Kampaniyalar

"Adore" və "Sabina" parfümeriya və kosmetika mağazaları" kateqoriyası 6% keşbek qazandırır

Fevral ayında Birbank tətbiqində "Adore" və "Sabina" parfümeriya və kosmetika mağazaları" kateqoriyasını seçərək ödəniş zamanı düz 6% keşbek qazana bilərsən. Bir sözlə, hədiyyələrinlə doğmalarını, bol keşbeklə isə büdcəni sevindir!

Qaydalar və şərtlər

 

- Birbank tətbiqində keşbek kateqoriyası seçmək üçün aşağıdakı kartlardan birinə sahib olmalısan:

  • BirKart Black (debet)

  • BirKart EDV (debet)

  • Birbank Cashback (debet və ya taksit)

  • Birbank Infinite Cashback (debet və ya taksit)

  • Birbank Platinum Cashback (debet və ya taksit)

Əgər hələ də, Birbank Cashback kartın yoxdursa buradan sifariş edə bilərsən.

- Keşbek kateqoriyaları üzrə ay ərzində maksimum 50 AZN keşbek qazana bilərsən. Bu seçilən iki kateqoriyaya birlikdə şamil olunur. “Bütün ödənişlər” kateqoriyası istisnadır. Bu kateqoriyada isə debet kartları ilə maksimum 100 AZN, taksit kartları ilə 500 AZN keşbek qazanmaq mümkündür.

Nümunə 1

Tutaq ki, aşağıdakı kateqoriyaları seçmisən:
1. "Adore" və "Sabina" parfümeriya və kosmetika mağazaları" 
2. Marketlər
Düşünək ki, fevral ayı ərzində "Adore" və "Sabina" parfümeriya və kosmetika mağazalarından 40 AZN keşbek qazanmısan. Bu halda ay ərzində “Marketlər” kateqoriyasından 10 AZN keşbek qazana bilərsən.

Nümunə 2

Tutaq ki, fevral ayında yalnız "Adore" və "Sabina" parfümeriya və kosmetika mağazaları" kateqoriyasını seçmisən. Bu halda ay ərzində bu kateqoriyadan 50 AZN keşbek qazana bilərsən.

Nümunə 3

Tutaq ki, aşağıdakı kateqoriyaları seçmisən:
1. "Adore" və "Sabina" parfümeriya və kosmetika mağazaları" 
2. Bütün ödənişlər
Düşünək ki, “Bütün ödənişlər” kateqoriyasından 60 AZN keşbek qazanmısan. Debet kartları ilə aylıq 100 AZN keşbek qazanmaq mümkün olduğu üçün "Adore" və "Sabina" parfümeriya və kosmetika mağazaları" kateqoriyasından ay ərzində 40 AZN keşbek qazana bilərsən.
Əgər sənin debet kartı ilə yanaşı taksit kartın da varsa bu halda əlavə 400 AZN keşbek də qazana bilərsən. Taksit kartları üçün aylıq maksimal keşbek qazancı 500 AZN-dir.