---
description: Birbank taksit və debet kartlar. 30% keşbek, 2 qat ƏDV. Pulsuz al, pulsuz nağdlaşdır, pulsuz köçür. Online odeme, kart sifarisi kimi əməliyyatları sürətli şəkildə həyata keçirin!
title: Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən 
image: https://birbank.az/file/og_image_1080x1080_c57abea707.png
---

## Xəbərlər və kampaniyalar

![Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin ](https://birbank.az/file/Avtomobil_lizinqi_1000x1000_5aca304079.png)

Avtomobil almaq istəyənlər üçün ən böyük çətinliklərdən biri yüksək ilkin ödəniş və uzunmüddətli rəsmiləşdirmə prosesidir. “Bir Kredit” BOKT (Bank Olmayan Kredit Təşkilatı) bu stereotipləri dəyişərək müştərilər üçün daha əlçatan lizinq imkanını təqdim edir.

“Bir Kredit” BOKT, ölkənin ilk rəqəmsal bankı Birbank ilə tərəfdaşlıq çərçivəsində yeni lizinq xidmətini istifadəyə verib. Yeni xidmət sayəsində müştərilər həm yeni, həm də istehsal ili 5 ilə qədər olan işlənmiş avtomobilləri _**minimum 0%-dən başlayan ilkin ödənişlə**_, _**100 000 AZN-dək maliyyələşmə məbləği**_ ilə əldə edə və ödənişi _**60 aya qədər hissələrlə**_ həyata keçirə bilərlər.

Xidmətin əsas fərqləndirici cəhətlərindən biri onun daha geniş auditoriya üçün əlçatan olmasıdır. Belə ki, _**rəsmi gəliri olmayan şəxslər**_ də bu fürsətdən yararlana bilərlər. Tərəflər bu yanaşma ilə avtomobil sahibi olmağı daha çox insan üçün əlçatan etməyi hədəfləyir. 

Digər mühüm üstünlük isə prosesin sadəliyidir. Lizinq rəsmiləşdirilməsi birbaşa avtomobil salonunda həyata keçirilir. Bu isə əlavə sənəd toplamağa, banka getməyə və vaxt itirməyə ehtiyac qalmadan, avtomobili seçdiyiniz anda maliyyələşdirməni tamamlamağa imkan verir.

Birbank-ın rəqəmsal yanaşması bu xidmətdə də özünü göstərir. Müştərilər prosesi daha sürətli, rahat və şəffaf şəkildə həyata keçirə bilirlər. Yeni lizinq imkanı çevik şərtləri, sürətli rəsmiləşdirilməsi və geniş əlçatanlığı ilə avtomobil əldə etmə prosesinə yeni baxış gətirir.

Lizinq xidmətindən yararlanmaq istəyənlər daha ətraflı məlumat üçün Birbank mobil tətbiqi vasitəsilə müraciət edə və ya tərəfdaş avtomobil salonlarına yaxınlaşa bilərlər.

Ətraflı məlumat üçün: <https://www.b-b.az/ZomFov>