"Baku Electronics" kateqoriyası 5%-dək keşbek qazandırır
2024-cü ilin mart ayında Birbank mobil tətbiqində "Baku Electronics" kateqoriyasını seçərək ödəniş zamanı düz 4% keşbek qazana bilərsən.
Üstəlik ödəniş zamanı "Baku Electronics" müştəri kartını da təqdim etsən, əlavə 1%, toplamda isə 5% keşbek əldə edəcəksən!
Qaydalar və şərtlər
- Birbank tətbiqində keşbek kateqoriyası seçmək üçün aşağıdakı kartlardan birinə sahib olmalısan:
BirKart Black (debet)
BirKart EDV (debet)
Birbank Cashback (debet və ya taksit)
Birbank Infinite Cashback (debet və ya taksit)
Birbank Platinum Cashback (debet və ya taksit)
Əgər hələ də, Birbank Cashback kartın yoxdursa buradan sifariş edə bilərsən.
- Keşbek kateqoriyaları üzrə ay ərzində maksimum 50 AZN keşbek qazana bilərsən. Bu seçilən iki kateqoriyaya birlikdə şamil olunur. “Bütün ödənişlər” kateqoriyası istisnadır. Bu kateqoriyada isə debet kartları ilə maksimum 100 AZN, taksit kartları ilə 500 AZN keşbek qazanmaq mümkündür.
Nümunə 1
Tutaq ki, aşağıdakı kateqoriyaları seçmisən:
1. Baku Electronics
2. Marketlər
Düşünək ki, mart ayı ərzində “Baku Electronics”dən 40 AZN keşbek qazanmısan. Bu halda ay ərzində “Marketlər” kateqoriyasından 10 AZN keşbek qazana bilərsən.
Nümunə 2
Tutaq ki, mart ayında yalnız “Baku Electronics” kateqoriyasını seçmisən. Bu halda ay ərzində bu kateqoriyadan 50 AZN keşbek qazana bilərsən.
Nümunə 3
Tutaq ki, aşağıdakı kateqoriyaları seçmisən:
1. Baku Electronics
2. Bütün ödənişlər
Düşünək ki, “Bütün ödənişlər” kateqoriyasından 60 AZN keşbek qazanmısan. Debet kartları ilə aylıq 100 AZN keşbek qazanmaq mümkün olduğu üçün “Baku Electronics” kateqoriyasından ay ərzində 40 AZN keşbek qazana bilərsən.
Əgər sənin debet kartı ilə yanaşı taksit kartın da varsa bu halda əlavə 400 AZN keşbek də qazana bilərsən. Taksit kartları üçün aylıq maksimal keşbek qazancı 500 AZN-dir.
“Baku Electronics” müştəri kartı ilə bağlı buradan ətraflı məlumat əldə edə bilərsən.