Birbank Visa kart sahibləri üçün Payız kampaniyası

image

Birbank Visa kart sahibləri üçün Payız kampaniyası!

Kampaniya müddətində müştərilər Birbank Visa taksit kartı ilə taksit əməliyyatı etdikdə böldükləri taksit aylarının sayı qədər (AZN) pul qazanacaqlar.

 

Tarix: 19 sentyabr - 19 oktyabr (hər iki tarix daxil)

İştirak edir: Birbank Visa taksit kartları (həm yeni Birbank Visa kartları, həm də əvvəlki BirKart Visa kartları)

Şərtlər:

Qeyd edək ki, kampaniyadan yararlanmaq üçün əməliyyat məbləği minimum təyin olunmuş məbləğdən yuxarı olmalıdır.

- Partnyor mağazalarda edilmiş 100 AZN və yuxarı məbləğdə əməliyyatı 2 və ya 3 aylıq taksitə bölərsə;

- Partnyor mağazalarda edilmiş 200 AZN və yuxarı məbləğdə əməliyyatı 2, 3, 6, 9 və ya 12 aylıq taksitə bölərsə;

- Partnyor mağazalarda edilmiş 300 AZN və yuxarı məbləğdə əməliyyatı 2, 3, 6, 9, 12, 18, 21 və ya 24 aylıq taksitə bölərsə.

 

Nümunə 1: Müştəri 120 AZN-lik 3 aylıq taksitlə əməliyyat edərsə 3 AZN pul qazanacaq. Lakin müştəri 120 AZN-lik 24 aylıq taksitli əməliyyat edərsə 24 AZN qazanmayacaq. Çünki 24 aylıq taksit əməliyyatına görə 24 AZN qazanmaq üçün minimal əməliyyat məbləği 300 AZN olmalıdır.

 

Nümunə 2: Müştəri 350 AZN-lik 6 aylıq taksitli əməliyyat edərsə 6 AZN pul qazanacaq və ya həmin əməliyyatı 21 aylıq taksitə bölərsə 21 AZN qazanacaq.

 

- Birbank Mastercard® kart sahibləri kampaniyada iştirak etmir.

- Kampaniyada birdəfəlik ödənişlər və ninja ödənişlər iştirak etmir.

- Müştəri kampaniyadan müddətində yalnız bir dəfə yararlana bilər.

- Qazanılmış məbləğ müştərinin keşbek balansında əks olunacaq.