---
title: PIN əməliyyatlarını Birbank tətbiqində ödənişsiz tamamla
image: https://birbank.az/file/og_image_1080x1080_c57abea707.png
---

# Xəbərlər və kampaniyalar

![PIN əməliyyatlarını Birbank tətbiqində ödənişsiz tamamla](https://birbank.az/file/sayt_19b98177af.png)

PIN-kodunu dəyişmək və ya PIN cəhdlərini sıfırlamaq üçün filiala getməyə ehtiyac yoxdur.

Kartını seç, açılan bölmədəki xidmətlərdən istifadə et. PIN əməliyyatlarını Birbank tətbiqində filiala getmədən, ödənişsiz tamamlaya bilərsən.

8 sentyabr 2026-cı ildən etibarən filiallarda bu əməliyyatlar üzrə tariflər dəyişəcək. Həmin tarixdən sonra PIN-kodun dəyişdirilməsi və PIN cəhdlərinin sıfırlanması üçün bank filialına müraciət edildikdə, hər bir xidmət üzrə 5 AZN xidmət haqqı tətbiq olunacaq.

Əlavə xərc ödəməmək və əməliyyatları daha sürətli şəkildə tamamlamaq üçün müştərilər PIN əməliyyatlarını Birbank tətbiqi üzərindən həyata keçirə bilərlər.