---
title: Kapital Bank-ın səhmdarlarının yığıncağı keçiriləcək
image: https://birbank.az/file/og_image_1080x1080_c57abea707.png
---

# Xəbərlər və kampaniyalar

![Kapital Bank-ın səhmdarlarının yığıncağı keçiriləcək](https://birbank.az/file/news/D/sehmdarlarin-yigincagi-20231670997416.jpg)

12 yanvar 2023-cü il tarixində, saat 11:00-da Kapital Bank-ın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (M. Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) Bankın Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- İmtiyazlı səhmlər üzrə dividendlərin ödənilməsi
- Digər məsələlər

Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla 12 yanvar 2023-cü il tarixinədək aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz https://kapitalbank.az/sehmdarlarin-yigincagi