---
title: "“Yığ və qazan” lotereyasına qoşul, \L50 000 ₼ qazanmaq şansını qaçırma!"
description: 8 oktyabr 2026-cı ildən 8 yanvar 2027-ci ilədək Yığım hesabınla tapşırıqları tamamla, şanslar topla və pul mükafatlarından birini qazanmaq imkanı əldə et. Qalibləri çoxlu pul mükafatları gözləyir!
image: https://birbank.az/file/og_image_1080x1080_c57abea707.png
---

![“Yığ və qazan” lotereyasına qoşul, \\n50 000 ₼ qazanmaq şansını qaçırma!](https://birbank.az/file/hero_banner_7_800a0cd3e0.png)

# “Yığ və qazan” lotereyasına qoşul, 50 000 ₼ qazanmaq şansını qaçırma!

8 oktyabr 2026-cı ildən 8 yanvar 2027-ci ilədək Yığım hesabınla tapşırıqları tamamla, şanslar topla və pul mükafatlarından birini qazanmaq imkanı əldə et. Qalibləri çoxlu pul mükafatları gözləyir!

Qoşul

# “Yığ və qazan” lotereyasına qoşul, 50 000 ₼ qazanmaq şansını qaçırma!

8 oktyabr 2026-cı ildən 8 yanvar 2027-ci ilədək Yığım hesabınla tapşırıqları tamamla, şanslar topla və pul mükafatlarından birini qazanmaq imkanı əldə et. Qalibləri çoxlu pul mükafatları gözləyir!

Qoşul

# “Yığ və qazan” lotereyasına qoşul, 50 000 ₼ qazanmaq şansını qaçırma!

8 oktyabr 2026-cı ildən 8 yanvar 2027-ci ilədək Yığım hesabınla tapşırıqları tamamla, şanslar topla və pul mükafatlarından birini qazanmaq imkanı əldə et. Qalibləri çoxlu pul mükafatları gözləyir!

[Qoşul](https://app.birbank.az/KapitalBankAnniversary?utm_medium=qr&utm_source=organic&utm_content=web-lottery)

![Şans qazanma müddəti](https://birbank.az/file/img_container_3_87da09ba23.svg)

Şans qazanma müddəti

8 oktyabr 2026 –  8 yanvar 2027

![Əsas mükafat](https://birbank.az/file/cf503572bb0643c746cf558cde2c551536439044_36366e150b.png)

Əsas mükafat

50 000 ₼

![Tiraj sayı](https://birbank.az/file/4229ef188e213fe59f0bfda287b8a9480a4b5de2_7f1c6693b4.png)

Tiraj sayı

3

![Keçərli hesablar](https://birbank.az/file/img_container_2_a68f534c00.svg)

Keçərli hesablar

AZN və USD valyutalarında mövcud  və yeni Yığım hesabları

![Tapşırıqlar](https://birbank.az/file/79b77bc9ee72175c9eb8fd802802816024f6bcae_6ffc27b3d1.png)

Tapşırıqlar

Birbank tətbiqi →  “Bizdən sizə” → “Lotereya”

iHər tirajda iştirak üçün həmin tirajın hesablama dövründə ən azı 1 yeni şans qazanmalı və tiraj tarixinədək ən azı bir Yığım hesabını aktiv saxlamalısan.

## Ümumi məlumat

Lotereyadan necə yararlanmaq olar?

- Birbank tətbiqində “Bizdən sizə” səhifəsinin “Lotereya” bölməsinə daxil ol. Sənə uyğun tapşırıqları tamamla və şanslar qazan. Hər tirajın tamamlanma dövründə yeni şans toplayaraq və ən azı bir Yığım hesabını aktiv saxlayaraq tirajlarda iştirak et.

Kimlər yararlana bilər?

- 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları
- AZN və ya USD valyutasında mövcud Yığım hesabı olan müştərilər
- Lotereya müddətində yeni Yığım hesabı açan müştərilər

## Şansları necə qazanmaq olar?

TapşırıqQazanılan şans

İlk Yığım hesabını Birbank tətbiqində aç

100 şans

İlk Yığım hesabını filialda aç

50 şans

Yığım hesabına ilk dəfə vəsait əlavə et

200 şans

Son 90 gün ərzində heç bir yığım hesabını artırmamısansa, istənilən yığım hesabını istənilən məbləğdə artır

300 şans

İlk hədəfini təyin et

200 şans

Avto-artırılmanı ilk dəfə aktivləşdir (tezliklə)

200 şans

Avto-artırılma ilə yeni vəsait əlavə et (tezliklə)

Hər 1 ₼ və ya ekvivalentinə 1 şans; lotereya ərzində maksimum 1000 şans

Yığım hesabında əlavə vəsait saxlamaq

Hər tam 100 ₼ və ya ekvivalentinə gündə 1 şans

Hər 1000 şans həddinə çat

Əlavə 5 şans

İlk şansınızı qazandıqdan sonrakı 7 gün ərzində tamamladığınız bütün tapşırıqlar üzrə

2 qat şans

## Hansı mükafatları qazana bilərəm?

Tiraj 1Tiraj 2Final tiraj

### 165 qalib

MükafatQalib sayı

20 000 AZN

1 qalib

5 000 AZN

4 qalib

1 000 AZN

10 qalib

200 AZN

50 qalib

100 AZN

100 qalib

iÜmumilikdə 507 qalib müəyyən ediləcək. Mükafat fondu 280 000 AZN təşkil edir.

## Sürətli cavab axtarırsan?

“Yığ və qazan!” lotereyası nədir və kimlər iştirak edə bilər?“Yığ və qazan!” Kapital Bankın yığım hesabı müştəriləri üçün keçirdiyi lotereyadır. 18 yaşına çatmış, AZN və ya USD valyutasında yığım hesabı olan Azərbaycan Respublikası vətəndaşları tapşırıqları tamamlayaraq şans qazana və tirajlarda iştirak edə bilərlər. Kapital Bank əməkdaşları və aidiyyəti şəxslər tirajlarda iştirak etmirlər.Lotereya nə vaxt keçirilir? Şans qazanma dövrü 8 oktyabr 2026-cı ildən 8 yanvar 2027-ci ilədək davam edir. Bu müddət ərzində 3 tiraj keçiriləcək:  
  - **1-ci tiraj:** 8 oktyabr – 8 noyabr 2026 **Tiraj tarixi:** 25 noyabr 2026 - **2-ci tiraj:** 9 noyabr – 8 dekabr 2026 **Tiraj tarixi:** 24 dekabr 2026 - **Final tiraj:** 9 dekabr 2026 – 8 yanvar 2027 **Tiraj tarixi:** 21 yanvar 2027Tapşırıqları və qazandığım şansları harada görə bilərəm? Birbank tətbiqində “Bizdən sizə” səhifəsinin “Lotereya” bölməsinə daxil olaraq tapşırıqları və qazandığınız şansların sayını görə bilərsiniz.Hansı tapşırıqlarla şans qazana bilərəm? - İlk yığım hesabını Birbank tətbiqində açmaq — 100 şans - İlk yığım hesabını filial və ya rəqəmsal mərkəzində açın — 50 şans - Yığım hesabını ilk dəfə artırmaq — 200 şans - 90 gün ərzində artırılmayan yığım hesabını artırmaq — 300 şans - İlk hədəfi təyin etmək — 200 şans - Avtomatik artırmanı ilk dəfə aktivləşdirmək — 200 şans - Avtomatik artırma ilə vəsait əlavə etmək — hər 1 ₼ və ya ekvivalentinə 1 şans - Yığım hesabında əlavə vəsait saxlamaq — hər tam 100 ₼ və ya ekvivalentinə gündə 1 şans - Hər 1 000 şans üçün əlavə 5 şans İlk şansınızı qazandıqdan sonrakı 7 gün ərzində tamamladığınız bütün tapşırıqlar üzrə – 2 qat şans qazanın. Əməliyyat bir neçə tapşırığın şərtini eyni anda ödəyirsə, hər tapşırıq üzrə ayrıca şans qazanırsınız.Hesab açılışı və ilk artırma üzrə şanslar kimlərə verilir? Hesab açılışı üzrə şans yalnız ilk dəfə yığım hesabı açan müştərilərə verilir. Daha əvvəl yığım hesabınız olub və onu bağlamısınızsa, yenidən hesab açdıqda bu tapşırıq üzrə şans qazanmayacaqsınız.  İlk artırmaya görə 200 şans isə daha əvvəl heç bir yığım hesabını artırmayan müştərilərə verilir. Bir neçə yığım hesabınız olsa belə, bu tapşırıq üzrə şans yalnız bir dəfə hesablanır.Son 90 gündə yığım hesablarımı artırmamışamsa, necə şans qazana bilərəm? Son 90 gün ərzində heç bir yığım hesabınızı artırmamısınızsa, istənilən yığım hesabınızı istənilən məbləğdə artıraraq 300 şans qazana bilərsiniz. Bu tapşırıq birdəfəlikdir.Avtomatik artırma ilə necə şans qazana bilərəm? Avtomatik artırmanı ilk dəfə aktivləşdirdikdə 200 şans qazanırsınız.  Bundan əlavə, avtomatik artırma ilə yığım hesabınıza əlavə olunan hər 1 ₼ üçün 1 şans qazanırsınız. Dollarla artırdıqda şanslar məbləğin manat ekvivalentinə uyğun hesablanır. Bu tapşırıq üzrə lotereya müddətində maksimum 1 000 şans qazana bilərsiniz.Gündəlik balans üzrə şanslar necə hesablanır? 7 oktyabr 2026-cı ilin sonunda bütün yığım hesablarınızdakı ümumi məbləğ başlanğıc balansınız kimi qeydə alınır. Lotereyadan əvvəl yığım hesabınız olmayıbsa, başlanğıc balansınız 0 ₼ hesab edilir.  Lotereya müddətində hər günün sonunda bütün aktiv yığım hesablarınızdakı ümumi balans başlanğıc balansınızla müqayisə edilir. Balansınız başlanğıc balansından çoxdursa, aradakı fərqin hər tam 100 ₼-i üçün həmin gün 1 şans qazanırsınız.  Məsələn, başlanğıc balansınız 2 500 ₼, günün sonundakı balansınız isə 2 850 ₼ olarsa, fərq 350 ₼ təşkil edir və həmin gün 3 şans qazanırsınız. Bu fərq hesabınızda qaldıqca hər gün şans qazanmağa davam edirsinizBir neçə yığım hesabım və ya dollar hesabım varsa, şanslar necə hesablanır? Bütün aktiv yığım hesablarınızın balansı FİN kodunuz üzrə birlikdə hesablanır. Dollarla olan məbləğlər Azərbaycan Mərkəzi Bankının müvafiq gün üçün rəsmi məzənnəsinə əsasən manata çevrilir. Başlanğıc balansı üçün 7 oktyabr 2026-cı ilin, gündəlik balans üçün isə müvafiq günün məzənnəsi tətbiq edilirYığım hesabından pul çıxarsam və ya artırma əməliyyatı ləğv olunsa, nə baş verəcək? Hesabdan pul çıxardıqda cari balansınızla başlanğıc balansınız arasındakı fərq azalır. Buna görə gündəlik qazandığınız şansların sayı azala və ya hesablanmaya bilər. Artırma əməliyyatı ləğv edilərsə və ya geri qaytarılarsa, həmin əməliyyatla bağlı qazandığınız bütün şanslar, o cümlədən gündəlik balans və 2 qat hesablanan şanslar ləğv edilir.Hər tirajda iştirak etmək üçün nə etməliyəm? Hər tirajın şans qazanma dövründə ən azı 1 yeni şans qazanmalı və tiraj tarixində ən azı bir aktiv yığım hesabına sahib olmalısınız. Gündəlik balans üzrə şans qazanmaq da bu şərti ödəyir. Hər tirajda yalnız həmin dövrdə qazandığınız şanslar iştirak edir. Bütün yığım hesablarınızı tirajdan əvvəl bağlasanız, həmin tirajda iştirak edə bilməzsiniz.Hansı mükafatları qazana bilərəm? Lotereyada 3 tiraj keçiriləcək. İlk iki tirajın hər birində 165, final tirajında isə 177 qalib müəyyən ediləcək. ### 1-ci tiraj — 165 qalib

| Mükafat | Qalib sayı |
| --- | --- |
| 20 000 ₼ | 1 qalib |
| 5 000 ₼ | 4 qalib |
| 1 000 ₼ | 10 qalib |
| 200 ₼ | 50 qalib |
| 100 ₼ | 100 qalib | ### 2-ci tiraj — 165 qalib
| Mükafat | Qalib sayı |
| --- | --- |
| 20 000 ₼ | 1 qalib |
| 5 000 ₼ | 4 qalib |
| 1 000 ₼ | 10 qalib |
| 200 ₼ | 50 qalib |
| 100 ₼ | 100 qalib | ### Final tiraj — 177 qalib
| Mükafat | Qalib sayı |
| --- | --- |
| 50 000 ₼ baş mükafat | 1 qalib |
| 20 000 ₼ | 1 qalib |
| 10 000 ₼ | 1 qalib |
| 5 000 ₼ | 4 qalib |
| 1 000 ₼ | 20 qalib |
| 200 ₼ | 50 qalib |
| 100 ₼ | 100 qalib | Ümumilikdə 507 qalib müəyyən ediləcək. Mükafat fondu 280 000 ₼ təşkil edir.Qaliblər necə seçilir və bir neçə dəfə qalib ola bilərəm? Qaliblər komissiya üzvlərinin iştirakı ilə xüsusi proqram vasitəsilə təsadüfi seçimlə müəyyən edilir. Tirajlar Birbankın Instagram və Facebook səhifələrində canlı yayımlanır. Eyni tirajda yalnız bir dəfə qalib ola bilərsiniz. Lakin növbəti tirajın iştirak şərtlərini də ödəsəniz, yenidən qalib ola bilərsiniz.Qalib olduğumu necə biləcəyəm və mükafatı necə alacağam? Qaliblərə SMS ilə və ya Birbank tətbiqində bildiriş göndəriləcək. Baş mükafatın qalibi ilə Bankın Əlaqə Mərkəzi əlaqə saxlayacaq. Mükafat qaliblər elan edildikdən sonra ən gec 30 iş günü ərzində AZN valyutasında ən yeni açılmış yığım hesabınıza köçürüləcək. Belə hesabınız yoxdursa, yeni yığım hesabı açmalısınız. Mükafatla bağlı yarana biləcək vergi xərclərini Bank qarşılayır.Şanslarımın sayı ilə razı deyiləmsə, hara müraciət edə bilərəm? Bankın Əlaqə Mərkəzinə və ya Birbank tətbiqi vasitəsilə müraciət edə bilərsiniz. Şansların sayı ilə bağlı etirazınızı şans qazanma dövrü bitdikdən sonra 10 təqvim günü ərzində bildirə bilərsiniz.Bank müraciətinizi 15 iş günü ərzində araşdıraraq sizə yazılı və ya elektron formada cavab verəcək.Tiraja qədər bütün yığım hesablarımı bağlasam, iştirak edə bilərəm? Xeyr. Tirajda iştirak etmək üçün tirajın keçirildiyi tarixdə ən azı bir aktiv yığım hesabınız olmalıdır. Tiraja qədər bütün yığım hesablarınızı bağlasanız, qazandığınız şansların sayından asılı olmayaraq həmin tirajda iştirak edə bilməyəcəksiniz. Bir neçə yığım hesabınız varsa və onlardan yalnız birini bağlasanız, ən azı bir hesab aktiv qaldığı müddətdə tirajda iştirak edə bilərsiniz.