.
Sıralamada neçənci yerdə olduğum barədə necə məlumat əldə edim?
Elə bu veb-səhifədə yuxarıdakı pəncərədə FİN kodunuzu və doğum tarixinizi daxil edərək cari anda hər iki istiqamət üzrə neçənci sırada olduğunuzu, toplam ödəniş məbləğinizi və ödəniş sayınızı izləyə bilərsiniz.
Kampaniyada hər iki istiqamət üzrə hədiyyə qazana bilərəm?
Bəli. Siz kampaniyada mövcud olan hər iki istiqamət üzrə (həm xarici sayt və ya tətbiqlərdə, həm də xaricdə POS-terminal vasitəsilə ödənişlər üzrə) ödəniş dövriyyəniz imkan verdiyi halda qalib ola bilərsiniz.
Qalib olduğum barədə necə məlumat ala bilərəm?
Müştərilər bu veb-səhifədə məlumatlarını daxil edərək sıralamalarını izləyə bilərlər. 2 dekabr 2025-ci il tarixində yekun qaliblər bəlli olacaq. Eyni zamanda qalib müştərilərə 2 dekabr – 30 dekabr tarixləri ərzində bu barədə SMS və ya Birbank mobil tətbiqindən bildiriş göndəriləcək.
Qalib olduğum halda mükafatı nə zaman və necə əldə edə bilərəm?
Qaliblər 2 dekabr 2025-ci il tarixinədək bəlli olacaq və kampaniya üzrə qazanılmış pul mükafatı 30 dekabr 2025-ci il tarixinədək müştərilərin bank hesabına yüklənəcək. Disneyland® Paris-ə səyahət paketi ilə bağlı isə qalibə məlumat verilərək müvafiq proseslərə başlanılacaq.
Kampaniya ərzində etdiyim ölkədaxili onlayn ödənişlər və ya POS-terminal ödənişlərinə görə hədiyyə qazanmaq mümkündür?
Xeyr. Kampaniya yalnız xarici sayt və ya tətbiqlərdə edilən onlayn ödənişlərə və xaricdə POS-terminal vasitəsilə edilən ödənişlərə şamil olunur.
Fərqli kartlarımla ayrı-ayrılıqda qalib ola bilərəm?
Xeyr. Qaliblər bütün Birbank Visa kartları üzrə edilmiş müvafiq istiqamət üzrə ödənişlərinin cəminə əsasən təyin olunacaq.
Ödənişi ləğv etsəm və ya qaytarsam, sıralamadakı yerim olduğu kimi qalır?
Ödəniş ləğv edilsə və ya geri qaytarılsa, sıralamadakı yeriniz müvafiq olaraq dəyişəcək.