Birbank Visa debet kartları ilə ödənişlər Qətərdə keçiriləcək FIFA Dünya Kuboku 2022™-ə aparır

image

Birbank Visa debet kartları ilə ödənişlər Qətərdə keçiriləcək FIFA Dünya Kuboku 2022™-ə aparır!

 

Birbank Visa (BirKart Visa) kart sahibləri üçün yeni kampaniya başlayıb. Şərtlərə görə, kampaniya müddətində Birbank Visa (BirKart Visa) debet kartları ilə ən çox nağdsız dövriyyəsi olan 50 müştəri dəyərli hədiyyələr qazana biləcək.

 

Kampaniya müddəti: 23 sentyabr - 31 oktyabr 2022 (hər iki tarix daxil)

 

Kampaniya şərtləri:

- Kampaniya müddətində ümumilikdə ən çox məbləğdə dövriyyə edən müştəri Qətərdə keçiriləcək FIFA Dünya Kuboku 2022™-ə səyahət paketi, 2-ci və 3-cü yerlərin sahibləri Apple MacBook Air, 4-10-cu yerlərdə olan müştərilər Apple iPhone 13 Pro Max, 11-25-ci yerlər Apple Watch Series 7, 26-50-ci yerlər isə Apple AirPods Pro qazanacaqlar;

- Qalib olan müştəri hədiyyəsindən imtina edərsə, qalib müvafiq olaraq növbəti yeri tutan müştəri hesab olunacaq;

- Kampaniyada taksit kartları və eyniləşdirilməmiş debet kartları iştirak etmir;

- Bir müştərinin bir neçə Birbank Visa debet kartı varsa, yekunda onların hər birinin cəmi nəzərə alınacaq;

- Kampaniyada aşağıda qeyd olunan MCC kodlar üzrə keçən əməliyyatlar nəzərə alınmayacaq:

Kommunal (MCC kod 4900), Mobil (4814), TV (4899), İnternet (4816), məhkəmə (MCC kod 9211), cərimələr (MCC kod 9222) zaminlik (MCC kod 9223), vergi (MCC kod 9311), hökumət ödənişləri (MCC kod 9399), poçt (9402), maliyyə əməliyyatları, (MCC kod 4829/6012/6050/6051/6532/6536/6537/6538/6540/9405), nağdlaşdırma (MCC kod 6010, 6011), nəqliyyat (MCC kod 4111/4011/4112/4131), mərc oyunları (7995).

- Qaliblər kampaniya bitdikdən 14 təqvim günü sonra elan olunacaq;

- Kapital Bank əməkdaşları kampaniyadan yararlana bilməzlər.