Kampaniyalar

İrşad-da “Yaşıl günlər” ilə alış-veriş daha sərfəlidir!

Partnyorumuz İrşad mağazalarında, rəsmi veb-saytında və mobil tətbiqində “Yaşıl günlər” kampaniyası çərçivəsində yüzlərlə məhsul 70%-dək endirimlə təqdim olunur.

Elektronika, məişət texnikası, smartfonlar, aksesuarlar və daha bir çox məhsulu indi daha sərfəli qiymətlə əldə etmək mümkündür. Üstəlik Birbank taksit kartı sahibləri 12 aylıq faizsiz hissəli ödəniş imkanı ilə daha rahat alış-veriş edə biləcəklər.

Bu kampaniya ilə siz həm endirimlərdən yararlana, həm də seçdiyiniz məhsulu rahat şəkildə aylara bölərək ödəyə bilərsiniz.

“Yaşıl günlər” kampaniyası 4 yanvaradək keçərlidir.

Elə indi www.irshad.az saytına daxil olun və ya sizə ən yaxın İrşad mağazasına baş çəkərək fürsəti qaçırmayın.