---
title: BirKart-dan təhsil işçilərinə bayram fürsəti!
image: https://birbank.az/file/og_image_1080x1080_c57abea707.png
---

# Новости и кампании

![BirKart-dan təhsil işçilərinə bayram fürsəti!](https://birbank.az/file/news/D/tehsil1578990517.png)

Kapital Bank 5 oktyabr – müəllimlər günü münasibətilə yeni aksiya təqdim edir. Aksiyadan həm yeni BirKart alan, həm də artıq BirKart-ı mövcud olan təhsil işçiləri bəhrələnə bilər.

BirKart-ı olan, eləcə də kampaniya dövründə BirKart əldə edən təhsil işçiləri, partnyorlar siyahısında olan geyim, aksesuar, ayaqqabı, dəftərxana və kitab mağazalarında taksitlə alış-veriş edən zaman bank tərəfindən 5% cashback qazanacaq, BirKart Miles kart sahibləri isə 3 qat millər toplayacaqlar. Aksiya 31 oktyabr 2019-cu il tarixinədək davam edəcək.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün  [www.birkart.az](http://www.birkart.az/) saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə  [www.facebook.com/birkart.az](http://www.facebook.com/birkart.az) müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.