Kampaniyalar

Taksit kartını onlayn sifariş et, elektronika və ya ev əşyası ödənişindən 30₼ qazan

 
 
  • Kampaniya mənə nə qazandırır?

Birbank Cashback taksit kartı ilə “Elektronika” və ya “Ev əşyaları” kateqoriyaları üzrə bir əməliyyat çərçivəsində 100 AZN və üzəri ödənişinizdə 30 AZN bonus əldə edəcəksiniz.

  • Kampaniyaya necə qoşula bilərəm?

Kampaniyaya qoşulmaq çox asandır:
✔ Birbank Cashback taksit kartını 6 mart – 12 mart 2024-cü il tarixləri arasında onlayn sifarişlə rəsmiləşdirmək;
✔ 1 aprel 2024-cü il tarixinədək “Elektronika” və ya “Ev əşyaları” kateqoriyaları üzrə bir əməliyyat çərçivəsində 100 AZN və daha yuxarı ödəniş etmək kifayətdir.

  • Kartı haradan sifariş edə bilərəm?

Birbank tətbiqi, birbank.az və kapitalbank.az saytlarından.

  • Kampaniyadan yararlanmaq üçün ödənişi ən son hansı tarixdə edə bilərəm?

Bunun üçün 100 AZN və üzəri ödənişi 1 aprel 2024-cü il saat 23:59-dək etməyiniz kifayətdir.

  • Neçə dəfə iştirak edə bilərəm?

Kampaniyada iştirak edən hər müştəri 30 AZN məbləğində bonusu yalnız 1 dəfə qazana bilər.

  • Bonusu necə əldə edəcəyəm?

Qazanılan bonus sizin keşbek hesabınıza dərhal köçürüləcək.

  • Hansı kartlar kampaniyada iştirak edir?

Kampaniya yalnız Birbank Cashback Mastercard taksit kartlarına şamil olunur.

  • Kimlər qoşula bilər?

Birbank Cashback Mastercard taksit kartını onlayn və ya məsafədən rəsmiləşdirmiş müştərilər.

  • Hansı sənədlər lazımdır?

Şəxsiyyət vəsiqəsi.

  • Hansı MCC-lər üzrə ödənişlər kampaniyaya aiddir?

'5021','5950','5099','5718','5713','5712','5719','5714','4812','5045','5722','5732','5946'.

  • Taksit kartının üstünlükləri nədir?

Xidmət haqqı — yoxdur;

Nağdlaşdırma — Birbank Cashback Mastercard taksit kartı limitinin 100%-ə qədər hissəsi;

Aylıq faiz dərəcəsi — 1,83%-dən;

Güzəşt müddəti — 63 günədək.

  • Yaş məhdudiyyəti varmı?

Var. Kampaniyada 18-67 yaş aralığında olan şəxslər iştirak edə bilər.

  • Taksit kartı almaq üçün iş yeri tələbi varmı?

Var. Son iş yerində staj — minimum 3 ay. Təqaüdçülər üçün staj tələbi yoxdur.