---
title: Kapital Bank çempion oldu!
image: https://birbank.az/file/og_image_1080x1080_c57abea707.png
---

# Xəbərlər

![Kapital Bank çempion oldu!](https://birbank.az/file/news/D/kapital-bank-nhn-chempion1671015244.png)

Kapital Bank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” yarışının qalibi oldu. 13 dekabr 2022-ci il tarixində banklar arasında keçirilən tədbirdə ölkənin 12 bankının, ümumilikdə 80-dək əməkdaşla iştirak edib.

Yarış zamanı bütün rəqiblərini üstələyən Kapital Bank-ın yığma komandası, yarışın çempionu adına layiq görülüb. Qalib komandaya yarışın kuboku təqdim olunub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.