BirKart ilə Ninja əməliyyatı et, Bakcell Ulduzum-dan dəqiqə və meqabaytlar qazan

image

5 aprelədək BirKart ilə etdiyin 20 AZN və ya yuxarı məbləğdə əməliyyatı ninja ilə aylara böl, Bakcell Ulduzum-dan 50 meqabayt internet və 10 şəbəkədaxili danışıq dəqiqəsi qazan!

Kampaniyadan yalnız Bakcell abunəçiləri olan BirKart istifadəçiləri yararlana bilərlər.

 

- Ninja əməliyyatı etdikdən sonra dəqiqə və meqabaytlar hər ikisi müştəriyə ayrı kod şəklində SMS vasitəsilə göndəriləcək. Müştəri həmin kodu 5555 nömrəsinə SMS ilə göndərib dəqiqə və meqabaytları əldə edə bilər.

- Müştəri kodu başqa bir istifadəçiyə təqdim etməkdə sərbəstdir.

- Bir müştəri kampaniyadan istənilən sayda yararlana bilər.

- Kampaniyadan yararlana bilmək üçün müştəri əməliyyatı Ninja ilə ən geci 5 aprel tarixində aylara bölməlidir.

 

Qeyd edək ki, ninja BirKart taksit kartlarından istənilən birinə sahib olan müştərilər üçün partnyor olmayan mağazalarda edilmiş birdəfəlik ödənişləri müəyyən komissiya ödəyərək 2, 3, 6 və ya 12 aylıq hissələrə bölmək imkanı verir. Belə ki ödəniş edildiyi tarixdən növbəti 24 saat ərzində müştəri Birbank tətbiqi üzərində və ya SMS vasitəsilə ninja təklifi alır və bölünməsini istədiyi ay sayını seçərək ödənişi hissələrlə ödəyə bilir.