Kampaniyalar

Birbank taksit kartlarında nağdlaşdırma və köçürməyə Ninja təklifi!

Birbank taksit kartı sahibləri üçün nağdlaşdırma və kartdan karta köçürmə əməliyyatlarında da Ninja təklifi göndəriləcək.

Kampaniya müddəti: 26 iyun - 26 dekabr

Şərtlər:

Müştərilərə Birbank taksit kartları ilə nağdlaşdırma və ya kartdan karta köçürmə əməliyyatları icra etdikdə məbləği Ninja təklifi ilə aylara bölmək imkanı veriləcək. Müştəri SMS vasitəsilə gələn kodu 2149 qısa nömrəsinə göndərərək Ninja təklifindən yararlana biləcək.

  • Minimal əməliyyat məbləği 20 AZN;
  • Müştəriyə təklif istənilən ATM-də nağdlaşdırma və ya istənilən formada kartdan karta köçürmə əməliyyatı zamanı göndəriləcək;
  • Müştərinin şəxsi vəsaiti hesabına köçürmə və ya nağdlaşdırmaya təklif göndərilməyəcək, yəni yalnız kredit məbləğindən köçürmə və ya nağdlaşdırma etdikdə göndəriləcək;
     

Əməliyyat məbləğinə uyğun göndəriləcək ninja təklifləri:

  • 99 AZN-ə qədər məbləğə 3 aylıq Ninja təklifi - komissiya: 6%;
  • 100-299 AZN aralığında məbləğə 6 aylıq Ninja təklifi - komissiya - 10%;
  • 300 AZN və üzəri məbləğə 12 aylıq Ninja təklifi - komissiya - 17%.
     

Kampaniyadan həm Birbank taksit kartı müştəriləri, həm də kredit xətti açdırmış və kredit limiti olan Birbank debet kartı müştəriləri yararlana bilərlər.

Əməliyyat zamanı müştərinin şəxsi vəsaitindan az da olsa sərf olunubsa, müştəriyə ninja təklifi göndərilməyəcək.