Kampaniyalar

Birbank kartı sahibləri üçün "10 001 hədiyyə" lotereyası

İNDİYƏDƏK LOTEREYADA NƏ QƏDƏR ŞANS TOPLADIĞINI BURADAN YOXLAYA BİLƏRSƏN.

 

13 oktyabr – 15 dekabr tarixlərində Birbank kartı sahibləri üçün lotereya keçiriləcək. Birbank kartı sahibləri lotereyada iştirak edərək 10 001 hədiyyədən birinə sahib ola bilərlər. Lotereyanın qaliblərinin seçimi 3 tirajda olacaq (I tiraj, II tiraj və Final tirajı).

Şərtlər:
- Lotereya müddətində 18 yaşına çatmış Azərbaycan vətəndaşı olan müştərilərin Birbank (köhnə adı “BirKart”) kartı ilə 20 AZN və üzəri məbləğdə uğurlu ödənişə iştirak hüququ (şans) hesablanır;
- Birbank debet kartları ilə 20 AZN və üzəri ödəniş 1 şans qazandıracaq;

- Nümunə 1: Müştəri 100 AZN-lik əməliyyatı Birbank debet kartı ilə edərsə, 1 şans qazanacaq. Lakin 100 AZN-lik əməliyyatı 5 bərabər hissəyə bölüb əməliyyatlar edərsə, hərəsi üçün 1 şans qazanaraq, toplamda 5 şans əldə etmiş olacaq.

- Birbank taksit kartları ilə 20 AZN və üzəri əməliyyat müştəriyə 5 şans qazandıracaq.

- Nümunə 2: Müştəri 100 AZN-lik əməliyyatı Birbank taksit kartı ilə edərsə, 5 şans qazanacaq. Lakin 100 AZN-lik əməliyyatı 5 bərabər hissəyə bölüb əməliyyatlar edərsə, hərəsi üçün 5 şans qazanaraq toplamda 25 şans əldə etmiş olacaq.

- Birbank taksit kartları ilə 20 AZN və üzəri xərclənən əməliyyatın məbləği tam şəkildə şəxsi vəsaitdən sərf olunubsa, 20 AZN və üzəri məbləğdə əməliyyat 1 şans qazandıracaq;

- Birbank taksit kartları ilə 20 AZN və üzəri xərclənən əməliyyatın məbləği kredit limitindən sərf olunubsa, yəni 20 AZN və üzəri məbləğdə əməliyyat 5 şans qazandıracaq;

- Müştərilər Birbank debet kartından köçürmə, nağdlaşdırma və maliyyə əməliyyatları zamanı* lotereyada şans əldə etməyəcək;

- Birbank kartları ilə “Umico Market”də (www.umico.az saytında və ya Birbank tətbiqində “Market” bölməsində) 20 AZN və üzəri alış-veriş müştəriyə həmin əməliyyat üzrə əlavə lotereyada 1 şans qazandıracaq. 

- Nümunə 3: Müştəri “Umico Market”də 100 AZN-lik əməliyyatı Birbank taksit kartı ilə edərsə, bu zaman 6 şans qazanacaq. Birbank taksit kartı ilə əməliyyat etdiyi üçün 5 şans, “Umico Market”də əməliyyat üçün əlavə 1 şans.

- Nümunə 4: Müştəri “Umico Market”də 100 AZN-lik əməliyyatı Birbank debet kartı ilə edərsə, bu zaman 2 şans qazanacaq. Birbank debet kartı ilə əməliyyat etdiyi üçün 1 şans, “Umico Market”də əməliyyat üçün əlavə 1 şans.

- Birbank kartları ilə edilmiş 20 AZN və üzəri QR ödənişlərdə isə müştərilər lotereyada əlavə 10 şans qazanacaqlar. Yəni müştəri ödənişi Birbank debet kartı ilə həyata keçirərsə, toplam 11, Birbank taksit kartı ilə həyata keçirərsə, toplam 15 iştirak hüququ (şans) qazanmış olacaq.

- Nümunə 5: Müştəri 100 AZN-lik əməliyyatı Birbank debet kartı ilə QR ödəniş kimi edərsə, bu zaman 11 şans qazanacaq. Birbank debet kartı ilə əməliyyat etdiyi üçün 1 şans, QR ödəniş etdiyi üçün isə əlavə 10 şans.

- Nümunə 6: Müştəri 100 AZN-lik əməliyyatı Birbank taksit kartı ilə QR ödəniş kimi edərsə, bu zaman 15 şans qazanacaq. Birbank taksit kartı ilə əməliyyat etdiyi üçün 5 şans, QR ödəniş etdiyi üçün isə əlavə 10 şans.

- Müştərinin hər kartı üzrə gündəlik şans qazana biləcəyi maksimal əməliyyat sayı 20-ə bərabərdir.

- Nümunə 7: Müştəri Birbank debet kartı ilə şərtlərə uyğun toplam 25 əməliyyat edərsə, onlardan 20-si üzrə şans hesablanacaq. Yəni müştəri 20 şans (20 əməliyyat * 1 şans = 20 şans) qazanmış olacaq. Müştərinin həmin gün etdiyi digər əməliyyatlar nəzərə alınmır, şans hesablanması üçün növbəti günə keçmir.

- Nümunə 8: Müştəri Birbank taksit kartı ilə şərtlərə uyğun toplam 25 əməliyyat edərsə, onlardan 20-si üzrə şans hesablanacaq. Yəni müştəri 100 şans (20 əməliyyat * 5 şans = 100 şans) qazanmış olacaq. Müştərinin həmin gün etdiyi digər əməliyyatlar nəzərə alınmır, şans hesablanması üçün növbəti günə keçmir.

- Müştəri əməliyyatı "revers" etdiyi, yəni geri qaytardığı zaman həmin əməliyyata görə qazanmış olduğu şans hesablanmayacaq;

- Yalnız eyniləşdirilmiş kartlar lotereyada iştirak edə biləcək;

- Müştərinin bir neçə Birbank (köhnə adı “BirKart”) kartı varsa, hər biri lotereyada iştirak edəcək, yəni qaliblər yekunda kart hesabı üzərindən seçiləcək;

- Lotereyada 3 tiraj keçiriləcək. Hər tiraj üzrə əvvəlcədən elan edilmiş tarixlərdə əməliyyat etmiş müştərilər arasından qaliblər seçiləcək. Bir tirajda bir hədiyyə üzrə qalib gələn kart həmin tirajda digər hədiyyələrin oynanılmasında iştirak etmir;

- Birinci tirajda qalib gələn kart ikinci tirajda qalib ola bilməz;

- Əvvəlki 1-ci və 2-ci tirajlarda qalib gələn kartlar 3-cü yekun tirajda qalib ola biləcək;

- Kapital Bank əməkdaşları lotereyada iştirak etmir;

- Lotereya müddəti ərzində hər tiraj keçirilməzdən əvvəl (ayda 1 dəfə olmaqla) müştəriyə hər kart üzrə SMS və ya Birbank mobil tətbiqinin Push bildirişləri vasitəsilə əldə etdiyi ümumi iştiraka dair hüquq (şans) sayı barədə məlumat göndəriləcək.

- Müştəri həmçinin, şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə hər kartı üzrə qazandığı lotereyada iştirak hüququ (şans) sayını görə biləcək;

- Stimullaşdırıcı lotereyanın qalibləri hər tirajdan sonra, yəni 13 noyabr, 30 noyabr və 27 dekabr 2023-cü il tarixlərində Birbank-ın sosial media səhifələrində və rəsmi web səhifələrində elan olunacaq.

 

*İstisna MCC-lər: 6010, 6011, 6012, 6050, 6051, 6536, 6537, 6538, 6539, 6540, 6211, 6050, 6051, 6300, 6381, 4829, 6611, 7800, 7801, 7802, 7995, 9222, 9223, 9311, 9399, 9402, 9405, 9754

 

İNDİYƏDƏK LOTEREYADA NƏ QƏDƏR ŞANS TOPLADIĞINI BURADAN YOXLAYA BİLƏRSƏN.