logo
150 illiyimizə özəl möhtəşəm lotereya
Birbank taksit kartınla ödə, lotereyaya qoşul
196
Məlumatlar

Kapital Bank-ın 150 illiyinə özəl 150 min manat superprizi, ümumilikdə isə 10 000 ədəd pul mükafatı olan möhtəşəm lotereya başladı.

  • Lotereya 10 iyul–30 sentyabr 2024-cü il tarixlərində keçiriləcək (hər iki tarix daxil olmaqla);
    • Lotereyada yalnız Birbank (keçmiş adı “BirKart”) taksit kartı sahibləri iştirak edir;
      • Lotereyada 18 yaşı tamamlanmış Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər;
        • Müştərilər lotereya şərtlərinə uyğun uğurlu əməliyyatlar etdikdə lotereyada iştirak hüququ, yəni bilet qazanacaqlar. Qazanılmış biletləri Birbank tətbiqində “Bizdən sizə” bölməsində yer alan “Lotereya” səhifəsində izləmək mümkündür;
          196
          FAQ
          Lotereyada hansı kartlar iştirak edir?
          Lotereyada yaşı 18-dən yuxarı olan Azərbaycan Respublikası vətəndaşlarına məxsus, eyniləşdirilmiş bütün növ Birbank (həmçinin BirKart) taksit kartları iştirak edir. Əgər Birbank taksit kartınız yoxdursa, buradan sifariş edə bilərsiniz.
          Bilet nədir?
          Bilet — sizin lotereyada iştirak hüququnuzdur. Biletləri lotereya müddətində Birbank taksit kartı ilə etdiyiniz ödəniş, köçürmə və nağdlaşdırma əməliyyatları qarşılığında əldə edirsiniz. Daha çox bilet lotereyanın müvafiq tirajında qalib olmaq şansınızı riyazi olaraq daha çox artırır.
          Lotereya bileti qazanmaq üçün nə etməliyəm?
          Bilet qazanmaq üçün Birbank taksit kartı ilə minimum 50 AZN dəyərində uğurlu ödəniş, nağdlaşdırma və ya köçürmə əməliyyatı etməyiniz, yaxud Birbank tətbiqindəki "Lotereya" səhifəsində qeyd olunan tapşırıqları yerinə yetirməyiniz kifayətdir. Birbank taksit kartları ilə hər 50 AZN-lik birdəfəlik ödəniş 1 bilet, eyni məbləğdə taksit və Ninja əməliyyatları isə 10 bilet qazandırır.
          Nə qədər lotereya bileti topladığıma harada baxa bilərəm?
          Siz Birbank tətbiqində "Bizdən sizə" bölməsinə, oradan isə "Lotereya" səhifəsinə daxil olaraq qazandığınız biletlərin sayını və nömrələrini gündəlik olaraq izləyə bilərsiniz.
          Hansı əməliyyatlara görə bilet qazanmayacam?
          - Komissiya çıxıldıqda, karta mədaxil etdikdə, əməliyyatı tam şəkildə şəxsi vəsaitiniz hesabına həyata keçirdikdə lotereya bileti qazanmayacaqsınız. - Ödənişləriniz bu MCC kodları* üzrə olduqda bilet təqdim olunmayacaq: 6050, 6532, 6533, 6536, 6537, 6540, 7800, 7801, 7802, 7995, 9311, 9406. Əməliyyatı ləğv etdikdə və məbləği geri aldıqda, bu əməliyyata görə qazandığınız biletlər də ləğv olunacaq. *MCC kodu — ticarət nöqtəsinin fəaliyyət növünü göstərən koddur.
          "Tapşırıqlar" bölməsi nə üçündür?
          Siz Birbank tətbiqində birdəfəlik, yaxud hər ay yenilənən tapşırıqları yerinə yetirməklə əlavə biletlər qazana biləcəksiniz.
          Lotereya qalibləri hansı hədiyyələri qazanacaq?
          Qaliblər üçün aşağıdakı pul mükafatları nəzərdə tutulub: • 1 qalibə 150 000 AZN • 3 qalibə 10 000 AZN • 6 qalibə 1 000 AZN • 30 qalibə 500 AZN • 60 qalibə 100 AZN • 3000 qalibə 10 AZN (keşbek balansına göndərilir) • 6900 qalibə 5 AZN (keşbek balansına göndərilir)
          Tirajlar nə vaxt keçirilir və qaliblər hansı üsulla müəyyən olunacaq?
          Lotereya 3 tirajdan ibarətdir. Tirajlar 8 avqust, 10 sentyabr və 15 oktyabr 2024-cü il tarixlərində keçiriləcək. Qaliblər təsadüfi seçim üsulu ilə təyin olunacaq.
          Lotereyada neçə dəfə qalib ola bilərəm?
          Bir tirajda 1 dəfə qalib ola bilərsiniz. Birinci tirajda qalib olmusunuzsa, ikinci tirajda iştirak etməyəcəksiniz, lakin üçüncü, yəni final tirajında qalib ola bilərsiniz.
          Lotereyada qalib olduğum barədə məlumatı necə alacam?
          Qalib olsanız, sizə bu barədə SMS, yaxud Birbank tətbiqindən bildiriş göndəriləcək. Əsas mükafatları qazanmış qaliblərlə əlaqə saxlayaraq hədiyyənin verilmə tarixi və yeri barədə məlumat verəcəyik. Həmçinin qaliblərin siyahısı şifrələnmiş şəkildə Birbank-ın sosial media səhifələrində açıqlanacaq.
          Pul mükafatı qalibə necə təqdim olunacaq?
          Əvvəlcə müştərinin razılığı əsasında onun adına cari hesab açılacaq. Müvafiq vergi tutulmalarından sonra pul mükafatı həmin cari hesaba köçürüləcək. 5 AZN və 10 AZN-lik pul mükafatları müştərinin Birbank tətbiqindəki keşbek balansına yüklənəcək.
          Müştərilərə hədiyyələri nə zaman təqdim ediləcək?
          Pul mükafatları tiraj qalibləri elan olunduqdan 21 iş günü ərzində təqdim olunacaq. Siz tiraj qalibləri açıqlandığı gündən etibarən 90 iş günü ərzində hədiyyə üçün banka müraciət edə bilərsiniz. Əgər bu müddət ərzində sizinlə əlaqə saxlaya bilməsək və ya hədiyyənizi təhvil almaq üçün banka müraciət etməsəniz, hədiyyə bankın sərəncamına keçəcək.
          196
          Tirajlar üzrə qaliblərin siyahısı
          • Ad, soyad, ata adı
          • Kart nömrəsi
          • Mobil telefon
          • Bilet nömrəsi
          • Hədiyyələr
          • R****** C****** F******
          • 416973******2218
          • +99455****666
          • JIS9YUKK
          • Pul mükafatı (150 000 AZN)
          • G****** Q****** R******
          • 523915******5848
          • +99455****136
          • QAXG3AGN
          • Pul mükafatı (10 000 AZN)
          • Ə****** C****** K******
          • 416973******6801
          • +99450****755
          • B5SXN7FC
          • Pul mükafatı (1 000 AZN)
          • A****** Ə****** R******
          • 416973******6527
          • +99470****099
          • 8JRMS3AO
          • Pul mükafatı (1 000 AZN)
          Qalib olub olmadığını yoxla!
          “Kapital Bank” ASC (Bakı şəh., Nəsimi r-nu, Füzuli küç. 71) 05 noyabr 2018-ci il tarixli 244 nömrəli Bank Lisenziyası əsasında fəaliyyət göstərir.