Sığortalar

100-qat həyat sığortası (BOX)

100-qat həyat sığortası əldə edərək bədbəxt hadisə və ya xəstəlik nəticəsində orqanizmin funksiyalarının pozulması halında ortaya çıxa biləcək risklərə və sağalmaz xəstəliklərə qarşı həyat sığortası əldə edin

Bütün dünya

Təminat ərazisi

1 il

Təminat ərazisi

20 AZN

Sığorta haqqı

image

Bütün dünya

Təminat ərazisi

1 il

Təminat ərazisi

20 AZN

Sığorta haqqı

Şərtlər

Təminat: Sığorta müddəti ərzində sığorta olunana ilkin diaqnoz qoyulmuş aşağıda qeyd olunan sağalmaz xəstəlik və vəziyyətlər : Xərçəng xəstəliyi , Leykemiya və limfoma, İnsult, Miokardın infarktı, Aorto-koronar şuntlama, Böyrək çatışmazlığı, Əsas orqanların transplantasiyası, İflic.

Sığorta haqqı: 20 AZN Sığortalının yaş həddi: 18-65 yaş Sığorta müddəti: 1 il Sığorta məbləği: 2000 AZN

info

18-65 yaş aralığında bütün şəxslərin faydalana biləcəyi məhsul üzrə sığorta haqqı 20 (iyirmi) AZN-dir. Qeyd olunan təminatlar üzrə sığorta ödənişi sığorta hadisəsi baş verdiyi tarixdən birdəfəlik qaydada faydalanan şəxs(lər)ə ödənilir. Sığorta haqqını ödəməsi ilə sığorta şəhadətnaməsinin şərtləri ilə tanış olduğu təsdiq edilir. Sığorta şəhadətnaməsinin şərtləri sığorta haqqının ödənildiyi tarixdən qüvvəyə minir və 1 (bir) il ərzində qüvvədə qalır.

Tez-tez verilən suallar
100 qat həyat sığortası nədir və hansı hallarda keçərlidir?

“100 qat Sığorta” sığortalının sağlamlığına və rifahına təsir göstərə biləcək sağalmaz xəstəliklərə qarşı hərtərəfli həyat sığortası təmin etmək üçün nəzərdə tutulmuş məhsuldur.
Bu məhsulun əsas üstünlüyü ondan ibarətdir ki, siz seçilmiş sığorta məbləğinin 100 qatı həcmində həyat sığortası təminatı əldə edirsiniz. Bu isə gözlənilməz hallarda yüksək maliyyə müdafiəsi deməkdir.
Sığorta, sağlamlıq vəziyyətində ciddi dəyişikliklər və sağalmaz xəstəliklərin diaqnozu hallarında maliyyə dəstəyi təqdim edərək, sizin və ailənizin gələcəyini qorumağa kömək edir.

Həyat sığorta hansı riskləri və xəstəlikləri əhatə edir?

Sağalmaz Xəstəliklərə Təminat: Sığorta məhsulu xərçəng (4-cü mərhələ), leykemiya, limfoma, insult, miokard infarktı, aorto-koronar şuntlama, böyrək çatışmazlığı və sığorta müddəti ərzində diaqnoz qoyulmuş spesifik sağalmaz xəstəlikləri və şərtləri əhatə edirki, bura əsas orqanların transplantasiyası da daxildir.

Həyat sığorta haqqı nə qədərdir və necə ödənilir?

100 qat həyat sığortasının illik haqqı sadəcə 20 AZN təşkil edir Müştəri ödənişi Birbank filiallarından, Birbank tətbiqi üzərindən və ya ödəniş terminalları vasitəsilə nağdsız və ya nağd şəkildə həyata keçirə bilər. Ödəniş tamamlandıqdan sonra məhsul aktiv olur və təminatlar qüvvəyə minir.

Həyat sığortasının müddəti nə qədərdir və avtomatik yenilənirmi?

Bu məhsul 1 illik müddətə təqdim olunur və avtomatik olaraq yenilənmir. Müddətin bitməsi ilə birlikdə sığorta təminatı da başa çatır. Müştəri növbəti il üçün eyni məhsuldan yenidən faydalanmaq istəyərsə, ödənişi təkrarlayaraq yeni sığorta dövrünü başlada bilər. Sistem avtomatik uzatma funksiyasına malik olmadığı üçün hər dəfə yenidən müraciət və aktivləşdirmə tələb olunur.

Kimlər 100 qat həyat sığortasından faydalana bilər?

Məhsuldan 18 yaşdan 65 yaşadək olan bütün Azərbaycan Respublikası vətəndaşları və daimi yaşama icazəsi olan fiziki şəxslər faydalana bilər. Sığortaya qoşulmaq üçün heç bir tibbi müayinə və ya analiz təqdim etmək tələb olunmur. Sadəcə şəxsiyyət vəsiqəsi və ödəniş kifayətdir. Məhsul sadəliyi və əlçatanlığı ilə geniş əhali qrupuna xitab edir.

Həyat sığorta hadisəsi baş verdikdə necə müraciət etməliyəm?

Sığorta hadisəsi baş verdikdə Birbank-ın istənilən filialına yaxınlaşaraq və ya Birbank tətbiqindən ilkin müraciət edərək sığorta iddianı bildirə bilərsən. Bu zaman aşağıdakı sənədlər tələb olunur: 

  • Şəxsiyyət vəsiqəsi
  • Tibbi müəssisədən alınmış rəsmi diaqnoz və xəstəlik çıxarışı
  • Əlillik dərəcəsini təsdiqləyən rəsmi sənəd (əgər tətbiq olunursa) 

    Müraciət etdikdən sonra təqdim olunan sənədlər sığorta şirkəti tərəfindən qiymətləndirilir və təsdiqlənərsə, sığorta məbləği qeyd olunan hesaba köçürülür.
Həyat sığortası ilə bağlı hansı sənədlər tələb olunur?

Sığorta məhsuluna müraciət zamanı: 

  • Şəxsiyyət vəsiqəsi 

Sığorta hadisəsi baş verdikdə isə: 

  • Tibbi arayış və ya xəstəlik tarixçəsi çıxarışı
  • Əlillik sənədi və ya diaqnozu təsdiqləyən rəsmi sənəd
  • Əlavə olaraq banka təqdim ediləcək müraciət forması 

Bütün sənədlər təqdim edildikdən sonra dəyərləndirmə başlayır və nəticəyə əsasən ödəniş həyata keçirilir.

100-qat həyat sığortası bütün dünyada keçərlidirmi?

Bəli, bu məhsul bütün dünya üzrə təminatlıdır. Yəni sığorta hadisəsi yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də baş verdikdə təminat verir. Əsas şərt – təqdim olunan sənədlərin rəsmi və hüquqi baxımdan tanınan tibbi müəssisə tərəfindən verilməsidir.

Həyat sığorta müqaviləsini necə ləğv edə və ya dəyişdirə bilərəm?

100 qat həyat sığortası birdəfəlik ödəniş əsasında təqdim olunduğundan müqavilə müddəti bitənə qədər ləğv edilə və ya şərtləri dəyişdirilə bilməz. Məhsulun təbiəti etibarilə geri qaytarma və ya dəyişiklik hüququ mövcud deyil. Lakin növbəti sığorta dövrü üçün müştəri fərqli məhsul və ya alternativ şərtlərlə yeni sığortaya qoşula bilər.