Campaigns

Birbank-la FIFA 2026 final oyununu yerindəcə izlə!

Visa Azərbaycan ilə əməkdaşlığımız çərçivəsində 13 aprel-8 may ərzində əldə edəcəyin yeni Birbank Visa taksit kartınla Birmarket-də ən çox alış-verişi sən et və FIFA 2026 Dünya Çempionatının finalına 2 bilet qazan!

Yeni Birbank Visa taksit kartı əldə etmək üçün son tarix 8 may, alış-verişin son tarixi isə 13 maydır. 

Kimlər müraciət edə bilər?
Kampaniya başlama tarixinədək aktiv taksit kartı olmayan hər kəs

Necə müraciət etmək olar?
• Birbank tətbiqi və ya Birbank.az saytından müraciət edərək
• İstənilən filiala gələrək
• 196 Əlaqə mərkəzinə zəng edərək


Kampaniya qalibi necə təyin olunacaq?
• Kampaniya dövründə əldə etdiyi yeni Birbank Visa taksit kartı ilə Birmarket-də ən çox alış-veriş edən müştəri qalib hesab olunur. Bir neçə müştərinin eyni məbləğdə alış-veriş etdiyi halda isə ilk alış-verişi edən müştəri qalib olacaq.
• Qalib müştəri əldə etdiyi məhsulu və ya məhsulları 14 gün ərzində geri qaytarıb sıralamada öz birinciliyini itirərsə, onun qalib statusu ləğv olunur. 

Hədiyyəyə nələr daxildir?

• FIFA World Cup 2026 Final oyununa 2 nəfərlik bilet
• 4 gecəlik yerləşmə (gəliş: 16 iyul 2026, gediş: 20 iyul 2026)
• Hava limanı transferləri
• Oteldə gündəlik səhər yeməyi və yüngül qəlyanaltılar
• Planlaşdırılmış tədbirlərə gediş-gəliş nəqliyyatı
• Oteldə Visa Hospitality Desk xidməti
• Visa tərəfindən tədbir, tibbi və təhlükəsizlik dəstəyi

Əlavə olaraq:
• 2 nəfər üçün viza dəstəyi ilə bağlı yardım
• 2 nəfər üçün gediş-dönüş aviabiletlər


Kampaniya qalibi nə zaman açıqlanacaq?

• Kampaniya bitdikdən sonra 5 iş günü ərzində müştəriyə hədiyyə ilə bağlı bildiriş göndəriləcək və Birbank-ın çağrı mərkəzi tərəfindən əlaqə saxlanılacaq. Hədiyyə müştəriyə Birbank-ın baş ofisində təqdim olunacaq.
• Qalib elan edildikdən sonra 3 iş günü ərzində qalibin şifrələnmiş məlumatları Birbank-ın sosial media hesablarında və rəsmi veb saytında paylaşılacaq.

Taksit kartının üstünlükləri nələrdir?
• 24 ayadək taksit
• pulsuz sifariş və çatdırılma
• 63 günədək güzəşt müddəti
• minlərlə partnyor mağaza
• partnyorlarda limitsiz bonus

Sifariş et: www.b-b.az/ffnl