---
description: Birbank taksit və debet kartlar. 30% keşbek, 2 qat ƏDV. Pulsuz al, pulsuz nağdlaşdır, pulsuz köçür. Online odeme, kart sifarisi kimi əməliyyatları sürətli şəkildə həyata keçirin!
title: Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf e
image: https://birbank.az/file/og_image_1080x1080_c57abea707.png
---

## Xəbərlər və kampaniyalar

![Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin](https://birbank.az/file/Yigim_hesabi_s_yah_t_kampaniyasi_1x1_6e4daa0ef7.png)

Ölkənin ilk rəqəmsal bankı Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib. 08 aprel - 08 may 2026-cı il tarixlərini əhatə edən kampaniya Birbanklılara yığım edərək dəyərli hədiyyələr qazanmaq imkanı yaradır.

Kampaniya çərçivəsində Birbank tətbiqində “Səyahət” hədəfini seçərək ən yüksək məbləği toplayan 1 nəfərə 5 000 AZN dəyərində, növbəti 6 iştirakçıya isə hər biri 500 AZN dəyərində olmaqla səyahət kuponu təqdim olunacaq.

“Səyahət marafonu” kampaniyası həm mövcud, həm də yeni Birbank müştəriləri üçün keçərlidir. 

**Ətraflı məlumat üçün**: [www.b-b.az/syh](http://www.b-b.az/syh) 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün [birbank.az ](https://birbank.az/)saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.