logo
Birbank kartları ilə ödəyin, lotereyaya qoşulun
196
Məlumatlar

13 oktyabr – 15 dekabr tarixlərində Birbank kartı sahibləri üçün lotereya keçiriləcək. Birbank kartı sahibləri lotereyada iştirak edərək 10 001 hədiyyədən birinə sahib ola bilərlər. Lotereyanın qaliblərinin seçimi 3 tirajda olacaq (I tiraj, II tiraj və Final tirajı).

  • Lotereya müddətində 18 yaşına çatmış Azərbaycan vətəndaşı olan müştərilərin Birbank (köhnə adı “BirKart”) kartı ilə 20 AZN və üzəri məbləğdə uğurlu ödənişə iştirak hüququ (şans) hesablanır;
    • Birbank debet kartları ilə 20 AZN və üzəri ödəniş 1 şans qazandıracaq;
    • Nümunə 1: Müştəri 100 AZN-lik əməliyyatı Birbank debet kartı ilə edərsə, 1 şans qazanacaq. Lakin 100 AZN-lik əməliyyatı 5 bərabər hissəyə bölüb əməliyyatlar edərsə, hərəsi üçün 1 şans qazanaraq, toplamda 5 şans əldə etmiş olacaq.
    • Birbank taksit kartları ilə 20 AZN və üzəri əməliyyat müştəriyə 5 şans qazandıracaq.
    • Nümunə 2: Müştəri 100 AZN-lik əməliyyatı Birbank taksit kartı ilə edərsə, 5 şans qazanacaq. Lakin 100 AZN-lik əməliyyatı 5 bərabər hissəyə bölüb əməliyyatlar edərsə, hərəsi üçün 5 şans qazanaraq toplamda 25 şans əldə etmiş olacaq.
    • Birbank taksit kartları ilə 20 AZN və üzəri xərclənən əməliyyatın məbləği tam şəkildə şəxsi vəsaitdən sərf olunubsa, 20 AZN və üzəri məbləğdə əməliyyat 1 şans qazandıracaq;
      196
      FAQ
      Lotereyada iştirak etmək üçün nə etmək lazımdır?
      Lotereyada iştirak etmək üçün 13 oktyabr - 15 dekabr 2023 tarixləri aralığında (hər iki tarix daxil) istənilən növ Birbank kartı ilə 20 AZN və üzəri əməliyyat etmək lazımdır.
      Lotereyada hansı kartlar iştirak edir?
      Lotereyada 18 yaşından yuxarı Azərbaycan Respublikası vətəndaşına məxsus, eyniləşdirilmiş, həm debet, həm də taksit olmaqla bütün növ Birbank kartları (eləcə də, əvvəlki dizaynlı "BirKart" adlı kartlar) iştirak edir.
      Şans (iştirak hüququ) nədir?
      Şans müştərinin Birbank kartı ilə lotereya müddətində etdiyi müvafiq əməliyyatlar qarşılığında qazandığı lotereyada iştirak hüququdur. Bu şanslar toplanaraq kart sahibinin lotereyanın müvafiq tirajında qalib olmaq ehtimalını riyazi olaraq artırır.
      Hansı əməliyyatlar şans qazandırır?
      Birbank debet kartları ilə edilmiş 20 AZN və üzəri bütün növ ödənişlər (istisna MCC-lərdə edilən ödənişlər xaric), Birbank taksit kartları ilə isə 20 AZN və üzəri bütün növ ödənişlər, köçürmələr və nağdlaşdırma əməliyyatları lotereyada iştirak şansı qazandırır.
      Əgər 20 AZN və üzəri əməliyyatlar şans qazandırırsa, mən 40 AZN-lik əməliyyat etsəm, 1 yoxsa, 2 qat şans qazanacam?
      Əgər ödəniş Birbank debet kartı ilə edilibsə, 20 AZN və üzəri istənilən məbləğdə əməliyyata görə toplam 1 şans, əgər Birbank taksit kartı ilə edilibsə, 5 şans qazanacaqsınız. Yəni 40 AZN-lik ödəniş üçün Birbank debet kartları ilə 2 deyil 1 şans, Birbank taksit kartları ilə isə 10 deyil, 5 şans veriləcək. Əgər ödəniş Umico Market-də edilibsə, əlavə 1 şans da veriləcək. Yəni Birbank debet kartı ilə 1+1=2 və Birbank taksit kartı ilə 5+1=6 şans qazanacaqsınız. Əlavə olaraq əgər QR ödəniş edilibsə, siz əlavə 10 şans da qazanacaqsınız (yəni Birbank debet kartı ilə QR ödənişə görə 1+10=11, Birbank taksit kartı ilə 5+10=15 şans).
      Gündəlik maksimum neçə əməliyyat üzrə şans qazana bilərəm?
      Lotereyada sizə məxsus hər kart üzrə bir gün ərzində şərtlər daxilində etdiyiniz 20 əməliyyatınız sizə şans qazandıracaq.
      1 müştəri neçə dəfə qalib ola bilər?
      Bir müştəri 1 kart üzrə lotereya müddətində maksimum 2 dəfə qalib ola bilər. 1-ci və ya 2-ci tirajlarda qalib gələn kartlar 3-cü yekun tirajda da qalib ola bilərlər. Lakin 1-ci tirajda qalib gələn kart 2-ci tirajda qalib ola bilməz. Qeyd edək ki, qaliblərin seçimi kart üzərindən aparıldığından bir müştərinin bir neçə kartı varsa, eyni tirajda fərqli kartlarla da bir neçə dəfə qalib ola bilər.
      Müştərilər şansları barədə məlumatı necə əldə edəcəklər?
      Müştərilər şans sayları barədə məlumat əldə etmək üçün birbank.az səhifəsinə daxil olub şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək məlumat əldə edə bilərlər. Müştərilərə aylıq şansları barədə SMS və ya Birbank mobil tətbiqindən Push bildirişi göndəriləcək.
      Umico Market-dən ödəniş neçə şans qazandırır?
      Umico-nun saytından, tətbiqindən və ya Birbank tətbiqindəki "Market" bölməsindən minimum 20 AZN ödəniş sizə əlavə 1 şans qazandıracaq, yəni əməliyyatı debet kartı ilə etmisinizsə 1+1 = 2 şans, kredit kartı ilə etmisinizsə 1+5=6 şans qazanacaqsınız.
      QR ödənişlər neçə şans qazandırır?
      Birbank kartları ilə 20 AZN və üzəri edilmiş QR ödənişlərə görə, əlavə 10 şans qazanacaqsınız. Yəni ödəniş Birbank debet kartı ilə edilibsə, 1+10=11 şans, Birbank taksit kartı ilə edilibsə, 5+10=15 şans hesablanacaq.
      196
      Tirajlar üzrə qaliblərin siyahısı
      Təəssüf edirik! Bu kart nömrəsi üzrə qalib tapılmadı.
      Qalib olub olmadığını yoxla!
      "Kapital Bank" ASC Azərbaycan Republikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 05 noyabr 2018-ci il tarixli 244 nömrəli Bank Lisenziyası əsasında fəaliyyət göstərir.