Campaigns

Birbank Star ilə hər ay 5 gediş hədiyyə!

11 avqustdan 30 noyabradək avtobus və metroda BakıKart ödənişlərini Birbank Star kartınla QR və ya kart vasitəsilə et, hər ay 5 pulsuz gedişdən yararlan.

Kampaniyanın əsas şərtləri 

Müddət: 11 avqust–30 noyabr
Hədiyyə: hər ay 5 pulsuz gediş
Keçərli nəqliyyat: avtobus və metro
Ödəniş üsulu: Birbank Star kartı ilə QR və ya birbaşa kart ödənişi

Google Pay və Apple Pay vasitəsilə edilən ödənişlər kampaniyaya daxil deyil.

Kampaniyanın üstünlükləri

  • Hər ay 5 pulsuz avtobus və ya metro gedişi
  • Gündəlik ictimai nəqliyyat xərclərinə qənaət
  • BakıKart ödənişlərini QR və ya kartla həyata keçirmək imkanı

Kampaniyadan necə yararlanmaq olar?

Avtobus və metroda BakıKart ödənişini Birbank Star kartınla QR və ya birbaşa kart vasitəsilə həyata keçir. Şərtlərə uyğun ödənişlər etdikdə hər ay 5 pulsuz gedişdən yararlana bilərsən.

Kimlər yararlana bilər?

  • Aktiv Birbank Star kartı olan müştərilər
  • Kampaniya müddətində yeni Birbank Star kartı əldə edən müştərilər
     

Tez-tez verilən suallar

Ay ərzində neçə pulsuz gedişdən yararlana bilərəm?

Hər təqvim ayı ərzində 5 pulsuz avtobus və ya metro gedişindən yararlana bilərsən.

Həm QR, həm də kartla edilən ödənişlər kampaniyaya daxildir?
Bəli, Birbank Star kartı ilə QR və ya birbaşa kart vasitəsilə edilən BakıKart ödənişləri kampaniyaya daxildir.


BakıKart balansını Birbank Star kartı ilə artırmaq kampaniyaya daxildir?
Xeyr, BakıKart balansının Birbank Star kartı ilə artırılması kampaniyaya daxil deyil. Kampaniya yalnız avtobus və metroda QR və ya kart vasitəsilə birbaşa edilən gediş ödənişlərinə şamil olunur.

Google Pay və Apple Pay ilə edilən ödənişlər nəzərə alınır?
Xeyr, Google Pay və Apple Pay vasitəsilə həyata keçirilən ödənişlər kampaniya çərçivəsində nəzərə alınmır.

Yeni Birbank Star kartı əldə etsəm, kampaniyaya qoşula bilərəm?
Bəli, 30 noyabradək yeni Birbank Star kartı əldə etdikdən sonra kampaniyanın şərtlərinə uyğun ödənişlər edərək üstünlükdən yararlana bilərsən.

Kampaniya hansı nəqliyyat vasitələrində keçərlidir?
Kampaniya BakıKart ödənişlərinin qəbul edildiyi bütün avtobus və metro gedişlərinə şamil olunur.

Kampaniya nə vaxta kimi keçərlidir?
Kampaniya 30 noyabr tarixində başa çatır.

 

Birbank Star kartını sifariş et: www.b-b.az/brstsft