Кампании

İlk taksitə 50 bonus

25 iyun – 31 iyul 2026-cı il tarixləri arasında yeni əldə etdiyin Birbank taksit kartı ilə ilk 500 AZN və ya daha yüksək məbləğdə taksit əməliyyatı et və 50 bonus qazan!

 

Kimlər müraciət edə bilər?

  • Kampaniya başlama tarixinədək aktiv taksit kartı olmayan 18–67 yaş aralığındakı hər kəs

 

Necə müraciət etmək olar?

  • İstənilən filiala gələrək
  • 196 Əlaqə Mərkəzinə zəng edərək
  • Birbank çatında rəqəmsal assistentdən
  • Birbank tətbiqi və ya Birbank.az saytı üzərindən

 

Tez-tez verilən suallar

 

1. Hansı hallarda kampaniyada iştirakım dayandırıla bilər?

Kampaniya çərçivəsində bonus qazandıqdan sonra alınan məhsulu geri qaytardıqda qazanılan bonus geri alınır, lakin növbəti taksit əməliyyatında bonus qazanıla bilər.

Əgər Bir Bonus hesabında kifayət qədər vəsait yoxdursa, bonus məbləği kart hesabından tutulur və kampaniyada iştirak dayandırılır.

 

2. Hissəli geri qaytarılma zamanı nə baş verir?

İlk taksit zamanı bir neçə məhsul eyni vaxtda alınarsa və o məhsullardan biri və ya bir neçəsi geri qaytarıldıqda taksit məbləği 500 AZN-dən aşağı düşərsə, qazanılan bonus geri alınır. Bu halda həmin bonusu yenidən qazanmaq hüququ da itirilir.

 

3. Bonuslar nə zaman köçürüləcək?

Qazanılan bonuslar 3–5 iş günü ərzində Bir Bonus hesabına avtomatik köçürülür. Bəzi hallarda bonusların köçürülməsi 5 iş gününədək uzana bilər.

 

4. Bəs kartın üstünlükləri nələrdir?

  • 24 ayadək taksit
  • Partnyorlarda limitsiz bonus
  • Minlərlə partnyor mağaza
  • Pulsuz sifariş və çatdırılma
  • 63 günədək güzəşt müddəti