Onlayn ödənişlərdə əlavə 5% keşbek
Birbank Visa taksit kartı sahiblərinə özəl Yaz kampaniyası!
15 aprel - 29 aprel tarixləri aralığında Birbank Visa taksit kartınız ilə 50 AZN və ya daha çox məbləğdə onlayn ödənişlər edin və əlavə 5% keşbek qazanın.
Kampaniya şərtləri:
Kampaniyadan istənilən növ Birbank Visa taksit kartı ilə (sahibkarlara məxsus taksit kartları istisna) yararlanmaq mümkündür;
Kampaniyadan 15–29 aprel (hər iki tarix daxil) tarixləri aralığında yararlanmaq mümkündür;
Kampaniya müddətində onlayn ödənişlərə görə əlavə 5% keşbek qazana bilərsiniz;
Kampaniya onlayn şəkildə edilmiş həm birdəfəlik, həm də taksitli ödənişlərə şamil olunur;
Qazanılmış keşbek məbləği keşbek kateqoriyasından əlavə hesablanır;
Kampaniyadan yararlanmaq üçün minimum əməliyyat məbləği 50 AZN-dir;
Kampaniyadan müştərinin bütün əməliyyatlar üzrə qazana biləcəyi toplam əlavə keşbek məbləği maksimum 30 AZN-dir;
Kampaniya çərçivəsində əldə etdiyiniz keşbek sizin keşbek balansınıza yüklənəcək;
Kampaniya Birbank tətbiqi daxilində edilən ödənişləri əhatə etmir;
Ödənişindən keşbek qazanılan məhsul qismən və ya tam qaytarıldığı təqdirdə (və ya ödəniş ləğv edildikdə) qazanılmış keşbek balansınızdan tam silinəcək;
Kommunal ödənişlər, Maliyyə əməliyyatları, pul köçürmələri, nağdlaşdırma və nağdlaşdırmaya bərabər tutulan əməliyyatlar, dövlət (məhkəmə, zəmanət), cərimə, mərc oyunları, kredit və sığorta ödənişləri kampaniya çərçivəsində istisna olunacaq. Buna uyğun müvafiq MCC kodları* qeyd hissəsində əlavə olunub.
Qeyd:
Aşağıdakı MCC kodlar üzrə ödənişlər zamanı kampaniya keşbeki hesablanmayacaq:
5960, 9034, 9211, 9222, 9223, 9311, 9399, 9401, 9402, 9405, 9406, 9411, 9702, 6010, 6011, 6012, 6025, 6026, 6051, 6211, 6300, 6381, 6399, 6532, 6555, 6611, 7276, 7995, 9754, 4829, 6531, 6533, 6536, 6537, 6538, 6539, 6540, 4812, 4813, 4814, 4815, 4816, 4821, 4899, 4900
* MCC kod - ticarət nöqtəsinin növünü göstərən koddur.