Ninja təklifi

Ninja təklifi ilə xərcləri hissələrə bölüb, ödəyin!

image
Ninja kalkulyatoru
Ninja təklifi vasitəsilə Birbank taksit kartı ilə etdiyiniz istənilən birdəfəlik ödənişi müəyyən komissiya qarşılığında aylara bölə bilərsiniz.
Məbləğ (AZN)
100
Müddət (ay)
12

Aylıq ödəniş:

9.75

Toplam məbləğ:

117.00

Komissiya

17 %
Bilmək lazımdır
  • Ninja təklifi nədir? Bu, Birbank taksit kartları ilə edilmiş və taksitə bölünməmiş ödənişin (POS-terminal ilə edilmiş birdəfəlik ödənişlər və onlayn ödənişlər), eləcə də nağdlaşdırma və köçürmə əməliyyatlarının müəyyən komissiya qarşılığında 2, 3, 6 və ya 12 aylıq hissələrə bölünməsi üçün sizə gələn təklifdir.
  • Ninja təklifindən necə yararlanmaq olar? Ninja təklifindən 2 formada yararlanmaq mümkündür: 1) SMS vasitəsilə — Taksit kartı ilə 40 AZN və üzəri ödəniş etdikdən sonra, eləcə də 40 AZN və üzəri nağdlaşdırma və köçürmə əməliyyatları zamanı müştəriyə məbləğə uyğun olaraq Ninja təklifi ilə bağlı SMS göndərilir. Əgər müştərinin Birbank tətbiqi yoxdursa və ya son 60 gündə ən azı bir dəfə Birbank tətbiqinə daxil olmayıbsa, SMS vasitəsilə 3, 6 və ya 12 aya (məbləğ 40–199,99 AZN olduqda 3 ay; 200–599,99 AZN olduqda 6 ay; 600 və daha çox olduqda isə 12 ay) bölməklə bağlı təklif göndəriləcək. SMS-də ödənişinizi hissələrə bölmək üçün xüsusi kod yer alır. Bu kodu təklifi aldığınız nömrənizdən 2149 qısa nömrəsinə SMS ilə göndərərək təklifdən yararlana bilərsiniz. Ninja təklifi SMS gəldiyi andan 24 saat ərzində keçərlidir; 2) Birbank tətbiqi vasitəsilə: - Birbank tətbiqində bildiriş vasitəsilə — taksit kartı ilə 20 AZN və üzəri ödəniş etdikdən sonra, eləcə də 20 AZN və üzəri nağdlaşdırma və köçürmə əməliyyatları zamanı müştəriyə Ninja təklifi ilə bağlı Birbank tətbiqindən bildiriş göndərilir. Əgər müştərinin Birbank tətbiqi varsa və son 60 gündə ən azı bir dəfə Birbank tətbiqinə daxil olubsa, tətbiq üzərindən Ninja təklifi ilə bağlı bildiriş göndəriləcək. Bildirişdəki linkə keçid edərək Birbank tətbiqindəki “Ninja” səhifəsinə yönləndirilərək müvafiq əməliyyat üzrə Ninja təklifindən yararlanmaq mümkündür; - Birbank tətbiqində "Daha çox" hissəsində olan "Ninja" səhifəsində — qeyd edilən hissəyə daxil olaraq Ninja təklifindən yararlana biləcəyiniz əməliyyatların siyahısı, eləcə də daha öncə yararlandığınız Ninja təkliflərinin tarixçəsini görə bilərsiniz. Ninja təklifi əməliyyatdan sonra 24 saat ərzində keçərlidi - Birbank tətbiqində ödəniş qəbzində — qəbzin aşağısında yerləşən "Məbləği Ninja ilə böl" düyməsi vasitəsilə həmin ödəniş üçün Ninja təklifindən yararlanmaq mümkündür. Ninja təklifi ödənişdən sonra 24 saat ərzində keçərlidir.
  • Hansı hallarda Ninja təklifi göndərilir? Birbank taksit kartları ilə edilmiş və taksitə bölünməmiş ödənişin (POS-terminal ilə edilmiş birdəfəlik ödənişlər və onlayn ödənişlər), eləcə də nağdlaşdırma və köçürmə əməliyyatları zamanı məbləğdən və balansdakı vəsaitdən asılı olaraq 2, 3, 6 və ya 12 aylıq Ninja təklifi alacaqsınız.
  • Hansı hallarda Ninja təklifi göndərilmir? - 2149 nömrəsinə “STOP” yazıb göndərmisinizsə və ya reklam mesajlarına blok qoymusunuzsa; - Ödənişləriniz bu MCC kodları* üzrə olduqda: 6050, 7995, 7801, 7802, 7800, 9406, 6532, 6536, 9311, 6533, 6537, 6540.
*MCC kodu — ticarət nöqtəsinin fəaliyyət növünü göstərən koddur.
Aylar
Komissiya
2 ay
4.5%*
3 ay
6%*
6 ay
10%*
12 ay
17%*
  • Kampaniya müddətləri ərzində standart Ninja təklifləri Bank tərəfindən təklif edilməyə bilər.