Sığortalar
1000 AZN-dək
Sığorta məbləği
10%, lakin minimum 50 AZN
Azadolma məbləği
Bütün dünya
Təminat ərazisi
Şərtlər
Skimminq dedikdə cinayətkarların ödəniş terminalına daxil edilən kartın maqnit lentində əks olunan məlumatları qanunsuz kart oxuyucusu (skimmer) vasitəsi ilə oxuması və qanunsuz olaraq pul çıxarması və ya ödənişlər etməsi nəzərdə tutulur.
Sığorta məbləği:
Birbank taksit kartı limiti 5 000 AZN-dək olduqda hadisə üzrə 500 AZN Birbank taksit kartı limiti 10 000-15 000 AZN intervalı aralığında olduqda hadisə üzrə 1000 AZN (max) Birbank taksit kartı limiti 10 000-15 000 AZN intervalı aralığında olduqda hadisə üzrə 1000 AZN (max)
Təminat altına alınan əsas risklər: Fişinq hücumları, skimming nəticəsində itirilən məbləğ, smişing və vişinq hadisələri.
Azadolma məbləği: 10%, lakin minimum 50 AZN
Təminat ərazisi: Bütün dünya
Sığorta haqqı: İlkin kredit kart limitinin 0,35% həcmində (3 il ərzində, illik)
Fişinq dedikdə hakerin kart sahiblərini müxtəlif yollarla (elektron poçt və ya SMS göndərməklə) saxta saytlara və ya digər resurslara yönəltməklə kart istifadəçilərinin fərdi məlumatlarının oğurlaması başa düşülür. Skimminq dedikdə cinayətkarların ödəniş terminalına daxil edilən kartın maqnit lentində əks olunan məlumatları qanunsuz kart oxuyucusu (skimmer) vasitəsi ilə oxuması və qanunsuz olaraq pul çıxarması və ya ödənişlər etməsi nəzərdə tutulur. Kapital Bankın təklif etdiyi Phishing-skimming xidməti fişinq hücumları və skimming nəticəsində itirilən məbləğ üzrə risklərin təminat altına alınmasına imkan verir.Birbank taksit kartı(BirKart Red, Birkart Black, BirKart Umico, BirKart Miles taksit kartı) sahiblərinin faydalana biləcəyi xidmətin etibarlılıq müddəti kartdan istifadə zamanı qüvvəyə minir və kredit xətti müqaviləsi bitənədək etibarlı sayılır. Hadisə üzrə sığorta məbləği 1000 AZN-dək təyin edilmişdir. Sığorta ödənişi hər bir kart üzrə maksimum iki insident üçün ödənilə bilər. İnternet şəbəkəsində təhlükəsiz alış-veriş mühitinin yaradılmasına dair Bank tərəfindən plastik kartlar “3D Secure” xidmətinə qoşulur. Müştərinin istəyinə əsasən qoşulan servis deaktiv olunarsa, ödəniş kartı ilə internetdə aparılmış dələduzluq əməliyyatları nəticəsində kart sahibinə dəymiş zərər Bank tərəfindən sığortalanmır. Ödəniş kartının fiziki olaraq oğurluğu və ya itməsi nəticəsində dəymiş maliyyə itkiləri sığortalanmır.Müştərinin Birbank kartı üzrə kredit limitindən və ya şəxsi vəsaitdən nağd və ya nağdsız formada istifadə etməsindən asılı olmayaraq, sığorta haqqı müvafiq qaydada tutulur.
