logo

Birbank taksit kartları ilə bağlı məlumat

Məlumatlar
Yenilənmiş komissiya şərtləri ilə tanış olun:

7 fevral 2025-ci il tarixindən etibarən Birbank taksit kartlarında olan kredit xətti vasitəsilə bəzi maliyyə əməliyyatlarını həyata keçirdikdə, məsələn, kredit ödənişləri, sığorta ödənişləri və ya elektron pul kisələrinə köçürmələr etdikdə 1% (min. 1 AZN) komissiya hesablanacaq. Qeyd edilən tarixdən etibarən komissiya hesablanacaq ödəniş və köçürmələrin MCC kodları aşağıdakı kimidir: - 6012 - 6050 - 6051 - 6538 - 6540 Şəxsi vəsait və kredit xətti ilə bağlı digər komissiyalar isə dəyişməz olaraq qalır: Ay ərzində bütün Birbank kartlarınızdakı ümumi şəxsi vəsaitinizdən 5000 AZN-dək məbləğin Kapital Bank bankomatlarında nağdlaşdırılması və yerli bank kartlarına köçürülməsi pulsuzdur. Ümumi məbləğ 5000 AZN-i keçərsə, bu əməliyyatlar üçün 0,5% (min. 1 AZN/USD/EUR) komissiya hesablanacaq. Ölkə daxilində digər banklara məxsus bankomatlarda şəxsi vəsaitinizdən nağdlaşdırma etdikdə məbləğdən asılı olmayaraq 2 AZN/USD/EUR komissiya tutulacaq. Yerli bank kartlarına şəxsi vəsaitdən pulsuz köçürmə Birbank tətbiqindən və Kapital Bank bankomatlarından mümkündür. Kartınızın kredit xəttindən nağdlaşdırma və köçürmə etdikdə kredit şərtlərinə uyğun olaraq 1% (min. 1 AZN) komissiya tutulacaq.

Birbank taksit kartları üzrə faktiki illik faiz dərəcəsi (FİFD) min. 25,25%, maks. 43,32%-dir.
"Birbank" brendi "Kapital Bank" ASC-nin əmtəə nişanıdır.
“Kapital Bank” ASC (Bakı şəh., Nəsimi r-nu, Füzuli küç. 71) 05 noyabr 2018-ci il tarixli 244 nömrəli Bank Lisenziyası əsasında fəaliyyət göstərir.