---
title: Birbank - İlk rəqəmsal bank
description: Etibarnamə
image: https://birbank.az/file/og_image_1080x1080_c57abea707.png
---

![hero-image](https://birbank.az/_next/image?url=https%3A%2F%2Fbirbank.az%2Ffile%2Fhero_banner_2_8221912cc2.png&w=3840&q=75)

# Etibarnamə ilə bank işlərini rahat həll et

Birbank-ın Etibarnamə funksiyası ilə banka getmədən, etibar etdiyin şəxsi təyin et — o da sənin yerinə filialda bir çox əməliyyatı həyata keçirsin

![advantages-icon](https://birbank.az/file/img_container_75560d55a5.png)

#### Rəqəmsal idarəetmə

Etibarnaməni tətbiqdə bir neçə addımla yaradırsan və istədiyin kimi tənzimləyirsən

![advantages-icon](https://birbank.az/file/img_container_1_96ef99a2e2.png)

#### Vaxta qənaət

Filiala getməyə ehtiyac qalmır — əməliyyatları sənin yerinə etibar etdiyin şəxs icra edir

![advantages-icon](https://birbank.az/file/img_container_2_35c5c26da5.png)

#### Rahat həll

Vaxtı məhdud olanlar, yaşlı şəxslər və ya filiala getməkdə çətinlik çəkənlər üçün əlverişlidir

![advantages-icon](https://birbank.az/file/img_container_3_45de3e938a.png)

#### Təhlükəsizlik

Hansı əməliyyatların icazəli olduğunu sən seçirsən və proses tam nəzarətdə olur.

Bu nə üçündür?

![card-img](https://birbank.az/_next/image?url=https%3A%2F%2Fbirbank.az%2Ffile%2F156px_954897dd66.png&w=384&q=75)

Bəzən filiala getmək mümkün olmur — vaxt çatmır, uzaqdasan və ya fiziki olaraq çətinlik yaranır.

![card-img](https://birbank.az/_next/image?url=https%3A%2F%2Fbirbank.az%2Ffile%2F156px_1_b7010c225d.png&w=384&q=75)

Etibarnamə funksiyası ilə bu prosesi sən idarə edirsən: tətbiqdə etibar etdiyin şəxsi təyin edirsən, o isə sənin yerinə filialda əməliyyatları həyata keçirir.

![card-img](https://birbank.az/_next/image?url=https%3A%2F%2Fbirbank.az%2Ffile%2F156px_2_87ecd115e2.png&w=384&q=75)

Məsələn, kartını götürmək üçün filiala gedə bilmirsənsə, etibar etdiyin şəxs bunu sənin yerinə edə bilər.

## Necə işləyir?

![İcazə verilən əməliyyatları təyin et](https://birbank.az/file/iphone_screen_1_e42b5f5366.png)

1

### İcazə verilən əməliyyatları təyin et

1

### Birbank tətbiqində etibar etdiyin şəxsi seç

1

### Etibarnaməni aktiv et

## Etibarnamə vermək tətbiqdə daha rahat

Etibarnamə verdiyin şəxs filiala yaxınlaşdıqda sənin yerinə əməliyyatları həyata keçirə biləcək

[Keçid et](<https://app.birbank.az/delegations >)

Ümumi məlumat

Filialda yoxlama necə aparılır?

- Şəxsiyyət vəsiqəsi təqdim olunur
- Etibarnamənin aktiv və qüvvədə olduğu yoxlanılır
- Məlumatların sistemdəki məlumatlarla uyğunluğu təsdiqlənir
- Yalnız sənin icazə verdiyin əməliyyatlar icra olunur

Hansı əməliyyatlar mümkündür?

Kart əməliyyatları:

- Kart və PIN zərfinin götürülməsi
- Kartın bloklanması və blokdan çıxarılması
- Kart müddətinin uzadılması
- Əlavə kart sifarişi

Hesab əməliyyatları:

- Hesab məlumatlarının əldə edilməsi
- Çıxarışların çapı
- Valyuta mübadiləsi
- Hesabın bağlanması

Hansı əməliyyatlar mümkün deyil?

- Yeni hesab və ya kart açılması
- Kredit kartları ilə bağlı əməliyyatlar
- Western Union və ya Zolotaya Korona köçürmələri
- Etibarnamə hüquqlarının başqa şəxsə ötürülməsi