---
title: Kapital Bank-ın səhmdarlarının yığıncağı keçiriləcək
image: https://birbank.az/file/og_image_1080x1080_c57abea707.png
---

# Xəbərlər

![Kapital Bank-ın səhmdarlarının yığıncağı keçiriləcək](https://birbank.az/file/news/D/sehmdarlarin-yigincagi-kecirilecek-181020221666188300.jpg)

17 noyabr 2022-ci il saat 11:00-da Kapital Bank-ın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (M. Müşviq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) Bankın Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

· “Kapital Bank” ASC-nin nizamnamə kapitalının artırılması məsələsi

· “Kapital Bank” ASC-nin Nizamnaməsinin yenilənməsi məsələsi

· “Kapital Bank” ASC-nin Müşahidə Şurasının Əsasnaməsinin yenilənməsi məsələsi

· Digər məsələlər

Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallar barədə 01.11.2022-ci il tarixindən etibarən [www.kapitalbank.az/sehmdarlarin-yigincagi](http://www.kapitalbank.az/sehmdarlarin-yigincagi) linki vasitəsilə tanış ola bilərsiniz.