hero-image

Etibarnamə ilə bank işlərini rahat həll et

Birbank-ın Etibarnamə funksiyası ilə banka getmədən, etibar etdiyin şəxsi təyin et — o da sənin yerinə filialda bir çox əməliyyatı həyata keçirsin

advantages-icon

Rəqəmsal idarəetmə

Etibarnaməni tətbiqdə bir neçə addımla yaradırsan və istədiyin kimi tənzimləyirsən

advantages-icon

Vaxta qənaət

Filiala getməyə ehtiyac qalmır — əməliyyatları sənin yerinə etibar etdiyin şəxs icra edir

advantages-icon

Rahat həll

Vaxtı məhdud olanlar, yaşlı şəxslər və ya filiala getməkdə çətinlik çəkənlər üçün əlverişlidir

advantages-icon

Təhlükəsizlik

Hansı əməliyyatların icazəli olduğunu sən seçirsən və proses tam nəzarətdə olur.

Bu nə üçündür?
card-img

Bəzən filiala getmək mümkün olmur — vaxt çatmır, uzaqdasan və ya fiziki olaraq çətinlik yaranır.

card-img

Etibarnamə funksiyası ilə bu prosesi sən idarə edirsən: tətbiqdə etibar etdiyin şəxsi təyin edirsən, o isə sənin yerinə filialda əməliyyatları həyata keçirir.

card-img

Məsələn, kartını götürmək üçün filiala gedə bilmirsənsə, etibar etdiyin şəxs bunu sənin yerinə edə bilər.

Necə işləyir?

İcazə verilən əməliyyatları təyin et
1

İcazə verilən əməliyyatları təyin et

1

Birbank tətbiqində etibar etdiyin şəxsi seç

1

Etibarnaməni aktiv et

Etibarnamə vermək tətbiqdə daha rahat

Etibarnamə verdiyin şəxs filiala yaxınlaşdıqda sənin yerinə əməliyyatları həyata keçirə biləcək

Ümumi məlumat

Filialda yoxlama necə aparılır?

  • Şəxsiyyət vəsiqəsi təqdim olunur
  • Etibarnamənin aktiv və qüvvədə olduğu yoxlanılır
  • Məlumatların sistemdəki məlumatlarla uyğunluğu təsdiqlənir
  • Yalnız sənin icazə verdiyin əməliyyatlar icra olunur

Hansı əməliyyatlar mümkündür?

    Kart əməliyyatları:

  • Kart və PIN zərfinin götürülməsi
  • Kartın bloklanması və blokdan çıxarılması
  • Kart müddətinin uzadılması
  • Əlavə kart sifarişi
  • Hesab əməliyyatları:

  • Hesab məlumatlarının əldə edilməsi
  • Çıxarışların çapı
  • Valyuta mübadiləsi
  • Hesabın bağlanması

Hansı əməliyyatlar mümkün deyil?

  • Yeni hesab və ya kart açılması
  • Kredit kartları ilə bağlı əməliyyatlar
  • Western Union və ya Zolotaya Korona köçürmələri
  • Etibarnamə hüquqlarının başqa şəxsə ötürülməsi