Məxfilik sənədi
- Giriş və Tətbiq Sahəsi
- Məlumat məxfiliyi razılaşması beynəlxalq standartlar və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarına, “Kapital Bank” ASC-nin (bundan sonra - Bank) Nizamnaməsinə və Bankdaxili digər normativ sənədlərinə uyğun olaraq hazırlanmışdır.
- Bu siyasət, Bankın veb saytına daxil olan, müştərilər və istifadəçilərin məlumatlarının məxfiliyini təmin edir.
- Anlayışlar
- Bu Siyasətdə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
- Fərdi məlumat – Şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat; xüsusilə ad, soyad, ata adı, identifikasiya nömrəsi, həmin şəxsin fiziki, fizioloji, genetik, ruhi, iqtisadi, mədəni və ya sosial kimliyinə aid məlumatlar.
- Fərdi məlumatların subyekti (bundan sonra - subyekt) – Barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs;
- Saytın kukiləri – Veb brauzerlərdə saxlanılan kiçik məlumat fayllarıdır, istifadəçilərin veb saytlarla qarşılıqlı əlaqəsini fərdiləşdirmək və optimallaşdırmaq üçün istifadə olunur.
- Fərdi məlumatların emalı – Məlumatların toplanması, saxlanması, dəyişdirilməsi, sorğulanması, istifadəsi, ötürülməsi, yayılması və ya birləşdirilməsi və müqayisə edilməsini özündə ehtiva edən proses.
- Bank - “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətidir;
- İstifadəçi və ya Siz - Birbankda qeydiyyatdan keçən fiziki və ya hüquqi şəxsdir;
- Tətbiq - obyekt və ilkin mətn kodları da daxil olmaqla, bütün mülkiyyət və əqli mülkiyyət hüquqları Banka malik olan “Birbank” mobil tətbiqidir;
- Veb Səhifə - Banka məxsus olan “Birbank” veb səhifəsidir.
- Birbank - Banka gəlmədən, onlayn rejimdə hesabları idarə etmək və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanı verən Tətbiq və/və ya Veb Səhifədir;
- Bu Siyasətdə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
- Hansı Məlumatları Toplayırıq və Onları Necə Toplayırıq?
- Bank müştəri məlumatlarını yalnız qanunvericiliyə uyğun şəkildə və şəffaf üsullarla toplayır. Bu məlumatlar aşağıdakı üsullarla əldə edilir:
- Formalar. Müştərilər bank xidmətlərindən istifadə edərkən müxtəlif sorğu və müraciət formaları doldururlar. Müştəri tanıma, xidmətlərin göstərilməsi, hüquqi və tənzimləyici tələblərin yerinə yetirilməsi məqsədilə formalar vasitəsilə aşağıda qeyd olunan məlumatlar toplanılır:
- Ad, soyad, doğum tarixi, şəxsiyyət vəsiqəsi məlumatları;
- Barmaq izi və digər fərdi biometrik məlumatlar;
- Əlaqə məlumatları: telefon nömrəsi, e-poçt ünvanı, faktiki və ya qeydiyyat ünvanı;
- Maliyyə və məşğulluq məlumatları - gəlir, iş yeri, borc öhdəlikləri;
- Hesab və əməliyyat məlumatları.
- Saytın kukiləri - Bankın rəsmi veb saytından istifadə zamanı veb saytın düzgün işləməsi, istifadə təcrübəsinin yaxşılaşdırılması üçün müştərilərin cihazında müəyyən məlumatlar kukilər (cookies) vasitəsilə toplanılır. İstifadəçi istədiyi zaman kuki parametrlərini dəyişdirə və onların istifadəsini məhdudlaşdıra bilər. Kukilər vasitəsilə aşağıda qeyd olunan məlumatlar toplanılır:
- IP ünvanı, brauzer növü, əməliyyat sistemi;
- Bankın saytında ziyarət edilən səhifələr;
- Dil seçimi və digər texniki seçimlər.
- Monitorinq və analiz - Saytın funksionallığının artırılması, xidmətlərin təkmilləşdirilməsi məqsədilə veb saytın istifadəsi ilə bağlı əlavə statistik məlumatlar toplanılır. Bu məlumatlar anonimdir və istifadəçinin şəxsiyyətini müəyyən etmir.
- Ziyarət edilən səhifələr, klik edilən keçidlər;
- Saytda aktivlik müddəti, səhifələr arası keçidlər.
- Kamera nəzarəti - müştəri və işçi təhlükəsizliyinin təmin olunması, qanunazidd halların qarşısının alınması və hüquq-mühafizə orqanlarının sorğularına cavab verilməsi məqsədilə Bankın filiallarında və ATM-lərdə video müşahidə kameraları yerləşdirilib. Müşahidə kameraları vasitəsilə qeyd olunan məlumatlar toplanılır:
- Kamera görüntüləri (müştərinin fiziki hərəkətləri);
- Görüntülərin çəkildiyi tarix, vaxt və məkan.
- Formalar. Müştərilər bank xidmətlərindən istifadə edərkən müxtəlif sorğu və müraciət formaları doldururlar. Müştəri tanıma, xidmətlərin göstərilməsi, hüquqi və tənzimləyici tələblərin yerinə yetirilməsi məqsədilə formalar vasitəsilə aşağıda qeyd olunan məlumatlar toplanılır:
- Bank müştəri məlumatlarını yalnız qanunvericiliyə uyğun şəkildə və şəffaf üsullarla toplayır. Bu məlumatlar aşağıdakı üsullarla əldə edilir:
- Əqli mülkiyyət hüquqları
- “Kapital Bank” və “Birbank” Bankın əmtəə nişanlarıdır. Bu əmtəə nişanları və bütün digər əlaqəli nişanlar üzrə hüquqlar Banka məxsusdur. İstifadəçi Bankın əmtəə nişanlarından, loqo və ya brend adından fərdi, təşkilati və ya hər hansı kommersiya məqsədləri üçün istifadə edə və ya çoxalda bilməz.
- Tətbiqdən istifadə, o cümlədən üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar İstifadəçi və ya üçüncü tərəfin iddiaları, məhsula görə cavabdehlik iddiaları, eləcə də hüquqi və ya tənzimləyici tələblərə əməl olunması və İstifadəçinin hüquqlarının qorunması barədə iddialar Banka yönləndirilməlidir.
- Birbanka daxil olan səhifələr, görüntülər, məlumatlar və materiallar, habelə Birbank tətbiqinin və ya onun hər hansı hissəsinin obyekt və ilkin mətn kodları da daxil olmaqla bütünlükdə müəlliflik hüquqları Banka məxsusdur və ya ona lisenziya verilmişdir.
- İstifadəçi aşağıdakıları təmin etməlidir:
(i) Birbankın tam və ya qismən surətini çıxarmamaq və ya çoxaltmamaq;
(ii) Birbanka və ya onun hər hansı hissəsinə tərsinə mühəndislik aparmamaq, dəyişiklik, modifikasiya etməmək və ya uyğunlaşdırmamaq;
(iii) Birbank və ya onun hər hansı hissəsinin obyekt kodlarını ilkin mətn kodlarına və ya yüksək proqramlaşdırma dillərinə köçürməmək;
(iv) Birbank və ya onun hər hansı hissəsinin obyekt kodlarını mənimsəməmək;
(v) Birbank daxilində olan və ya ona aid hər hansı müəlliflik hüququ barədə bildirişi çıxarmamaq və ya müdaxilə etməmək (bütün sahiblik hüququ Banka məxsusdur).
- Məlumatlarınızı Necə İstifadə Edəcəyik?
- Topladığımız fərdi məlumatlardan yalnız qanunvericiliklə müəyyən olunmuş çərçivədə və aşağıdakı məqsədlər üçün istifadə edilir:
- Xidmətlərin təmin edilməsi və təkmilləşdirilməsi - Fərdi məlumatlarınız bank xidmətlərinin sizə təqdim olunması, xidmət keyfiyyətinin yüksəldilməsi və istifadəçi təcrübəsinin yaxşılaşdırılması üçün istifadə olunur. Bu məqsədlə məlumatlar aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
- Hesabların yaradılması və idarə olunması;
- Maliyyə əməliyyatlarının həyata keçirilməsi;
- Rəqəmsal kanalların funksionallığının artırılması;
- Yeni məhsul və xidmətlərin hazırlanması.
- Müştərilər ilə əlaqə saxlanılması - Məlumatlarınız sorğularınıza cavab vermək, hesablarınıza dair yeniliklər, əməliyyatlar və təhlükəsizlik xəbərdarlıqları haqqında sizi məlumatlandırmaq üçün istifadə olunur. Əlaqə vasitələri aşağıdakılar ola bilər:
- Tərəflərin bir-birinə olan bütün növ bildirişləri, xəbərdarlıqları və s. sənədləri Tətbiq, habelə bu Müqavilədə nəzərdə tutulan və ya sonradan təqdim edilən mobil nömrələrinə SMS, ünvanlarına sifarişli məktub, elektron poçt ünvanı, teleqram və ya faks vasitəsilə göndərilir.
- Təhlükəsizlik və dələduzluqla mübarizə - Məlumatlar potensial dələduzluq, sui-istifadə, sistem pozuntuları və digər qeyri-qanuni fəaliyyətlərin aşkarlanması və qarşısının alınması məqsədilə analiz olunur.
- Hüquqi öhdəliklərə və tənzimləmələrə riayət - Bank qanunvericilikdən irəli gələn tələbləri yerinə yetirmək məqsədilə qanunvericilikdə nəzərdə tutulan qaydada fərdi məlumatlardan istifadə edə bilər. Bu tələblərə aşağıdakılar daxildir:
- Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə tələblərinə əməl etmək;
- Məhkəmə qərarları və tənzimləyici orqanların qanunvericilik çərçivəsində sorğularına cavab vermək;
- Müvafiq nəzarət orqanlarına hesabatların təqdim olunması.
- Xidmətlərin təmin edilməsi və təkmilləşdirilməsi - Fərdi məlumatlarınız bank xidmətlərinin sizə təqdim olunması, xidmət keyfiyyətinin yüksəldilməsi və istifadəçi təcrübəsinin yaxşılaşdırılması üçün istifadə olunur. Bu məqsədlə məlumatlar aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
- Topladığımız fərdi məlumatlardan yalnız qanunvericiliklə müəyyən olunmuş çərçivədə və aşağıdakı məqsədlər üçün istifadə edilir:
- Marketinq
- Bank fərdi məlumatları yalnız sizin razılığınızla, və ya qanuni əsaslarla marketinq məqsədləri üçün istifadə edir. Siz, hər zaman marketinq təkliflərindən imtina etmək hüququna sahibsiniz.
- Məlumatlarınızı Necə və hansı müddətdə Saxlayırıq?
- Bank müştərilərinin fərdi məlumatlarını qanunvericiliyə, beynəlxalq standartlara və daxili təhlükəsizlik siyasətlərinə uyğun formada qorumağı və təhlükəsiz şəkildə saxlamağını öhdəsinə götürür. Bank bu çərçivədə aşağıdakı tədbirləri həyata keçirir:
- Məlumatların şifrlənməsi və təhlükəsiz serverlərdə saxlanılması;
- İki faktorulu identifikasiya və istifadəçi səlahiyyətlərinin idarə olunması;
- Dələduzluq risklərinin qarşısının alınması üçün real vaxt rejimində monitorinq.
- Bank fərdi məlumatları yalnız məqsədəuyğunluq prinsipinə əsasən və qanunvericilikdə müəyyən olunmuş müddət ərzində saxlayır. Saxlama müddəti bitdikdə məlumatlar təhlükəsiz şəkildə silinir və ya anonimləşdirilir. Müştəri identifikasiyası (KYC) sənədləri ən azı 5 il, video kamera görüntüləri 6 ay müddətində bankda saxlanılır.
- Məlumatlarınızın Qorunması üzrə Hüquqlarınız Nələrdir?
- Yerli qanunvericiliyə və beynəlxalq praktikaya əsasən aşağıdakı hüquqlarınız mövcuddur:
- Giriş hüququ. Siz bankdan fərdi məlumatlarınızın emal olub-olunmadığını öyrənmək və emal olunursa, bu məlumatlara giriş tələb etmək hüququna maliksiniz. Bizim saxladığımız fərdi məlumatlara giriş tələbi edə bilərsiniz. Siz toplanmış məlumatların kateqoriyaları, toplanma məqsədi, məlumatların kimlərə ötürülə biləcəyi, saxlanma müddəti və s. haqqında məlumatlar əldə edə bilərsiniz.
- Düzəliş hüququ. Əgər sizin haqqınızda saxlanılan məlumatların natamam və ya yalnış olduğunu düşünürsünüzsə, onların düzəldilməsini və ya yenilənməsini tələb etmək hüququna sahibsiniz.
- Silinmə hüququ. Əgər məlumat toplanma məqsədləri artıq mövcud deyilsə, məlumatın işlənməsi qanunsuzdursa, məlumatın saxlanmasına dair hüquqi əsas qalmayıbsa, razılığınızı geri götürmüsünüzsə və s. fərdi məlumatlarınızın silinməsini tələb edə bilərsiniz.
- Məlumat emalının məhdudlaşdırması hüququ. Məlumatların düzgünlüyü, qanuniliyi və ya emal zərurəti ilə bağlı narahatlığınız olduqda, bu məlumatların emalının müvəqqəti olaraq dayandırılmasını tələb edə bilərsiniz.
- Etiraz hüququ. Məlumatlarınız birbaşa marketinq məqsədilə istifadə edildikdə, ictimai maraq və ya qanuni maraq əsaslı emallara qarşı çıxmaq istədikdə məlumatlarınızın emalına etiraz etmək hüququna sahibsiniz.
- Məlumatın daşınması hüququ. Siz fərdi məlumatlarınızı strukturlaşdırılmış formatda əldə etmək və onları başqa bir quruma ötürmək hüququna maliksiniz. Bu hüquq sizin razılığınızla və ya Bank xidmətlərindən istifadəyə dair sizinlə Bank arasında bağlanılan istənilən müqaviləyə əsaslanan emallar çərçivəsində keçərlidir.
- Razılığın geri götürülməsi. Əgər fərdi məlumatlarınızın emalına razılıq vermirsinizsə, bu razılığı istənilən vaxt rəsmi müraciətiniz əsasında geri götürmək hüququnuz var.
- Yerli qanunvericiliyə və beynəlxalq praktikaya əsasən aşağıdakı hüquqlarınız mövcuddur:
- Kukilər
- Kukilər (cookies) veb sayta daxil olduğunuz zaman cihazınıza yerləşdirilən kiçik mətn fayllarıdır. Bu fayllar istifadəçinin veb sayt üzərindəki fəaliyyətlərini yadda saxlayır və sayt ziyarət edən şəxs növbəti dəfə sayta daxil olanda, kukilər istifadəçi təcrübəsini yaxşılaşdırmağa kömək edir. Kukilər texniki, analitik, funksional və reklam məqsədləri ilə istifadə oluna bilər.
- Bank kukilərdən aşağıda qeyd edilən məqsədlər üçün istifadə edir:
- Saytın əsas funksiyalarını təmin etmək (giriş, dil seçimi, təhlükəsizlik funksiyaları və s.);
- İstifadəçi təcrübəsini yaxşılaşdırmaq və saytın istifadəsini təkmilləşdirmək;
- Bankın məhsul və xidmətlərinin fərdiləşdirilməsi;
- Marketinq məqsədilə (istifadəçinin razılığı əsasında) istifadəçinin maraqlarına uyğun reklamların göstərilməsi;
- İstifadəçi olaraq siz kukilər üzərində tam nəzarət hüququna maliksiniz. Aşağıdakı üsullarla kuki istifadəsini idarə edə bilərsiniz:
- Veb saytda kuki pəncərəsi vasitəsilə razılıq verə və ya imtina edə bilərsiniz;
- Brauzer parametrlərinizdə bütün kukiləri bloklaya, mövcud kukiləri silə, hər yeni kukiyə icazə verilməsini soruşan parametri aktiv edə bilərsiniz. Bəzi kukilərin silinməsi və ya bloklanması veb saytın funksionallığına və istifadəçi təcrübəsinə mənfi təsir göstərə bilər.
- Siz razılıq veririsiniz ki, Veb Səhifədən istifadənizi asanlaşdırmaq üçün Bizim kukilər yaratmağımıza etiraz etmirsiniz.
- Bildiririk ki, Siz kukilərin yaradılmasından imtina etməklə Veb Səhifəmizdən tam funksional şəkildə istifadə etmək imkanını itirə bilərsiniz. Bu hallara görə Bank olaraq hər hansı məsuliyyət daşımırıq. Siz bütün və ya bəzi kukiləri bloklasanız, veb səhifənin düzgün işləməməsi və ya bəzi hissələrinə daxil ola bilməyəcəyiniz bir vəziyyət yarana bilər.
- Digər Vebsaytların Məxfilik Siyasəti
- Bankın rəsmi veb saytı digər təşkilatların və ya tərəfdaş qurumların veb saytlarına yönləndirən xarici keçidlər (linklər) təqdim edə bilər. Bu keçidlər, məlumat, xidmət və ya əlavə funksionallıq təqdim etmək məqsədilə yerləşdirilir. Nəzərə alın ki, bu xarici veb saytların özlərinə məxsus müstəqil məxfilik siyasətləri və məlumat email qaydaları mövcuddur. Bank olaraq xarici veb saytlarda toplanan və emal edilən məlumatlara görə və bununla bağlı baş verən hallara görə məsuliyyət daşımırıq, bu saytlarda tətbiq olunan məxfilik və kuki siyasətlərinə nəzarət etmirik, onların hüquqi və texniki təhlükəsizlik tədbirlərinə əminlik vermirik.
- Bank olaraq tövsiyə edirik ki, sözügedən xarici saytları ziyarət etməzdən əvvəl onların məxfilik siyasəti və istifadə şərtləri ilə diqqətlə tanış olasınız.
- Emal Üçün Hüquqi Əsas
- Bank olaraq fərdi məlumatlarınızı yalnız qanunla müəyyən edilmiş hüquqi əsaslara uyğun olaraq toplayır, saxlayır və emal edirik. Qeyd olunan hüquqi əsaslar aşağıdakılardır:
- Razılıq. Fərdi məlumatlarınızın emalı və ötürülməsi ilə bağlı sizin razılığınız.
- Müqavilə zərurəti. Əgər siz Bankla müqavilə bağlamısınızsa və ya bağlamaq niyyətindəsinizsə, bu müqavilənin yerinə yetirilməsi üçün fərdi məlumatlarınızın işlənməsi zəruri ola bilər.
- Hüquqi öhdəliklər. Bank müəyyən məlumatları yerli qanunvericilik və beynəlxalq tənzimləmələrə əsaslanaraq toplamaq və saxlamaq məcburiyyətindədir.
- Qanuni maraqlar. Bank bəzən fərdi məlumatlarınızı Sizin razılığınız ilə öz qanuni maraqları əsasında emal edə bilər, və bu zaman bu maraqlar sizin fundamental hüquq və azadlıqlarınıza zidd olmamalıdır. Məsələn, veb sayt fəaliyyətinin təmin edilməsi, sistemlərin təhlükəsizliyinin və performansının izlənilməsi üçün fərdi məlumatlar emal edilə bilər.
- Siz bu Razılaşmanı imzalamaqla (təsdiq etməklə) razılıq verirsiniz ki, “Fərdi məlumatlar haqqında” Qanuna əsasən “Kapital Bank” ASC, ona verilmiş bank lisenziyası ilə icazə verilən fəaliyyət növləri üzrə əməliyyatların icrası zamanı xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması, yeni bank məhsullarının təklif edilməsi, o cümlədən müştərilərə məhsulların çevik və əlçatan formada təqdim edilməsi məqsədilə tərəfinizdən Banka təqdim olunmuş/olunacaq, habelə fərdi məlumatların digər operatorlarından/mülkiyyətçilərindən Sizə məxsus fərdi məlumatların toplanması, işlənməsini və (o cümlədən transsərhəd) ötürülməsini həyata keçirə bilər. Eyni zamanda Bank kredit tarixçənizin tərtib edilməsi üçün hər cür neqativ və pozitiv məlumatlarınızı kredit bürosu(ları)na təqdim edə və ya müvafiq məlumatları kredit bürosundan ala bilər. Bu razılıq Bankın xidmətlərindən istifadə etdiyiniz müddətdə qüvvədədir və fərdi məlumatlar Bankın müvafiq informasiya sistemində qanunvericilik və bankdaxili qaydalarla müəyyən edilmiş müddət ərzində saxlanılır, arxivləşdirilir və məhv edilir. Siz Banka yaxınlaşaraq bu razılığı geri götürə bilərsiniz.
- Məlumatların paylaşılması
- Bank olaraq fərdi məlumatlarınızı yalnız qanunla müəyyən edilmiş hallarda və məqsədlərlə, tərəf təşkilatlarla və ya rəsmi orqanlarla paylaşırıq.
- Banklar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məlumatlarınızı paylaşa bilərik Fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda;
- Konfidensial fərdi məlumatlar dövlət orqanları (qurumları) və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə. Məlumat paylaşımı zamanı aşağıdakı mühafizə tədbirləri tətbiq edilir:
- Məxfilik müqavilələri və məlumat emalı müqavilələri bağlanır;
- Texniki və təşkilatı təhlükəsizlik tədbirləri (şifrləmə, giriş nəzarəti);
- Paylaşılan məlumatın miqdarı yalnız zəruri minimum ilə məhdudlaşdırılır;
- Tərəfdaşlar arasında məlumatların üçüncü tərəfə ötürülməsinə dair razılaşma olmadan məlumatların ötürülməsi yolverilməzdir.
- Bank olaraq fərdi məlumatlarınızı yalnız qanunla müəyyən edilmiş hallarda və məqsədlərlə, tərəf təşkilatlarla və ya rəsmi orqanlarla paylaşırıq.
- Beynəlxalq Transferlər
- Fərdi məlumatlarınız Azərbaycan Respublikası ərazisindən kənara, yəni beynəlxalq təşkilatlara və ya xarici ölkələrdə yerləşən xidmət təminatçılarına Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun və “Fərdi Məlumatlar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla yalnız sizin yazılı razılığınız əsasında ötürülə bilər.
- Beynəlxalq standartlara və yerli qanunvericiliyə əsasən ötürmələr zamanı məlumatlarınızın qorunmasını təmin etmək üçün aşağıdakı qoruyucu tədbirlər həyata keçirilir:
- Avropa Komissiyası tərəfindən kifayət qədər qorunma səviyyəsinə malik ölkələrə ötürmə həyata keçirilir;
- Əgər ötürmə 12.2.1 bəndində qeyd olunan ölkəyə deyilsə, o zaman standart müqavilə maddələri (Standard Contractual Clauses) və bağlı korporativ qaydalar (Binding Corporate Rules-BCRs) tətbiq olunur, əlavə təhlükəsizlik tədbirləri (məlumatların təhlükəsizliyinin artırılması, identifikasiya nəzarətləri) gücləndirilir.
- Məlumat Təhlükəsizliyi
- Bank olaraq müştərilərimizin fərdi məlumatlarının təhlükəsizliyini təmin etmək məqsədilə hüquqi tələblərə, beynəlxalq standartlara əsaslanan texniki və təşkilatı tədbirlər həyata keçiririk.
- İnformasiya təhlükəsizliyi siyasətləri – Beynəlxalq standartlara və yerli qanunvericiliyə əsasən daxili siyasətlər tətbiq olunur.
- Əməkdaşların maarifləndirilməsi – Bütün əməkdaşlar məlumatların qorunması və etik istifadə qaydaları üzrə məlumatlandırılır.
- Məlumatın minimal toplanması – Mümkün qədər az və məqsədəuyğun məlumat toplanır.
- Məxfilik siyasətimizdə dəyişikliklər
- Bank olaraq məxfilik siyasətimizi mütəmadi olaraq dəyişə və yeniləyə bilərik. Bu dəyişikliklər aşağıdakı hallarda həyata keçirilə bilər:
- Qanunvericilik və ya tənzimləmə dəyişiklikləri nəticəsində;
- Yeni texnologiyaların tətbiqi və ya xidmətlərimizin funksionallığında yeniliklər olduqda;
- Məlumatların emalı təcrübələrimizdə dəyişiklik olduqda.
- Məxfilik siyasətində ciddi dəyişiklik olduqda istifadəçilər bu barədə veb sayt vasitəsilə məlumatlandırılacaqdır. Siyasətin ən son qüvvədə olan versiyası bankın rəsmi veb saytında müvafiq bölmədə yerləşdirilir.
- Bank Müqaviləyə dəyişiklik barədə Birbank vasitəsilə Sizə bildiriş təqdim edə bilər. Bu zaman Siz, həmin dəyişiklik qüvvəyə minməmişdən əvvəl Birbankdakı hesabınızı (qeydiyyatınızı) silməklə Müqaviləyə xitam verə bilərsiniz. Əgər Siz müvafiq bildiriş müddəti başa çatdıqdan sonra hesabınızı silməsəniz və/və ya Birbank vasitəsilə əməliyyatlar etməyə davam etsəniz, bu zaman Bank hesab edir ki, Siz dəyişikliyi qəbul etmisiniz və müvafiq dəyişiklik avtomatik olaraq qüvvəyə minir.
- Bank olaraq məxfilik siyasətimizi mütəmadi olaraq dəyişə və yeniləyə bilərik. Bu dəyişikliklər aşağıdakı hallarda həyata keçirilə bilər:
- Bizimlə necə əlaqə saxlamaq olar
- Bankın məxfilik siyasəti fərdi məlumatlarınızın emalı, hüquqlarınızın icrası və ya hər hansı digər məlumat təhlükəsizliyi ilə əlaqəli sualınız, şikayətiniz və ya sorğunuz varsa, aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:
Telefon:
E-poçt: Əgər bu bildirişlə bağlı sualınız və ya rəyiniz varsa, bizə [email protected] ünvanına e-poçt göndərə bilərsiniz və ya aşağıdakı ünvana məktub yaza bilərsiniz:
Kapital Bank ASC
Bakı şəh., Nəsimi r-nu, Neftçilər pr. 153 Baş ofis
Baku AZ1010
Azərbaycan