---
title: Birbank - İlk rəqəmsal bank
description: Birbank - İlk rəqəmsal bank
image: https://birbank.az/file/og_image_1080x1080_c57abea707.png
---

# Xəbərlər və kampaniyalar

![Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın ](https://birbank.az/file/Qazandiran_bahar_1x1_1cf3d5f5e1.png)

Ölkənin ilk rəqəmsal bankı Birbank “Qazandıran bahar” kampaniyasına start verir. Yeni kampaniya bankdan kredit kartı əldə edən müştərilər üçündür. Belə ki, 17 mart-20 aprel tarixlərini əhatə edən kampaniya çərçivəsində aktiv Birbank kartı olmayan hər kəs kredit kartı əldə etdikdə 50 bonus qazanır. 

- Onlayn alış-veriş zamanı ilk 50 AZN ödənişə 10 Bonus
- Taksitli ödənişlərdə ilk 150 AZN əməliyyata 15 Bonus
- Kartdan-karta köçürmə və ya məxaric əməliyyatarında ilk 300 AZN əməliyyata 25 Bonus

Kampaniya müddətində kredit kartını rəsmiləşdirən müştərilər 30 aprel tarixinədək alış-veriş edib bonus qazana bilərlər. Yeni taksit kartını Birbank mobil tətbiqindən sifariş etmək və ya Kapital Bank/Birbank filiallarından əldə etmək mümkündür. 

Ətraflı məlumat üçün**: **[**www.b-b.az/pt**](http://www.b-b.az/pt)

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün <u>birbank.az</u> saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. 