---
title: Dəyişikliklərdən xəbərdar olun
image: https://birbank.az/file/og_image_1080x1080_c57abea707.png
---

# Xəbərlər

![Dəyişikliklərdən xəbərdar olun](https://birbank.az/file/logo_for_news_08c795832d.png)

Bankımızda hazırda mövcud olan son kampaniya və şərt dəyişiklikləri:

  
**Mil kartlarının kampaniya müddətində dəyişiklik:** Qış səyahətlərinin xərcini millərinlə əvəz et. 30 sentyabra qədər nəzərdə tutduğumuz kampaniyanın müddətini uzatdıq. Artıq 31 dekabradək kampaniya çərçivəsində Birbank Platinum Miles kartınla ödədiyin təyyarə bileti, hotel və tur agentliyi xərclərini topladığın millərlə əvəz edə bilərsən. Kampaniyada həm əvvəlcədən topladığın, həm də kampaniya müddətində əldə etdiyin millərdən istifadə etmək mümkündür.

**“Yığ və qazan” lotereyası:** 8 oktyabr 2026 – 8 yanvar 2027-ci il tarixlərində keçiriləcək “Yığ və qazan” lotereyası çərçivəsində AZN/USD Yığım hesabı olan yeni və mövcud müştərilər hesab açmaq, vəsait artırmaq, avtomatik artırmanı aktivləşdirmək və hesabda yeni vəsait saxlamaqla şanslar qazana, 3 tiraj üzrə ümumilikdə 507 qalibdən biri olmaq və final tirajında 50 000 AZN dəyərində baş mükafatı qazanmaq imkanı əldə edə biləcəklər.

**Təhsil krediti:** Təhsil işçiləri üçün xüsusi kampaniyaya start verilib. Belə ki, 31 oktyabr 2026-cı il tarixinədək davam edəcək kampaniya çərçivəsində təhsil işçiləri nağd pul kreditini 7%-dək endirimlə əldə edə bilərlər. Kampaniya çərçivəsində 80 000 manatadək kredit götürmək, həmçinin digər banklardakı kreditləri Birbank-da birləşdirmək mümkündür. Kredit müddəti 3 aydan 59 ayadəkdir.

**Filiallarda verilən kart və cari hesab rekvizitlərində tarif dəyişikliyi:** Filiala getməyə, növbə gözləməyə ehtiyac yoxdur. Kart və cari hesab rekvizitlərini Birbank tətbiqindən cəmi bir neçə toxunuşla, istədiyin vaxt və tamamilə ödənişsiz əldə edə bilərsən. Qeyd edək ki, 13 noyabr 2026-cı il tarixindən etibarən filiallarda kart və cari hesab rekvizitlərinin verilməsi zamanı hər rekvizit üçün 10 AZN xidmət haqqı tətbiq ediləcək. Odur ki filiala getmədən cari hesab rekvizitlərini Birbank tətbiqindən tamamilə ödənişsiz əldə et.

**Filiallarda POS-terminal vasitəsilə nağdlaşdırma əməliyyatlarında tarif dəyişikliyi:** Bankımıza məxsus 1300-ə yaxın bankomatımız vasitəsilə müştərilər Birbank debet kartlarından fərdi limit daxilində komissiyasız nağdlaşdırma edə bilərlər. 13 noyabr 2026-cı il tarixindən etibarən isə filiallarımızda POS-terminal vasitəsilə nağdlaşdırma şərtləri dəyişəcək. Həmin tarixdən filiallarda POS-terminal vasitəsilə nağdlaşdırma etdikdə əməliyyat məbləğinin 1%-i həcmində komissiya tətbiq ediləcək. Minimum komissiya məbləği əməliyyatın valyutasından asılı olaraq 1 AZN/EUR/USD olacaq. Qeyd edək ki, bu qayda yalnız POS-terminal vasitəsilə nağdlaşdırmaya aiddir. Bankomatlarımız vasitəsilə nağdlaşdırma şərtlərində isə heç bir dəyişiklik yoxdur.