Birbank mobil tətbiqində istənilən ölkənin Visa kartına saniyələr içində pul göndər
Kapital Bank-a məxsus istənilən kartın ilə Birbank mobil tətbiqində istənilən ölkənin Visa kartına saniyələr içində sadəcə kart məlumatlarını daxil etməklə pul göndərə bilərsən.
Bunun üçün Birbank mobil tətbiqində "Ödənişlər və köçürmələr" səhifəsinə daxil olduqdan sonra "İstənilən bank kartına" bölməsinə daxil olmaq lazımdır. Açılan pəncərədə pulu qəbul edəcək Visa kartının 16 rəqəmini və ad, soyadını daxil etməklə saniyələr içində xarici ölkə kartına pul göndərə bilərsən.
Qeyd edək ki, bu köçürmə üçün vəsaiti göndərən kartdan minimum 3 AZN olmaqla 1.5% komissiya tutulacaq.