Sığortalar

Kapital əmanəti üzrə rəsmiləşdirilən Fərdi qəza sığortası

Kapital əmanəti üzrə rəsmiləşdirilən Fərdi qəza sığortası ilə bədbəxt hadisə nəticəsində yaranacaq risklərə qarşı sığortalanın.
image

Şərtlər

Sığorta müddəti: Sığorta şəhadətnaməsi əmanət müqaviləsi ilə eyni zamanda qüvvəyə minir və 1 (bir) il müddəti ərzində etibarlı hesab edilir (xidmət haqqı rəsmiləşmə zamanı kassaya nağd şəkildə ödənilir)

Təminat altına alınan əsas sığorta riskləri:

- Bədbəxt hadisə nəticəsində sığorta olunanın ölümü; - Bədbəxt hadisə nəticəsində sığorta olunana I dərəcə əlilliyin təyin olunması; - Bədbəxt hadisə nəticəsində sığorta olunana II dərəcə əlilliyin təyin olunması;

Sığortalı: Kapital əmanəti sahibləri

Faydalanan Şəxs: Kapital əmanəti sahibləri

Əmanətin valyutası: AZN

Əmanətin məbləği: min. 5000 AZN

info

Kapital Əmanəti sahiblərinin müraciət edə biləcəyi sığorta məhsulu sığorta olunanın istənilən səbəbdən ölümü, bədbəxt hadisə və ya xəstəlik nəticəsində sığorta olunana I dərəcə əlilliyin təyin olunması, bədbəxt hadisə və ya xəstəlik nəticəsində sığorta olunana II dərəcə əlilliyin təyin olunması, bədbəxt hadisə və ya xəstəlik nəticəsində sığorta olunana III dərəcə əlilliyin təyin olunması kimi riskləri təminat altına alır. Sığorta şəhadətnaməsi depozit müqaviləsi ilə eyni zamanda qüvvəyə minir və 1 il müddəti ərzində etibarlı hesab edilir. Əmanət üzrə müəyyən edilən minimal məbləğ 5000 AZN-dir. Əmanət hesabının valyutası AZN olaraq müəyyən olunmuşdur. Sığorta ödənişinin həcmi Sığorta olunanın istənilən səbəbdən ölüm halında – sığorta ödənişinin həcmi sığorta məbləğinin 100%-i həcmində; Sığorta olunana xəstəlik və ya bədbəxt hadisə nəticəsində I-ci dərəcə əlillik təyin edildiyi halda- sığorta ödənişinin həcmi sığorta məbləğinin 100%-i həcmində; Sığorta olunana xəstəlik və ya bədbəxt hadisə nəticəsində II-ci dərəcə müddətli əlillik təyin edildiyi halda- sığorta ödənişinin həcmi hər dövr üzrə ödənilməli borc məbləğinin 40%-i həcmində; sığorta olunana xəstəlik və ya bədbəxt hadisə nəticəsində II-ci dərəcə müddətsiz əlillik təyin edildiyi halda- sığorta ödənişinin həcmi hər dövr üzrə ödənilməli borc məbləğinin 60%-i həcmində müəyyən edilir.