Xəbərlər və kampaniyalar

Karta mədaxil üzrə dəyişikliklər

Karta mədaxil üzrə dəyişikliklər

Ölkədə etibarlı və təhlükəsiz rəqəmsal ödənişlərin təmin olunması məqsədilə bütün banklar tərəfindən kartlara mədaxil əməliyyatları üzrə yeni limitlər tətbiq edilir. 

 

Yeni limitlərə əsasən, 6 avqust 2026-cı il tarixindən etibarən hər Birbank kartı üzrə gündə 5 dəfə və ayda maksimum 20 000 ₼ vəsait qəbulu nəzərdə tutulur. 

✅Limitlər müştəri üzrə deyil, hər bir kart üzrə ayrıca tətbiq olunur. Yəni müştərinin bir neçə kartı olduğu halda, hər bir kartın öz limiti olacaq.

✅Müştərinin öz kartları arasında edilən əməliyyatlar bu limitə daxil deyil. Bu o deməkdir ki, öz Birbank kartların arasında limitsiz şəkildə pul göndərə və qəbul edə bilərsən.

Milliön, eManat, Pulz və Mpay kimi ödəniş terminalları vasitəsilə həyata keçirilən balans artırılması əməliyyatları bu limitə daxil deyil. Həmçinin bankımıza məxsus bankomat və terminallarda karta limitsiz şəkildə mədaxil etmək mümkündür.

Biznes kartları qeyd olunan limitlərdən avtomatik olaraq istisna olunur.

Limitlər bütün bankların müştərilərinə eyni qaydada tətbiq olunur. 

 


 

Tez-tez verilən suallar

 

1. Yeni limitlər nə vaxtdan qüvvəyə minəcək?

Yeni limitlər 06.08.2026 tarixindən etibarən tətbiq olunacaq.

 

2. Müştərinin öz kartları arasında həyata keçirdiyi əməliyyatlara bu limitlər tətbiq olunur?
Xeyr. Müştərinin özünə məxsus kartlar arasında həyata keçirilən mədaxil əməliyyatları avtomatik olaraq bu limitlərdən istisna edilir. 

 

3. Sahibkarlıq hesabına bağlı kartlarla həyata keçirilən əməliyyatlara limit tətbiq olunur?

Xeyr. Biznes kartları ilə həyata keçirilən mədaxil əməliyyatları bu limitlərdən avtomatik olaraq istisna edilir. 

 

4. Müəyyən edilmiş limitdən artıq məbləğdə əməliyyat həyata keçirmək mümkündürmü? 

Yuxarıda qeyd olunan istisnalar nəzərə alınmaqla, müştərinin fərdi müraciəti əsasında limitin artırılması mümkün deyil. 

 

5. Limitlər bütün müştərilər üçün eynidir?

Bəli. Yuxarıda qeyd olunan istisnalar nəzərə alınmaqla, yeni limitlər bütün bankların müştərilərinə eyni qaydada tətbiq olunur. 

 

6. Yeni limitlər hansı əməliyyatlara aiddir?

Yeni limitlər yalnız karta mədaxil əməliyyatlarına aiddir. Terminallar vasitəsilə həyata keçirilən nağd mədaxil əməliyyatları bu limitlərə daxil edilmir.