Böl ödə

Partnyor şəbəkəsi vasitəsilə müştərilərə təqdim edilən kredit limitidir. Partnyor müştəri məlumatlarını bankla paylaşır və bank müvafiq məlumatlara əsaslanaraq kredit limitini təsdiqləyir.
image

Böl-ödə

Partnyor şəbəkəsi vasitəsilə müştərilərə təqdim edilən kredit limitidir. Partnyor müştəri məlumatlarını bankla paylaşır və bank müvafiq məlumatlara əsaslanaraq kredit limitini təsdiqləyir.

Böl-ödə

Faydalıdır

Ərizəçi

  • Bankın partnyor şəbəkəsinə daxil olan məhsul, iş və ya xidmət alışı üçün müraciət edən müştəri bu məhsulu əldə etmək hüququna malikdir.

Ödəniş növü

  • Ödənişlər aylıq əsasda edilir:
Hər təqvim ayı üzrə istifadə edilən kredit xətti limiti üçün növbəti təqvim ayının 20-dək ödənişlər həyata keçirilir.
“Birbank” kredit xətti məhsulunun taksit əməliyyatlarına uyğun tənzimlənir.

Əlavə şərtlər

  • Kredit xətti məbləği barədə məlumat MKR/AKB-yə ötürülür.
  • Müvafiq kredit xətti yalnız müvafiq bank partnyorunda əməliyyat aparmaq üçün ayrılır.
  • Aparılan əməliyyatlar üzrə istifadə edilən kredit xətti məbləğləri aylıq əsasda (hər növbəti ayın 20-dək) müvafiq aylara bölünərək ödənilir.
  • Ərizəçi
  • Bankın partnyor şəbəkəsinə daxil olan məhsul, iş və ya xidmət alışı üçün müraciət edən müştəri bu məhsulu əldə etmək hüququna malikdir.
  • Bu məhsul paralel olaraq həm nağd kredit, həm də digər kredit kartı/kredit xətti olan müştərilər tərəfindən əldə edilə bilər.
  • Müştəri eyni partnyorda eyni anda bir neçə məhsul alışı üçün müraciət edərsə, vahid kredit müqaviləsi bağlanır, fərqli partnyorlarda edilən müraciətlər isə ayrı-ayrı kredit müqavilələri ilə rəsmiləşdirilməlidir.
  • Digər şərtlər bankdaxili qaydalarla tənzimlənən istehlak kreditləşməsi şərtləri və "Birbank" kredit xətti məhsulunun şərtləri çərçivəsində müəyyən edilir.
  • “Birbank” kredit xətti məhsulunun taksit əməliyyatlarına dair ödənişin növü dəyişdirildiyi təqdirdə bu məhsul üzrə müvafiq şərtlər dəyişdirilmiş hesab edilir.

Kredit müddəti

  • Müştərinin seçimindən asılı olaraq aşağıdakı müddətlər təklif edilir:
2 ay/ 3 ay/ 6 ay/ 12 ay/ 18 ay/ 24 ay/ 35 ay (Maksimum kredit müddəti)

Komissiya ödənişi

  • Komissiya müştəri tərəfindən ödənildikdə həmin məbləğ kredit məbləğinin üzərinə əlavə olunaraq əsas borc kimi müvafiq aylara bölünür.

Kredit limiti

  • Min: 100 AZN
  • Max: 15 000 AZN

Komissiya şərtləri

  • Min: 0% – Max: 40%
  • Komissiya məbləği, partnyorla bağlanmış müqaviləyə əsasən dəyişir.
  • Komissiya, məhsulun qiymətinin partnyorun hesabına köçürülməsi zamanı həmin qiymətdən tutulur.
  • Əməliyyat məbləği müştəriyə, əsas borc kimi bölünərək təklif olunur. Hər ayın sonunda, əsas borc üzrə ödəniş müvafiq aylara bölünür.
  • Partnyordan asılı olaraq, komissiya məbləği dəyişə bilər.
  • Razılaşmaya əsasən müştəridən də komissiya tutulması mümkündür.
  • Bankın partnyor şəbəkəsinə daxil olan məhsul, iş və ya xidmət alışı üçün müraciət edən müştəri bu məhsulu əldə etmək hüququna malikdir.