Kampaniyalar

Trendyol-da Birbank kartı sahiblərini sevindirəcək kampaniya

Trendyol-dan alış-verişlərini Birbank taksit kartları ilə et, həm 6 AYLIQ FAİZSİZ taksitdən yararlan, həm də 5% KEŞBEK (VƏ YA 3 QAT MİL) qazan. 

Alış-verişləri Birbank debet kartları ilə etdikdə isə, 5% KEŞBEK (VƏ YA 3 QAT MİL) qazanacaqsan.


Şərtlər:

6 aylıq faizsiz taksit:

  • Kampaniya müddətində müştərilər Birbank taksit kartları ilə Trendyol-da əməliyyat etdikdə onlara məbləği 6 aylıq faizsiz taksitə bölmək üçün SMS ilə təklif gələcək. Müştəri təklifdən yararlandıqda əməliyyat məbləği 6 aylıq faizsiz taksitə bölünəcək.
  • Kampaniya 14 iyul - 16 avqust tarixlərində (hər iki tarix daxil) keçərlidir;
  • Kampaniya həm Trendyol mobil tətbiqində, həm də trendyol.com saytından edilmiş alış-verişlərdə keçərlidir;
  • Minimal və ya maksimal əməliyyat məbləği yoxdur;
  • Kampaniyadan yararlanmaq üçün müştəri Birbank taksit kartı ilə Trendyol-da ödənişi tam məbləğdə birdəfəlik ödəməlidir. Yalnız ödəniş həyata keçdikdən sonra müştəriyə SMS gələrək 6 aylıq faizsiz taksitə bölünmək təklif olunacaq. SMS-dəki kodu 2149 qısa nömrəsinə göndərərək 6 aylıq faizsiz taksitdən yararlanmaq mümkündür. Qeyd edək ki, təklif SMS gəldikdən sonra 24 saat ərzində qüvvədədir.
  • Yalnız Birbank taksit kartları ilə əməliyyatlar zamanı 6 aylıq taksit təklifi gələcək.
  • Kampaniyada yalnız eyniləşdirilmiş Birbank (BirKart) kartları iştirak edir.

 

5% keşbek (3 qat Mil) hesablanması:

  • Birbank Cashback, Birbank Umico, Birbank Umico Premium, BirKart Taksit, BirKart Cashback, BirKart Umico, BirKart Umico Premium, BirKart ƏDV, BirKart Mikro kart sahibləri 5% keşbek; digər kartlar (Birbank (BirKart) Miles kartı, BirKart Mikro Miles, Birbank (BirKart) Miles Premium kartları) isə 3 qat mil qazanacaqlar (1 AZN = 3 mil)
  • Kampaniya müddətində müştərilərin qazanacağı maksimal keşbek məbləği məhsul şərtlərinə uyğun olaraq aylıq maksimum 500 AZN ilə limitlənir.
  • Kampaniya müddətində müştəri qazanacağı maksimal Mil bonusu 30 000 Mil ilə limitlənir. Limitə çatdıqdan sonra müştəri standart Mil hesablanması üzrə Milləri qazanmağa davam edəcək.
  • Taksit kartı sahiblərinə, həmçinin, kampaniya müddətində məbləği 6 aylıq faizsiz taksitə bölməsi də təklif ediləcək.

 

İndi alış-veriş et: trendyol.com