Kampaniyalar

Birbank Cashback taksit kartının onlayn sifarişi qazandırır!

  Kampaniya mənə nə qazandırır?

  • Siz Birbank Cashback taksit kartı ilə ilk dəfə 200₼ və üzəri birdəfəlik ödəniş etdikdə 20₼ bonus qazanacaqsınız;
    Ən azı 200₼ məbləğində birdəfəlik ödənişi Umico Market-də etdikdə isə qazandığınız bonus məbləği 44₼ olacaq.

  Kampaniyaya necə qoşula bilərəm? 

  • Kampaniyadan yararlanmaq üçün Birbank Cashback taksit kartını onlayn sifariş əsasında rəsmiləşdirdikdən sonra 30 gün ərzində birdəfəlik 200₼ və daha yuxarı ödəniş əməliyyatı etmək kifayətdir. Bonus məbləği ilk belə ödənişdə keşbek hesabınıza köçürüləcək.

Kartı necə sifariş verə bilərəm? 

  • Birbank tətbiqi, həmçinin birbank.az və kapitalbank.az saytları vasitəsilə;

Kampaniya hansı tarixədək keçərlidir?

  • 22 dekabr 2023-cü il – 31 yanvar 2024-cü il;

Neçə dəfə iştirak edə bilərəm?

  • Kampaniyada hər müştəri 1 dəfə iştirak edə bilər;

Kampaniyaya hansı əməliyyatlar aid edilir?

  • Kampaniya taksit, POS terminal və onlayn ödənişlərə şamil olunur.

Kampaniyaya hansı əməliyyatlar aid deyil?

  • Maliyyə əməliyyatları, pul köçürmələri, nağdlaşdırma və nağdlaşdırmaya bərabər tutulan əməliyyatlar, məhkəmə, zəmanət və digər dövlət ödənişləri, cərimə, kredit, mərc oyunları, kommunal və sığorta ödənişləri kampaniyaya aid deyil.

Bonusu necə əldə edəcəyəm?

  • Qazanılan bonus sizin keşbek hesabınıza köçürüləcək;

Hansı kartlar iştirak edir?

  • Kampaniya yalnız Birbank Cashback Mastercard taksit kartlarına şamil olunur.

Kimlər qoşula bilər?

  • Birbank Cashback Mastercard taksit kartını onlayn sifariş əsasında rəsmiləşdirmiş müştərilər;

 Yaş məhdudiyyəti varmı?

  • Var. 18-67 yaş aralığında olan şəxslər iştirak edə bilər.

Taksit kartının üstünlükləri nədir?

  • Xidmət haqqı — yoxdur;

  • Nağdlaşdırma — Birbank Cashback Mastercard taksit limitinin 100%-ə qədər hissəsi;

  • Güzəşt müddəti – 63 günədək;

  • Güzəşt müddəti bitdikdə kredit kartı limitindən nağdlaşdırma, köçürmə və kredit ödənişi üçün istifadə oluduğu halda kredit faizi — aylıq 1.8%-dan.

Taksit kartı almaq üçün iş yeri tələbi var?

  • Var. Son iş yerində staj — minimum 3 ay. Təqaüdçülər üzrə belə bir tələb yoxdur.

     

Ödənişindən bonus məbləği qazanılan məhsul geri qaytarılarsa, bonus da silinirmi?

  • Bəli, ödəniş əməliyyatından bonus məbləği qazandığınız məhsul tam geri qaytarıldıqda (və ya əməliyyat ləğv edildikdə) bonus hesablanmır.

Hansı sənədlər lazımdır?

  • Şəxsiyyət vəsiqəsi;

  • Hərbi vəsiqə.